Farqo (ing. Fargo) — Noa Hoyli tərəfindən yaradılmış və yazılmış, qara faciəvi komediya janrında olan ABŞ antologiya teleserialı. Serial 1996-cı ildə Koen qardaşları tərəfindən çəkilmiş eyniadlı filmdən ilhamlanıb. Koen qardaşları həmçinin, bu serialın icraçı prodüserləridir. Serial ilk dəfə 15 aprel 2014-cü il tarixində «FX» telekanalında yayımlanmışdır.[1] Serialın hər mövsümü başqa dövrlərdə cərəyan edir, fərqli məzmuna və əsasən yeni aktyor heyətinə malikdir. Serialın hər mövüsümündə Koen qardaşlarının çəkdikləri filmlərə çoxsaylı istinadlar olur.[2]
Farqo | |
---|---|
ing. Fargo | |
| |
Janr | |
Əsaslanır | Farqo |
Operator |
|
Prodüser |
|
Yaradıcısı | Noa Hoyli |
Ssenarist | Noa Hoyli |
Rollarda | |
Yaş reytinqi | 18+ |
Bəstəkar | Ceff Russo |
İstehsalçı ölkə | ABŞ |
İl | 2014–h.h. |
Studiya |
|
Dil | ingilis dili |
İlk çıxış tarixi | 15 aprel 2014 |
Rəng | rəngli |
Mövsüm sayı | 5 |
Seriya sayı | 51 |
Seriya vaxtı | 46–68 dəqiqə |
Telekanal | FXFX |
IMDb | ID2802850 |
Format | 16:9 HDTV |
fxnetworks.com/fargo |
Serialın birinci mövsümünün hadisələri 2006-cı ildə cərəyan edir, baş rollarında Billi Bob Tornton, Ellison Tolman, Kolin Henks və Martin Frimen var. Birinci mövsüm tənqidçilərdən müsbət rəylər almışdır.[3] Birinci mövsüm Görkəmli miniserial, Görkəmli rejissura və Görkəmli kastinq kateqoriyalarında Praym-taym «Emmi» mükafatına layiq görülmüş, o cümlədən Görkəmli ssenari, Görkəmli rejissura və bütün baş rollar üçün aktyorluq kateqoriyaları daxil olmaqla əlavə 15 nominasiya əldə etmişdir. Birinci mövsümün baş rollarından birini canlandıran Tornton Ən yaxşı miniserial və ya televiziya filmi və Ən yaxşı aktyor – miniserial və ya televiziya filmi kateqoriyalarında «Qızıl qlobus» mükafatını qazanmışdır.
Serialın ikinci mövsümünün hadisələri 1979-cu ildə cərəyan edir, baş rollarında Kirsten Danst, Patrik Vilson, Cessi Plemons, Cin Smart və Ted Denson var. İkinci mövsüm də tənqidçilərdən müsbət rəylər almışdır.[4] İkinci mövsüm iki «Qızıl qlobus» mükafatı nominasiyası, eləcə də Görkəmli miniserial və Danst, Plemons, Smart və Bukem Vudbayn üçün aktyorluq kateqoriyaları kimi bir neçə «Emmi» nominasiyasına layiq görülmüşdür.
Serialın üçüncü mövsümünün hadisələri 2010-cu ildə cərəyan edir, baş rollarında Evan Makqreqor, Kerri Kun, Meri Elizabet Uinsted, Qoran Boqdan və Devid Tülis var. Üçüncü mövsüm də tənqidçilərdən müsbət rəylər almışdır.[5] Üçüncü mövsüm Görkəmli miniserial, Makqreqor, Kun və Tülis üçün aktyorluq nominasiyalarına layiq görülmüşdr. Üçüncü mövsüm «Qızıl qlobus» mükafatı nominasiyasına layiq görülmüşdür. Makqreqor və Tülis aktyorluq kateqoriyaları üzrə nominasiya əldə etmiş, Makqreqor isə öz kateqoriyasında mükafata layiq görülmüşdür.
Serialın dördüncü mövsümü hal-hazırda istehsal proresindədir. Çəkilişlərə 2019-cu ilin axırlarında start verilib və Kris Rok baş rolu canlandıracaq. Üçüncü mövsümün hadisələri 1950-ci ildə, Missuri ştatının Kanzas-Siti şəhərində cərəyan edəcək..[6]
Mövsümlər | Seriyalar | Orijinal yayım | ||
---|---|---|---|---|
İlk yayım | Keçmiş yayım | |||
1 | 10 | 15 aprel 2014 | 17 iyun 2014 | |
2 | 10 | 12 oktyabr 2015 | 14 dekabr 2015 | |
3 | 10 | 19 aprel 2017 | 21 iyun 2017 |
2006-cı ildə Lorn Malvo (Billi Bob Tornton) Minnesota ştatının Bemici şəhərindən keçir və öz hirsi, zorakılığı və yalanları ilə oradakı icmaya təsir göstərir. Malvonun təsir göstərdikləri arasında xor baxılan sığorta satıcısı Lester Nayqaard (Martin Frimen) da var. Bu arada, polis müavini Molli Solverson (Ellison Tolman) və Dulut polis zabiti Qas Qrimli (Kolin Henks) əl-ələ verib Mavlo və Nayqaard ilə bağlı olan qətllər ardıcıllığının sirrini açmağa çalışırlar.
1979-cu ildə Minnesota ştatının Luvern şəhərindən olan kosmetoloq Peqqi Blumkvist (Kirsten Danst) və onun əri qəssab Ed Blumkvist (Cessi Plemons) Ray Gerhardtın (Kiran Kalkin) avtomobil ilə vurulması və daha sonra öldürülməsini gizlətməyə çalışırlar. Ray Şimali Dakota ştatının Farqo şəhərində əsaslanmış Gerhardt cinayət ailəsinin matriarxı Floyd Gerhardtın (Cin Smart) oğlu idi. Eyni zamanda, ştat polisi Lu Solverson (Patrik Vilson) və onun qayınatası Henk Larsson (Ted Denson) şəhər kənarında yerləşən bir kafedə Ray ilə əlaqədar olan, üç insanın öldürüldüyü qətl hadisəsini araşdırır.[7]
2010-cu ildə Minnesota ştatının Sent-Klaud şəhərində yaşayan probasiya zabiti Rey Stassi (Evan Makqreqor) və onun həbsdən şərti azad olunan sevgilisi Nikki Svanqo (Meri Elizabet Uinsted) daha yaxşı, daha zəngin bir həyat arzusundadırlar. Buna nail olamq üçün onlar Reyin daha uğurlu olan böyük qardaşı, özünü "Minnesotanın dayanacaq sahəsi kralı" adlandıran Emmit Stassidən (yenə Makqreqor) dəyərli bir raritet markanı oğurlamağa cəhd göstərir, ancaq onların planları xoşagəlməz hala gəlir və onlar Keçmiş İden-Valli polis rəisi Qloriya Berqlın (Kerri Kun) ögey atası Ennis Stassi də daxil olmaqla iki qətldə olan iştiraklarını gizlətməli olurlar. Eyni zamanda, Emmit kölgəli bir şirkətdən iki il əvvəl aldığı borc pulu geri qaytarmaq istəyir, ancaq bu sirli şirkətin və V. M. Varqa (Devid Tülis) ilə Yuri Qurka (Qoran Boqdan) öndərliyindəki onun işçilərinin başqa fikirləri var.
Dördüncü mövsümün baş rolunu – Cim Krou qanunlarından qaçmağa çalışan və Kanzas-Siti mafiası ilə mübahisəli münasibətləri olan qaradərili immiqrantlardan təşkil olunmuş cinayət sindikatının rəhbərini Kris Rok canlandıracaq. Hadisələr 1950-ci illərdə, Missuri ştatının Kanzas-Siti şəhərində cərəyan edəcək. Çəkilişlərə 2019-cu ilin axırlarında, İllinoys ştatının Çikaqo şəhərində start veriləcək.[6]