Arxa qapı və ya bekdor (ing.backdoor) — təhlükəsizlik mexanizmlərini aldatmaq üçün istifadə edilən avtorizə olunmamış gizli proqram və ya aparat təminatı.[1][2][3] Arxa qapılar əsasən kompüterə uzaqdan girişi təmin etmək və ya kriptosistemlərdə açıq mətnə çıxış əldə etmək üçün istifadə olunur. Arxa qapıdan parollar kimi imtiyazlı məlumatlara giriş əldə etmək, sabit disklərdəki məlumatları silmək və ya avtomatik sxemli şəbəkələrdə məlumat ötürmək üçün istifadə oluna bilər.
Arxa qapı proqramın gizli hissəsi,[4] ayrıca proqram, avadanlığın kodu[5] və ya Windows kimi əməliyyat sisteminin hissələri şəklində ola bilər.[6][7][8]Troya atları cihazda boşluqlar yaratmaq üçün istifadə edilə bilər. Troya atı tamamilə problemsiz proqram kimi görünə bilər, lakin icra edildikdə, arxa qapı quraşdıra biləcək fəaliyyətə səbəb olər.[9] Arxa qapılar adətən gizli şəkildə quraşdırılsa da, bəziləri məqsədli şəkildə qurulur və geniş şəkildə tanınır. Bu cür arxa qapılar istehsalçıya istifadəçi parollarını bərpa etmək üçün bir yol təqdim etmək kimi "qanuni" istifadələrə sahibdir.
↑"Backdoors and Trojan Horses: By the Internet Security Systems' X-Force". Information Security Technical Report. 6 (4): 31–57. 2001-12-01. doi:10.1016/S1363-4127(01)00405-8. ISSN1363-4127.