BMT (Birləşmiş Millətlər Təşkilatı) 6 əsas orqandan ibarətdir: Baş Assambleya, Katiblik, Təhlükəsizlik Şurası, Beynəlxalq Ədalət Məhkəməsi, Qəyyumluq Şurası, İctimai və İqtisadi Şura. BMT-nin 6 sahə üzrə orqanlarının olmasına baxmayaraq, bu sahələr qeyri-bərabər ölçü (bəzilərinin az, bəzilərinin isə çox köməkçi orqan və komitəsi olur), mövqe (bəziləri kifayət qədər səlahiyyətə malik olduğu halda, digərləri öz əhəmiyyətini itirmiş olur) və insan hüquqlarına münasibət (bəziləri insan hüquqlarının qorunması və yayılmasına olduqca geniş diqqət ayırdıqları halda, digərləri bu sahə ilə az əlaqədar olur və ya ümumiyyətlə maraqlanmır) baxımından bir-birilərindən fərqlənirlər.
Baş Assambleya BMT-nin qanunverici orqanıdır. O, hal hazırda hər bir sessiyada iştirak etməli olan və 5-dən çox nümayəndəsi olmayan 191 üzv dövlətdən ibarətdir. Baş Assambleya, Baş Assambleyanın sessiyaları arası görüşən 7 Əsas Komitə, Prosessual Komissiya və Daimi Komissiyalar kimi Daimi Komitələr yaradıb. O, həmçinin Təhlükəsizlik Şurasının rəyi ilə növbəti 5 il müddətində fəaliyyət göstərəcək Baş Katibi təyin etmək üçün də məsuliyyət daşıyır.
Katibliyə Təhlükəsizlik Şurası tərəfindən tövsiyə edilən və daha sonra Baş Assambleyanın 5 il müddətinə təyin etdiyi BMT-nin Baş Katibi başçılıq edir. Bu sülhməramlı missiyalar, beynəlxalq münaqişə vasitəçiliyi, iqtisadi, mədəni, insan hüquqları və ya sosial istiqamətlər kimi Birləşmiş Millətlər Təşkilatının digər bölmələri tərəfindən hazırlanmış proqramları həyata keçirir. O həmçinin çıxış və sənəd tərcümələri, BMT-nin xəbər və məlumat buraxılışları və beynəlxalq konfrans koordinasiyaları kimi inzibati tapşırıqları yerinə yetirir. Katibliyin təxminən 9000 işçi heyəti vardır.
Təhlükəsizlik Şurası qeyri-zoraki münaqişə həlli və profilaktik tədbirləri əsas götürməklə, dövlətlər əleyhinə güc istifadəsi üçün nəzərdə tutulmuş qətnamələr hazırlamaq səlahiyyətinə malikdir. Bir dövlət əleyhinə silahlardan istifadəyə görə qətnamə vermək üçün heç bir qadağa olmadan 15 üzvdən ən azı 9-dan "hə" səsi alınmalıdır. Yalnız onun daimi üzvlərinin veto qoymaq səlahiyyəti vardır. Onun tərkibi BMT nizamnaməsinə əsasən qurulmuşdur və Çin, Fransa, Rusiya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları kimi 5 daimi üzvdən ibarətdir. Bundan əlavə, 2 il müddətinə seçilmiş 10 qeyri-daimi üzv Şurada xidmət göstərir. Qeyri-üzvlər dinləmələrdə və iclaslarda iştirak edə bilər, amma səs verə bilməz. Təhlükəsizlik Şurası dünyada sülhün və təhlükəsizliyin saxlanması üçün inkişaf etmiş BMT-nin əhəmiyyətli bir sahəsidir.
BMT-nin hüquqi bölməsi olan Beynəlxalq Ədalət Məhkəməsi nin əsası Haaqa və Hollandiyada qoyulmuş və Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə əsasən 1945-ci ildə təsis edilmişdir. BMT nizamnaməsini imzalamış bütün dövlətlər Beynəlxalq Ədalət Məhkəməsinin üzvləridir. Onun yurisdiksiyası siyasi münaqişələr istisna olmaqla beynəlxalq münaqişələrə qədər uzanır (yol açır). Onun məsuliyyətlərinə konkret mövzular üzrə rəylərin verilməsi, məhkəmə işinin idarə edilməsi və beynəlxalq hüquqi normaların aydınlaşdırılması daxildir.
BƏM beynəlxalq məhkəmələrin davamlı təkamülünün sonuncu mərhələsidir. İlk belə məhkəmə Daimi Arbitraj Məhkəməsi 1899-cu ildə yaradılıb və hələ bu gün də mövcuddur. Daimi Beynəlxalq Ədalət məhkəməsi Millətlər Liqası tərəfindən yaradıldı və 1922–1946-cı illər arası mövcud olmuşdur. Bu Beynəlxalq Ədalət Məhkəməsinin əsaslandığı model kimi xidmət göstərir.
İqtisadi və Sosial Şura Baş Assambleyaya insan hüquqları məsələləri ilə bağlı məsləhətlər verir. O, İnsan Hüquqları Komissiyası tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirir və düzəliş edilmiş variantı Baş Assambleyaya təqdim edir. İqtisadi və Sosial Şura hər biri 3 il müddətində fəaliyyət göstərən 54 üzvdən ibarətdir, üzvlər ildə iki dəfə bir araya gəlirlər. Bundan əlavə o, İnsan Hüquqları Komissiyası, İnsan Hüquqlarının Müdafiəsi və Təşviqi üzrə alt komitə, Qadınların Statusu üzrə Komissiya və Cinayətkarlığın qarşısının alınması və Cinayət Mühaiməsi üzrə Komisssiya kimi bir sra komitə və komissiyaya, eləcə də Beynəlxalq Əmək Təşkilatı (BƏT),Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kimi BMT-nin ixtisaslaşdırılmış agentlikləri(qurumları)nə nəzarət edir.
Bu şura ilkin olaraq BMT Xartiyasının 75-ci maddəsinə əsasən beynəlxalq hamilik sistemi çərçivəsində "asılı ərazilər"ə sədrlik etmək üçün yaradılmışdır, lakin şuranın hədəfləri və vəzifələri geniş miqyasda yerinə yetirildiyindən onlar artıq köhnəlmiş hesab olunur. Hazırda isə Hamilik Şurası yalnız ehtiyac olduqda (işləri bunu tələb etdkdə) görüşlər.