Zarya boğazı

Zarya boğazı (rus. Заря пролив- Şimal Buzlu okeanına daxil olan Laptevlər dənizi akvatoriyasına aid olan Kotelnı adası ilə Belkovski (qərb) adalalını ayırır. Uzunluğu 65 km, ən ensiz yeri 22 km, ən dərin yeri 23 m təşkil edir. Sahilləri parçalı və bataqlıqdır. Qərb sahillərində Plotski, Laqernıy (Belkovski), Domaşnıy, Zapadnıy, Durnoy, Severnıy, Valtera (Moqilnıy) və Pozovıy (Valtera) burunları vardır. Boğaza çoxlu çaylar axır. Misal olaraq Mixaylov, Odnokiy və Pateryannıy və s göstərmək olar. Şərq sahillərində Tas-Arı və Mixaylov yarımadaları vardır. Burada Mixaylov, Nerpiçaya, Straxonosev, Arxtina və Staraya körfəzləri vardır. Boğaz daxilində Uzuk-Karqa adası yerləşir. Adı Rus Arktika ekspedisiyasına (1900-1902) daxil olan Zaya gəmisinin şərəfinə adlandırılır. Bu ekspedisiyaya E.V.Tallya rəhbərlik etmişdir.

Zarya boğazı
rus. Заря (пролив)
Ümumi məlumatlar
Eni 22 km
Uzunluğu 65 km
Yerləşməsi
75°32′38″ şm. e. 136°35′32″ ş. u.HGYO
Ölkələr
Akvatoriyası
Ayırır Kotelnı adasını Belkovski adasından
Zarya boğazı xəritədə
Zarya boğazı
Zarya boğazı