Berlin Prosesi

Berlin ProsesiAvropa İttifaqının gələcək genişlənməsi ilə əlaqəli hökumətlərarası əməkdaşlıq təşəbbüsü.

Berlin Prosesi
Yaranma tarixi 2014
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2014-cü il Berlin Konfransı ilə başlamış, ardınca 2015-ci il Vyana Sammiti, 2016-cı il Paris Sammiti, 2017-ci il Triest Sammiti, 2018-ci il London Sammiti və 2019-cu ildə Poznan Sammiti izlənilmişdir. Berlin Prosesi artan avroskeptisizm və Komissiya sədri Jan-Klod Yunkerin genişlənməyə dair elan etdiyi beş illik moratorium fonunda Aİ-yə inteqrasiya prosesinin dinamikasını möhkəmləndirmək və saxlamaq məqsədi ilə başlanmışdır.[1]

Berlin Prosesi keçmiş YuqoslaviyaAlbaniyanın Aİ-yə namizəd və potensial namizəd ölkələri və seçilmiş Aİ üzv dövlətləri arasında çoxtərəfli əlaqələri canlandırmaq və bu ölkələrdə infrastruktur və iqtisadi inkişaf məsələlərində regional əməkdaşlığı yaxşılaşdırmaq məqsədi daşıyır.[2]

İştirakçı dövlətlər

[redaktə | mənbəni redaktə et]

Təşəbbüs Aİ üzvlüyünə Aİ üzvü olmayan beş Balkan namizədini (Monteneqro, Serbiya, Şimali Makedoniya, Bosniya və Herseqovina, Albaniya) və Aİ üzvü olmayan potensial Balkan namizədini (Kosovo), bəzi Aİ üzvlərini, (məsələn: Avstriya, Bolqarıstan, Xorvatiya, Fransa, Yunanıstan, Almaniya, İtaliya, PolşaSloveniya) və Aİ-yə daxil olmayan əlavə bir ölkə, Birləşmiş Krallığı əhatə edir.[2]

  1. ShtetiWeb. "THE BERLIN PROCESS" (English). July 28, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 26, 2014.
  2. 1 2 "A new logo for Western Balkans Summit in Poznan". Ministry of Foreign Affairs Republic of Poland (ingilis). 2019-02-27. 2019-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]