Besim Bokşi (serb. Бесим Бокси, Besim Bokši; 12 noyabr 1930[1] – 16 avqust 2014[1]) — Albaniya şairi, dilçi və filoloq. 2008-ci ildən 2011-ci ilə qədər Kosovo Elmlər və İncəsənət Akademiyasının prezidenti olmuşdur.[2][3]
Besim Bokşi | |
---|---|
serb. Бесим Бокси, Besim Bokši | |
Doğum tarixi | 12 noyabr 1930[1] |
Vəfat tarixi | 16 avqust 2014[1] (84 yaşında) |
Təhsili | |
Fəaliyyəti | şair, universitet müəllimi, dilçi, filoloq, siyasətçi, KEİA prezidenti |
Əsərlərinin dili | Alban dili |
Besim 16 avqust 1930-cu ildə Yakova şəhərində anadan olmuşdur. O, hələ uşaq ikən valideynləri Albaniyaya köçdülər. İlk təhsilini Vlyora şəhərinin yaxınlığındakı Dukat kəndində almışdır. Bir neçə il sonra təhsilini Tiranada davam etdirdi.[4]
1945-ci ildə Djakovitsaya qayıtmış və 1959-cu ilə qədər universitetdə təhsil almışdır, sonra Belqradda aspirantura dərəcsini bitirdi. 1961-1963-cü illərdə Yakova məktəblərinin birində alban dilindən dərs deməyə başladı. 1967-1973-cü illərdə Ali Pedaqoji Məktəbdə morfologiya fənnindən dərs demiş, eyni zamanda 1967-1971-ci illərdə bu məktəbin direktoru olmuşdur.[3] O, həmçinin 8 ay Albanologiya Universitetində də işləmişdir. 1974-cü ildən Priştina Universitetində mühazirələr keçirdi. 1977-ci ildə Priştina Universitetinin filologiya elmləri doktoru dərəcəsini aldı.[4] 2008-ci ildən 2011-ci ilə qədər Kosovo Elmlər və İncəsənət Akademiyasının vitse-prezidenti, sonra isə prezidenti olmuşdur.[4]
Bokşi 1968-ci ildə dilçilik mövzusunda məsləhətləşmələr zamanı Yekun Komissiyanın üzvü idi. O, həm də 1973-cü ilin noyabr ayında Tiranada keçirilən Alban Yazı Konqresində nümayəndə kimi iştirak etmişdir.[3]
Besim Bokşi 16 avqust 2014-cü ildə vəfat etdi.[3]