Bexşteyn şəbpərəsi

Bexşteyn şəbpərəsi (lat. Myotis bechsteinii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. Yarasa alman naturalisti Yohan Bexşteynin şərəfinə adlandırılıb.

Bexşteyn şəbpərəsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Avropanın şərqində, Kiçik Asiya, Şimali İran və Qafqazda yayılmışdır. Qafqazın Qaradəniz sahillərində üstünlük təşkil edir. Azərbaycanda ilk dəfə olaraq 1986-cı ildə Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında tapılmışdır. 30–40 şəbpərədən ibarət balalama koloniyası Qəbələ rayonunun Xəzra kəndində orta əsrlərə aid qəbiristanlığın dörd sərdabəsinin birində aşkar edilmişdir. Bu koloniya 2010-cu ilədək müşahidə olunmuşdur. Qeyd etmək lazımdır ki, gecə şəbpərələrinə Rusiya ilə həmsərhəd ərazilərdə də təsadüf edilmişdir.

Yaşayış yeri

[redaktə | mənbəni redaktə et]

Gecə şəbpərəsi meşə növü olub, Qafqaşda ancaq enliyarpaqlı meşələrdə rast gəlinir. Bexşteyn gecə şəbpərəsi yem üçün adətən gecə saatlarında meşə kənarlarına və ya talalara uçurlar. Əsasən yarpaq və ot üzərində olan həşəratlarla qidalanırlar. Onlarla dişi fərdlərdən ibarət olan balalama koloniyaları yaşlı ağacların oyuqlarında, nadir hallarda atılmış tikililərdə məskən salırlar.

İyun-iyul ayının əvvəlində dişilər bir balası verir. Balalayan koloniyaların əsas xarakterik cəhətlərindən biri də onların tez-tez öz sığınacaq yerlərini dəyişməsidir. Bu səbəbdən onların bala vermək üçün seçdikləri yerdə ağac oyuqlarının çox olması vacibdir. Yeraltı mağaralar əsasən balavermədə iştirak etməyən fərdlərin qışlaması və yayda daldalanması üçün istifadə olunur. Bu növ yarasaların payız cütləşməsi dövründə yeraltı mağaraların rolu böyükdür. Bexşteyn gecə şəbpərəsi – oturaq növdür. Yəqin olunur ki, Qafqazda və Azərbaycanda gecə şəbpərələrinin əsas hissəsi qışı ağacların oyuğunda keçirirlər. 1986-cı ilin iyul ayının sonunda Xəzrada yarasaların sayı 30-a çatmışdır. 28 avqust 1988-ci ildə bu koloniyada 40-a yaxın fərd olmuşdur. 2007-ci ilin yayında uzunqulaq şəbpərəni bu ərazidə müşahidə etmək mümkün olmamışdır. 2010-cu ilin avqustunda isə sərdabədə 90-a yaxın fərd müşahidə edilmişdir.

  1. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0