Bemici (ing. Bemidji) — ABŞ-nin Minnesota ştatında şəhər, Beltrami qraflığının inzibati mərkəzi.[5] 2012–2016 ABŞ Siyahıyaalma Bürosunun ABŞ icma sorğusunun beşillik təxminlərinə görə, Becimici şəhərinin ümumi əhalisi 15.404 nəfərdir. Bemici şəhərində çoxlu hindilərə özəl xidmətlər, o cümlədən Hindi Səhiyyə Xidməti var. Şəhər Red-Leyk Hindu Rezervasiyası, Ağ Yer Hindu Rezervasiyası və Liç-Leyk Hindu Rezervasiyasının mərkəzidir. Bemici şəhəri Missisipi çayı sahilində salınmış ilk şəhər hesab edilir.
şəhər | |
Bemici | |
---|---|
ing. Bemidji | |
47°28′25″ şm. e. 94°52′49″ q. u. | |
Ölkə | |
Ştat | Minnesota |
Mer | Rita Albrext |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1896 |
Sahəsi | |
Mərkəzin hündürlüyü | 416 ± 1 m |
Əhalisi | |
Əhalisi | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +1 218 |
Poçt indeksi | 56601 |
Digər | |
ci.bemidji.mn.us | |
Vikianbarda əlaqəli mediafayllar |
Bemici adı Ocibve dilindəki Buh-mid-ji-ga-maug sözündən törəmişdir, "çarpazlaşan sulu bir göl" mənasını verir.[6] Əksinə, şəhər Ocibve dilində Wabigamaang adlanır və "göl boğazlarında" mənası verir, çünki şəhərin bir hissəsi Bemici və İrvinq göllərinin boğazları üzərində yerləşir. Bəzi mənbələr şəhərin adını Bemici rəis ilə əlaqələndirir.[7]
Bemici şəhərinin böyüyən bir iqtisadiyyatı var. Bu, səhiyyə və sosial yardım, pərakəndə ticarət, yerləşdirmə və qida xidməti, peşəkar, elmi və texniki xidmətlər, maliyyə və sığorta xidmətlərinə əsaslanır.[8]
Bemici şəhərinin hökuməti bir merdən və şuradan təşkil olunmuşdur, ən azı 5 şura uordu var.[9]
2014-cü ildə debüt etmiş, baş rollarını Billi Bob Tornton və Martin Frimenin canlandırdığı "Farqo" teleserialının hadisələri əsasən Bemici və Dulut şəhərlərində cərəyan edir. Buna baxmayaraq, film Alberta ştatının Kalgeri şəhərində çəkilmişdir.[10]
Joe Froemming, "Bemidji is 'Fargo': From characters large and small to the town itself, a fictional Bemidji plays a large role in new, much-anticipated FX television series,"