Bemici (Minnesota)

Bemici (ing. Bemidji) — ABŞ-nin Minnesota ştatında şəhər, Beltrami qraflığının inzibati mərkəzi.[5] 2012–2016 ABŞ Siyahıyaalma Bürosunun ABŞ icma sorğusunun beşillik təxminlərinə görə, Becimici şəhərinin ümumi əhalisi 15.404 nəfərdir. Bemici şəhərində çoxlu hindilərə özəl xidmətlər, o cümlədən Hindi Səhiyyə Xidməti var. Şəhər Red-Leyk Hindu Rezervasiyası, Ağ Yer Hindu RezervasiyasıLiç-Leyk Hindu Rezervasiyasının mərkəzidir. Bemici şəhəri Missisipi çayı sahilində salınmış ilk şəhər hesab edilir.

şəhər
Bemici
ing. Bemidji
Bayraq
Bayraq
47°28′25″ şm. e. 94°52′49″ q. u.HGYO
Ölkə
Ştat Minnesota
Mer Rita Albrext
Tarixi və coğrafiyası
Əsası qoyulub 1896
Sahəsi
  • 40,317745 km²[1]
  • 36,614868 km² (1 aprel 2010)[2]
Mərkəzin hündürlüyü 416 ± 1 m
Əhalisi
Əhalisi
  • 14.574 nəf. (1 aprel 2020)[3][4]
Rəqəmsal identifikatorlar
Telefon kodu +1 218
Poçt indeksi 56601
Digər
ci.bemidji.mn.us
Xəritəni göstər/gizlə
Bemici xəritədə
Bemici
Bemici
Bemici xəritədə
Bemici
Bemici
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bemici adı Ocibve dilindəki Buh-mid-ji-ga-maug sözündən törəmişdir, "çarpazlaşan sulu bir göl" mənasını verir.[6] Əksinə, şəhər Ocibve dilində Wabigamaang adlanır və "göl boğazlarında" mənası verir, çünki şəhərin bir hissəsi Bemici və İrvinq göllərinin boğazları üzərində yerləşir. Bəzi mənbələr şəhərin adını Bemici rəis ilə əlaqələndirir.[7]

Bemici şəhərinin böyüyən bir iqtisadiyyatı var. Bu, səhiyyə və sosial yardım, pərakəndə ticarət, yerləşdirmə və qida xidməti, peşəkar, elmi və texniki xidmətlər, maliyyə və sığorta xidmətlərinə əsaslanır.[8]

Bemici şəhərinin hökuməti bir merdən və şuradan təşkil olunmuşdur, ən azı 5 şura uordu var.[9]

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

2014-cü ildə debüt etmiş, baş rollarını Billi Bob TorntonMartin Frimenin canlandırdığı "Farqo" teleserialının hadisələri əsasən Bemici və Dulut şəhərlərində cərəyan edir. Buna baxmayaraq, film Alberta ştatının Kalgeri şəhərində çəkilmişdir.[10]

  1. United States. Bureau of the Census 2016 U.S. Gazetteer Files (ing.). Washington, D.C.: U.S. Census Bureau, 2016.
  2. United States. Bureau of the Census 2010 U.S. Gazetteer Files (ing.). Washington, D.C.: U.S. Census Bureau, 2010.
  3. 2020 United States Census.
  4. 2020 United States Census. / red. ABŞ əhalinin siyahıya alınması bürosu
  5. "Find a County" (ingilis). National Association of Counties. May 31, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 8, 2019.[ölü keçid]
  6. "Freelang Ojibwe Dictionary" (ingilis). Beaumont. November 17, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 8, 2019.
  7. Aphem, Uarren. Minnesota Geographic Names: Their Origin and Historic Significance (ingilis). Minnesota Historical Society. 1920. səh. 36. 2022-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-05.
  8. "2012 Economic Census of the United States". American Fact Finder (ingilis). United States Census Bureau. April 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 5, 2019.
  9. "Bemidji City Council". City of Bemidji First City on the Mississippi (ingilis). June 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 5, 2019.
  10. "Bemidji Pioneer" (ingilis). April 18, 2014. June 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 5 2019. Joe Froemming, "Bemidji is 'Fargo': From characters large and small to the town itself, a fictional Bemidji plays a large role in new, much-anticipated FX television series,"

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]