Beynəlxalq Turan Oyunları Komitəsi

Beynəlxalq Turan Oyunları Komitəsi — Türk dünyasının keçmişdən bü günə qədər yaşayan idman mədəniyyətinin inkişafı və yaddan çıxmış türk idman oyunlarını yenidən bərpa və inkişaf etdirmək məqsədilə yaradılmış beynəlxalq idman qurumu[1].

TURAN OYUNLARI
Beynəlxalq Turan Oyunları Komitəsi
Beynəlxalq Turan Oyunları Komitəsinin loqosu. Mənası: Türklərə məxsus 4 istiqamət, 4 böyük "T" hərfi, orta qisimdə qədimə dayanan Tək Tanrı simvolu.
Beynəlxalq Turan Oyunları Komitəsinin loqosu. Mənası: Türklərə məxsus 4 istiqamət, 4 böyük "T" hərfi, orta qisimdə qədimə dayanan Tək Tanrı simvolu.
Şüarı TURAN
Yaranma tarixi 2017
Mənzil-qərargahı Azərbaycan
Banisi Fərid Əlizadə, Vasif Namazov, Azər Həsənsoy

Tarixi[redaktə | mənbəni redaktə et]

Təşkilat 2017-ci ilin sonlarında yaradılıb. Rəsmi qeydiyyatdan keçərək öz fəaliyyətinə başlamışdır[1].

Təsisçiləri[redaktə | mənbəni redaktə et]

Komitənin təsisçiləri Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının Prezidenti, Əməkdar İdman xadimi Azər Həsənsoy, Dünya Alpaqut Federasiyasının keçmiş Fəxri Prezidenti, hazırda İdarə Heyətinin üzvü və təsisçisi Fərid Əlizadə, Alpaqut Turan Döyüş Sənətinin qurucusu, türk savaş sənətləri üzrə araşdırmaçı Vasif Namazovdur.[1]

Rəhbərlik[redaktə | mənbəni redaktə et]

Komitənin Fəxri Prezidenti Azər Həsənsoy, Prezidenti Fərid Əlizadə, 1-ci Vitse Prezidenti Vasif Namazovdur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Beynəlxalq Turan Oyunları Komitəsi yarandı Arxivləşdirilib 2021-05-11 at the Wayback Machine. yenicag.az, 25.02.2018  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]