Vasif Namazov

"Kutsan" Vasif NamazovAlpaqut (döyüş sənəti)nin qurucusu, Dünya Alpaqut Federasiyasının İdarə heyətinin sədri,[1] Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının Baş katibi və Beynəlxalq Turan Oyunları komitəsinin 1-ci vitse-prezidenti.[2]

Vasif Namazov
Vasif İmran oğlu Namazov
Doğum tarixi (42 yaş)
Doğum yeri Sumqayıt, Azərbaycan
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti İdman
alpagut.az/vasifnamazov

Həyatı[redaktə | mənbəni redaktə et]

Namazov Vasif İmran oğlu, (rütbəsi Kutsan) 1981-ci ildə Azərbaycan Respublikası Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə Sumqayıt Dövlət Texniki Kollecini bitirmişdir. İxtisasca mühasibdir. Hal hazırda Kalmıkiya Dövlət Üniversitetinin Bədən Tərbiyəsi fakültəsi üzrə magistr təhsili alır. 2000-ci ildən etibarən cəbhə bölgəsində hərbi xidmətdə olmuş, silahlı qüvvələrin Ağdam rayonunda yerləşən № saylı H/H-də şəxsi heyətə əlbəyaxa döyüş hazırlığı üzrə baş məşqçi təyin olunmuşdur. 2002-ci ildə hərbi xidmətini başa vurmuşdur.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İctimai fəaliyyət[redaktə | mənbəni redaktə et]

2007-ci ildən 2010-cu ilədək Dünya Azəbaycanlıları Konqresinin Gənclər Təşkilatının və eləcə də İdman Departamentinin Sədri olmuşdur. 2013-cü ildə yaradılan və 20-dən çox ictimai birlikləri özündə birləşdirən, "Gələcəyə Baxış" İctimai Hərəkatının həmtəsisçi və həmsədri olmuşdur. 2009-cu ildən etibarən Yeni Azərbaycan Partiyasının üzvüdür.

İdman sahəsi[redaktə | mənbəni redaktə et]

Vasif Namazov 1992-ildən idmanın təkbətək döyüş növləri ilə məşqlərə başlamışdır. O, 1992–1994-cü illərdə Sumqayıt şəhərində Əməkdar Məşqçi Mübariz Bəşirovun rəhbərlik etdiyi Boks bölməsində, 1995–1998-ci illərdə Sumqayıt şəhərində Əbülfət Hacızadənin rəhbərlik etdiyi Kyokuşin Karate klubunda məşqlər etmişdir. Eyni zamanda paralel olaraq cüdo və sambo üzrə idman təlimlərində iştirak etmişdir. İlk Karate dərəcəsinə Azərbaycan Kyokuşin Karate məktəbinin yaradıcısı, Sosay Masutatsu Oyamanın Tələbəsi — Sensey Ələddin Mirzəyev tərəfindən layiq görülmüşdür. Hərbi xidmət dövründən sonra O, 2002-ci ildən kontakt döyüş növləri olan Aşihara Karate, Enşhin Karate, TsuŞinGen, Sayokan və Qarışıq döyüş növləri üzrə məşqlərə başlamış və idman dərəcələrini artırmışdır. Bu illər ərzində Sumqayıt şəhərində şərq tək-bə-tək döyüş növləri klubunun sədri olmuşdur. 2004 və 2006-cı ildə Tsu Şin Gen Beynəlxalq Döyüş növləri Asossasiyasının Rusiya Federasiyasının Naro-Fominsk Vilayətində təşkil etdiyi əlbəyaxa döyüş üzrə beynəlxalq seminarda iştirak etmiş və həmin ildən etibarən Kanço David Kuk-un rəsmi qərarı ilə, Tsu Şin Gen Beyənlxalq Asossasiyasının Azərbaycan Respublikasında rəsmi nüməyəndəsi təyin olunmuşdur.

Vasif Namazov 2008-ci ildən etibarən Türk Döyüş Sənətlərinin araşdırmasına başlamış və 2011-ci ildə Onun rəhbərliyi altında Azərbaycanda bir neçə klub birləşərək Türk Döyüş Sənəti Federasiyasının əsasını qoymuşdur. O, Federasiya tərkibində özünəməxsus bir neçə döyüş sistemləri formalaşdırmışdır. Yeni tətbiq olunmuş bu döyüş sistemləri əsasında O, Türk Döyüş Sənətini zənginləşdirmək və zəngin baza halında yeni bir konsepsiya yaratmaq qərarına gəlmişdir.

Nəhayət 2014-cü ildə Vasif Namazovun araşdırmaları sayəsində Türk xalqlarının qədimdən bü günə qədər yaşayan döyüş sənətləri incələnərək, Türk soylu xalqlarının qədim döyüş mədəniyyətini özündə əks etdirən, zəngin təlim və İmtahan proqramlı, 5 sistemli yarışma qaydaları və özünümüdafiə sistemindən ibarət bir döyüş sənəti, Alpaqut Turan döyüş sənəti quruldu. Vasif Namazov həm də Dünya Alpaqut Federasiyasının İdarə heyətinin sədridir.[1]

Adı Alpaqut olan bu döyüş sənəti, türk xalqlarının döyüş mədəniyyətindən qaynaqlandığı üçün, markası Turan Döyüş sənəti qoyuldu. (Turan: türksoylu xalqların vətəni). bu markanı seçməkdə məqsəd Alpaqutu bütün türksoylu xalqlara məxsus olduğunu nümayiş etdirməkdir.

Alpaqut Turan döyüş sənətinin daxilində olan döyüş sistemləri belə adlanır: 1-ci sistem Ayça, 2-ci sistem Batur, 3-cü sistem Caymaz, 4-cü sistem Qurşaq, 5-ci sistem Kaçut adlanır.

Bu döyüş sənəti bütün türk dünyasına aid olsada ancaq o bütün hüquqi haqlarla Azərbaycana məxsusdur. Belə ki, bütün türksoylu xalqlar kimi, Azərbaycan xalqının tarixi və mədəni irsinə aid olan Alpaqut adı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 14.10.2014-cü il tarixli № 37 saylı sənədi əsasında bu döyüş sənətinin müəllifi, Türk Döyüş Sənətləri üzrə araşdırmaçı, Beynəlxalq Dərəcəli idman ustası Namazov Vasif İmran oğluna istifadəsi üçün rəsmi icazə verilmiş, eyni zamanda Azərbaycan Respublikası Patent üzrə Dövlət Komitəsi tərəfindən 17.11.2014-cü il tarixli iddia sənədinin 201400542 nömrəli Patent Şəhadətnaməsidə verilmişdir. Əlavə olaraq, Alpaqut idman növünün təlim və tədrisinin həyata keçirilməsi üçün hazırlanan metodiki vəsait proqramları Azərbaycan Respublikası Müəllif Hüquqları üzrə Dövlət Agentliyinin 16.10.2015 tarixli 04/C-8157–15 saylı Şəhadətnaməsi ilə təsdiq olunmuşdur.

2022-ci il 30 avqust tarixində yenidən Dünya Alpaqut Federasiyasının baş katibi seçilmişdir.[3][4][1]

Qurucusu[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Bakıda Dünya Alpaqut Federasiyasının üçüncü qurultayı keçirilib". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
  2. "Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası Tədbir Keçirib". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-23.
  3. "Bakıda Dünya Alpaqut Federasiyasının üçüncü qurultayı". bizim.media. 23 sentyabr 2022 tarixində arxivləşdirilib.
  4. "Dünya Alpaqut Federasiyasının III Qurultayı". 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-23.