Fərid Əlizadə

Fərid Azad oğlu Əlizadə (18 sentyabr 1985, Bakı[1]) — Beynəlxalq Turan Oyunları Komitəsinin (ing. International Turan Games Committee (ITGC)) Prezidenti,[2] Dünya Alpaqut Federasiyasının (ing. World Alpagut Federation (WAF)) İdarə Heyətinin üzvü,[3][4] Azərbaycan Döyüş Federasiyaları Assosiyasiyasının vitse-prezidenti.

Fərid Əlizadə
Fərid Azad oğlu Əlizadə
Doğum tarixi 18 sentyabr 1985(1985-09-18) (38 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
İxtisası Beynəlxalq iqtisadi münasibətlər
Hüquq
Təhsili
Fəaliyyəti Biznes, İdman və İctimai fəaliyyət
Mükafatları "Xüsusi xidmətlərə görə" ordeni
faridalizade.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Fərid Əlizadə 18 sentyabr 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur.

2003-cü ildə 164 nömrəli məktəbi başa vurmuşdur. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini, 2014-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və 2019-cu ildə isə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Hüquq fakültəsini bitirmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

F. Əlizadə sahibkar kimi 1999-cu ildən biznes fəaliyyəti ilə, 2009-cu ildən isə ictimai fəaliyyətlə məşğul olmuşdur.

2012-ci ildən İdman sahəsinə baş vurmuşdur. Türk Döyüş Sənəti Federasiyasında ilk olaraq 2012-ci ildə Maliyyə və İnternet Texnologiyaları üzrə vitse-prezident, 2013-cü ildə isə Beynəlxalq Əlaqələr üzrə vitse-prezident vəzifəsini icra etmişdir.

2014-cü ildə Dünya Alpaqut Federasiyası — Turan Döyüş Sistemlərini Vasif NamazovAqil Acalov ilə birgə qeydiyyatdan keçirmiş təsisçi, eyni zamanda idarə heyətinin qərarı ilə bu Federasiyanın Prezidenti olmuşdur. 2015-ci ilin Yanvar ayında istefasını vermiş və mart ayında yeni təyin olunan DAF Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Nizami Cəfərov tərəfindən Toraman Başad titulu verilərək DAF-ın fəxri prezidenti təyin olunmuşdur.[5][4]

Bu İdman Federasiyasının hər il müntəzəm şəkildə illik təqvim planına əsasən Beynəlxalq tədbirləri həyata keçirilir.

2018-ci ilin fevral ayından bu addan könüllü imtina edərək Beynəlxalq Turan Oyunları Komitəsinin Prezidenti vəzifəsini icra etməktədir.[2][6]

2019-cu ildə Azərbaycan Döyüş Federasiyaları Assosiyasiyasının vitse-prezidenti seçilmişdir.[7]

2022-ci il 30 avqust tarixindən Dünya Alpaqut Federasiyasının baş katibi.[8][9][4]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Freebase Data Dumps. Google.
  2. 1 2 "Beynəlxalq Turan Oyunları Komitəsi". 2019-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-23.
  3. "Dünya Alpaqut Federasiyası" (az.)). karabakhmedia.az. 11 dekabr 2019. 2019-01-24 tarixində orijinalından arxivləşdirilib.
  4. 1 2 3 "Bakıda Dünya Alpaqut Federasiyasının üçüncü qurultayı keçirilib". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
  5. "Alpaqut" (az.)). www.moderator.az. 11 dekabr 2019. 2019-08-04 tarixində orijinalından arxivləşdirilib.
  6. "Beynəlxalq Turan Oyunları Komitəsi gələcək planları". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-23.
  7. "Türk dünyasına" (az.)). 525.az. 5 dekabr 2019. 2017-12-05 tarixində orijinalından arxivləşdirilib.
  8. "Bakıda Dünya Alpaqut Federasiyasının üçüncü qurultayı". bizim.media. 23 sentyabr 2022 tarixində arxivləşdirilib.
  9. "Dünya Alpaqut Federasiyasının III Qurultayı". 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-23.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]