Suxoy Su-47

Suxoy Su-47 Berkut (rus: Су-47 "Беркут" — Qızıl qartal) — Sukhoi Aviasiya Şirkəti tərəfindən hazırlanmış eksperimental döyüş təyyarəsidir. İnkişaf prosesinin əvvəlində S-32 və S-37 də adlandırılmışdır. NATO kod adı "Firkin"dir. Təyyarənin fərqli xüsusiyyəti, Grumman X-29-a bənzər irəli ox formalı qanadıdır. Berkut, 2002-ci ildən bəri Su-47 olaraq təyin edilmiş və bir döyüş təyyarəsi olaraq istehsalata hazırdır, lakin kütləvi istehsalına başlamazdan əvvəl, PAK FA (Prospective Air Complex for Tactical Air Forces — Taktik Hava Qüvvələri üçün perspektivli hava kompleksi) layihəsi çərçivəsində ciddi şəkildə yenidən dizayn edilməsi mümkündür. Su-47 konstruksiyasının PAK FA dizaynından sonra istifadə edilib-edilməyəcəyi aydın deyildir.

Suxoy Su-47
Су-47
Tipi Beşinci nəsil qırıcı
Hazırlayan Suxoy Dizayn Bürosu[d]
İstehsalçı Suxoy[d]
İlk uçuş 25 sentyabr 1997
İstismarçılar Rusiya Hərbi Hava Qüvvələri
Buraxılış sayı 1
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnkişaf prosesi

[redaktə | mənbəni redaktə et]

Əvvəlcə S-37 olaraq bilinən təyyarə, 2002-ci ildə Sukhoinin inkişaf etdirilmiş sınaq təyyarəsi olaraq adı Su-47 olaraq dəyişdirilmişdir. Dəyişiklik şirkətin sınaq təyyarəsi deyil, istehsala hazır qırıcı ideyasını bazara çıxardı. Ayrıca ümumi olaraq Berkuta (Qızıl Qartal) baxanda aşağıdakılar nəzərdə tutulurdu: S-37 əvvəlcə Rusiyanın kompozit materialı və elektron idarəetməli uçuş (fly-by-wire) sistemi üçün prioritet bir test infrastrukturunu təmin etmişdir. Təyyarə, çox üstün bir manevr və 45° və daha yüksək dərəcələrə qədər hücum bucağını təmin edən irəli ox formalı qanad şəklində hazırlanmışdır.

Tsibin LL-nin inkişafı və 1940-cı illərdə ələ keçirilmiş Alman Junkers Ju 287 üzərində işləyərək TsAGI çoxdan irəli ox formalı qanadın üstünlüklərini öyrənmişdi. İrəli ox formalı qanad daha az dalğa sürüşməsi, əyilmə momentini azaltmağı və ənənəvi qanad formalarına nisbətən dayanma gecikməsini təmin edir. Təəssüf ki, irəli ox formalı qanad burulma gücünü ənənəvi materiallardan hazırlanmış bir təyyarənin qanadlarını qoparmaq üçün kifayət qədər artırır. Bu tip qanadın hazırlanması üçün yalnız kompozit materiallar uyğun gəlir.

Məhz "Qərbli" qardaşı Grumman X-29 kimi, S-37 də ilk növbədə növbəti rus qırıcısı üçün mənbələr tapmaq niyyətində olan bir texnologiya nümayişidir. Belə bir döyüş təyyarəsi Amerikan F-22 RaptorEurofighter Typhoon qədər inkişaf etmiş olsa da, daha klassik MiG 1.42 layihəsi ilə maliyyə rəqabətində də daha uyğun olmalıdır. Bununla birlikdə, Sukhoi hazırda S-37 modelini istehsala hazır bir qırıcı olaraq Rusiya aviasiya bazarına və xarici ölkələrin bazarlarına təqdim etməyə çalışır. İlkin cavablar yaxşı olmasa da, təyyarənin təsirli performansı Rusiya hökumətinin dizaynı yaxşılaşdırmağa vəsait ayırmasına imkan yaratmışdır.

Su-47-nin irəli ox formalı qanadlarını daha yaxşı formada göstərən rəsm.

S-37, ölçülərinə görə əvvəlki Su-35 kimi böyük Sukhoi qırıcılarına oxşayır. İnkişaf xərclərini azaltmaq üçün S-37 Su-27 ailəsinin ön gövdəsi, şaquli quyruqları və enmə qurğusu ilə təchiz olunmuşdur. Bununla birlikdə təyyarədə radar siqnalları (radar əmici materiallar) üzərində təkmilləşdirilmə, daxili silah bölməsi, yan tərəfində inkişaf etmiş bir radar üçün yer düzəldilmişdir. 1980-ci illərin tədqiqat təyyarəsi olan Amerikan X-29 konsepsiyasına bənzəsə də, S-37, iki dəfə böyük ölçüsü və əsl döyüş təyyarəsindən uzaq forması ilə Amerika dizaynından çox fərqlənirdi.

Qanad burulması problemini həll etmək üçün S-37, qanadın bükülməsinə imkan verərkən aerodinamik davranışı yaxşılaşdırmaq üçün diqqətli bir formada uyğunlaşdırılmış kompozit materialdan hazırlanmışdır. S-37 kifayət qədər böyük qanad uzunluğuna görə rus anqarlarına sığmaq üçün qatlanan qanadlarla təchiz olunmuşdu. Eynən əvvəlki qardaşı Su-37 kimi, S-37 Berkut da qabaq tərəfindəki kanartları və qanadları ilə birlikdə üç qanadlı təyyarədir. Maraqlıdır ki, S-37-də eqzoz ağızlarının yanında çölə çıxan formada quyruq qanadına bərabər olmayan iki uzantı mövcuddur. Uzantıların sol tərəfində arxa görünüş radarları, sağ tərəfində isə əyləc paraşütü vardır.

İstehsala başlayan Rusiya və Hindistan Hərbi Hava Qüvvələrindəki S-37-lər, ehtimal ki, əsasən AA-12 Adder, AA-11 Archer və AA-10 Alamo kimi hava-hava raketlərini daşıyacaqdı. Su-27 seriyası, Mikoyan MiG-31 və MiG 1.44 üçün hazırlanmış Novator KS-172 AAM-L uzaq mənzilli raketlərini daşıya biləcəyi ehtimalı azdır. ==Hindistanın dəstəyi== i Hindistan hökumətinin Müdafiə Nazirliyinin 2001-ci ildə Rusiya ilə PAK FA proqramına inkişaf və resurs imkanları təklif etməsi barədə razılığa gəldiyi deyilir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Manevr qabiliyyəti

[redaktə | mənbəni redaktə et]

Su-47, səsdən aşağı sürətlərdə ifrat çevikliyə, səsdən yuxarı sürətlərdə isə hücum bucağını və uçuş istiqamətini dəyişdirərək manevr qabiliyyətini artırmaq qabiliyyətinə malikdir.

Maksimum fırlanma dərəcələri və silahların atışı üçün aşağı və yuxarı sürət hədləri döyüş üstünlüyü şərtləri üçün vacib meyarlardır. Su-47, hücumun bütün bucaqlarında qorunan düzgünlüyü və idarəolunanlığı ilə yüksək manevr qabiliyyətinə malikdir. Maksimum dönüş dərəcələri, orta və uzun məsafəli nişanlara əlavə olaraq, havadakı missiyalarda fərqli yerlərdəki ardıcıl hədəflərdən yayınmaqla yanaşı, yaxın döyüşdə də vacibdir. Yüksək dönüş dərəcələri pilotun növbəti hədəfə daha sürətli qayıtmasına və silahlarını atışlamasına imkan verir.

İrəli ox formalı qanadla arxa formalı qanad eyni şərtlərdə müqayisə edildikdə aşağıdakı üstünlükləri təmin edirlər:

  • Yüksək sürüklənmə ilə qalxma dərəcəsi
  • Yüksək həcmdə it döyüşü manevrləri
  • Səsaltı səs sürətində uzun mənzil
  • Təkmilləşdirilmiş dayanma müqaviməti və spin əleyhinə xüsusiyyətlər
  • Yüksək hücum bu bucaqlarında düzgünlük
  • Daha aşağı minimum uçuş sürəti
  • Daha qısa məsafədə qalxma-enmə uzunluğu
taksi halında Su-47

Berkutun gövdəsi kəsişən hissələrdə ovaldır və skeleti əsasən 13% (çəki nisbəti) alüminium və titan ərintisi kompozit materialdan hazırlanmışdır. Burun radomu ön tərəfdə bir qədər yastılaşaraq və üfüqi kənarlara malik olaraq təyyarənin spin əleyhinə xüsusiyyətlərini optimal vəziyyətdə saxlayacaq formadadır.

İrəli ox formalı orta qanadlar təyyarəyə qeyri-adi, ənənəvi olmayan bir görünüş və əlavə xüsusiyyətlər verir. İrəli əyilmiş qanadla gücləndirilmiş qaldırma gücü qanad aralığında meydana gəlir. Qaldırma qanad ucu ilə məhdudlaşdırılmır. Qanadcıqlar (Ailerons) — qanadın idarəetmə səthləri — təsirli hücum bucağını qorumağa davam edir və hava axını qalan qanad səthindən hissələrə ayrılsa da təyyarənin idarə olunması nəzarətdə saxlanılır.

Qanad panelləri 90% kompozit materialdan hazırlanır. İrəli ox formalı orta qanad təyyarənin uzun məsafədəki fəaliyyətə kömək edəcək formada nisbətən yüksək xarici fasada malikdir. Hücum kənarındakı idarəetmə lövhələrinə quraşdırılmış hücum kənarının kök uzantıları, külək panellərinə, stabilizatorun arxa tərəfindəki flaplarqanadcıqlara yavaşca havanı vurur. Bütün hərəkət edən və kiçik səthli trapezoidal qanadlar hücum kənarı kök uzantılarına bağlıdır.

Belə bir qanad dizaynının alt tərəfi, xüsusilə yüksək sürətlərdə qanadları bükülmədən azad etməyə çalışmaq üçün fırlanma qüvvələri yaradır. Bu bükülmə vəziyyəti, qanadların möhkəmliyini və davamlılığını artırmaq üçün yüksək miqdarda kompozit istifadəsini tələb edir. Buna baxmayaraq, təyyarə həqiqətdə 1.6 MAch sürətlə məhdudlaşdırılmışdır. Limit bəzi mühəndislik inkişafları ilə qaldırılmışdır, lakin tam olaraq tamamlanmamışdır.

qalxma zamanı bir SU-47

İdarəedilə bilən güc sistemi

[redaktə | mənbəni redaktə et]

İnqilabi olmasa da, idarəolunan itələmə (PFU mühərrik inkişaf etdiriciləri ilə) 30°/saniyə mərhələsində −20°-dən +20°-ə qədər tənzimlənə bilər və yayınma, irəli ox formalı qanadlarla inkişaf etmiş çevikliyi artıracaqdır.

Kokpit dizaynında, pilotun rahatlığı və pilotun yüksək g qüvvələri üzərində nəzarəti üzərində dayanılmışdır. Təyyarə yeni bir katapult oturacağı və həyatı dəstəkləmə sistemi ilə təchiz edilmişdir. Katapult kreslosunda dəyişkən həndəsənin tətbiqi 60° meyl ilə pilotun üzərindəki yüksək g qüvvəsinin təsirlərini azaldır. Oturacaq, it döyüşü manevrlərində təsirli bir şəkildə yüklənmiş g gücünü mənimsəyə bilər. Su-47 pilotu yan tərəflərdə quraşdırılmış aşağı kreyser nəzarət qolu və gərginlik ölçən qaz tənzimləyicisindən istifadə edir.

Tekniki xüsusiyyətləri (Su-47 Berkut)

[redaktə | mənbəni redaktə et]
Şaquli xətti rəsmdə Suxoy Su-47.
  • Ekipaj: 1
  • Uzunluq: 22.6 m
  • Hündürlük: 6.3 m
  • Qanad uzunluğu: 15.16 m — 16.7 m
  • Sahə: 203 m²
  • Boş çəkisi: 26,100 kq
  • Yüklənmiş çəkisi: 29940 kq
  • Maksimum uçuş çəkisi: 33000 kq
  • Motor (jet): Lyulka AL-37FU
  • Jet tipi: İkinci yanmalı, idarə edilə bilən güc sistemli (PFU modifikasiyalı), rəqəmsal idarəetməli turbofanlar
  • Jet sayı: 2
  • İtələmə: 83.4 kN
  • İkinci yanmada itələmə: 142.2 kN
    • İdarə edilə bilən güc sistemi: −20°-dən +20°-yə, mərhələdə və yayınmada; saniyədə 30°
  • Maksimum sürət: Mach 2.35
    • Dəniz səviyyəsində: Mach 1.1 (1,400 km/s, 870 m/s)
    • Normal əməliyyat hündürlüyündə: Mach 2 (2,500 km/s, 1,550 m/s)
  • Mənzil: 3,300 km
  • Hündürlük: 18,000 m (59,050 ft)
  • Dırmaşma nisbəti: 230 m/s
  • Yük: 36 kq/m² (79.4 lb/ft²)
  • Silahlar:
    • Toplar: 1&dəfəlik; 30 mm GSh-30–1 top (150 mərmi)
    • Döyüş raketləri: 14 pod (2 qanaducu, 6–8 qanadaltı, 4–6 gövde altı)
      • Hava-hava: Vympel R-77, Vympel R-77PD, Vympel R-73, K-74
      • Hava-yer: X-29T, X-29L, X-59M, X-31P, X-31A, KAB-500, KAB-1500

Məşhur mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]
  • S-37, Matthew Reilly tərəfindən yazılmış Scarecrow adlı romanda Qara cəngavərlər və Aloysius cəngavərlərinin əsas təyyarəsi olan Qara Quzğun olaraq yer alır. Hər necə isə adı açıqlanmadan S-37 adlandırılmışdır.
  • Su-47, Tom Clancynin Splinter Cell oyununun broşurasında Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus bir F-16 hərbi təyyarəsinin basqınından əvvəl yeraltı silah razılaşması üçün bir sənaye müəssisəsinə tam təchizla gətirilmiş bir raket platforması olaraq xatırlanır.
  • Ghost Recon kompüter oyununda, oyunçu S-37-ni Arxangelskdəki aviabazadan çıxarmalıdır
  • 23 mart 2006-cı ildə çıxan Ace Combat Zero: The Belkan War, video oyununda Gault Donanmasının əsas döyüş təyyarəsidir.