Beşbarmaq qayası

Beşbarmaq qayası Şahdağ-Beşbarmaq örtük kompleksinin kənar cənub-şərq fraqmenti (klipi) olub sahəsi 0,1 kv.km-dir. Ondan 700 m cənub-şərqdə yerləşən daha kiçik qalıq qaya əsas qayanın parçası olaraq klipin davamı kimi görünür. Qaya üst yura əhəngdaşılarından ibarətdir və alloxton olaraq alt təbaşir “vəhşi” flişinin argillitləri üzərində yerləşir.

Beşbarmaq qayası
Yerləşməsi
Ölkə  Azərbaycan

Azərbaycanın ən böyük pirlərindən biri olan Beşbarmaq qayası həm də Xızr-Zində (Xızr peyğəmbərin adı ilə) dağı kimi tanınır və xalq inancına görə, insanlar burada günahlarını yuyur və ruhi rahatlıq tapırlar. Qayanın zirvəsinə milyonlarla ziyarətçinin ayaq izlərindən cilalanıb hamarlanmış əhəngdaşıları pillələri qalxır, zirvəyanı hissədə isə birbaşa kiçik meydançaya çıxan deşik vardır və buradan Xəzər dənizinə gözəl panoram açılır, uzaqda isə (60 km cənub-şərqdə) Sumqayıt şəhərinin cizgiləri görünür.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013