2015-ci ilin noyabrın 12-də baş vermiş Beyrut bombalamaları (ərəb.تفجيرا بيروت) şəhərin əsasən şiələr yaşadığı Burc al Baracne rayonunda baş vermişdi.[2] Ölənlərin sayı 37-dən[3] 43-ə qədər çox olduğunu xəbər verilir.[1][2][4] Terror aktına görə məsuliyyəti öz boynuna İŞİD təşkilatı götürmüşdür.[1][2] O, 136 adamı öldürən Parisdə terror hadisələrindən bir gün öncə baş verib.[5]
Hücumların sonra gələn 48 saat ərzində Daxili Təhlükəsizlik Qüvvələri 11 adamı həbs ediblər, onlardan çoxu Suriyadandılar. Sonraki xəbərdarlıqda deyilirdi ki, iki Suriyalı və Livanlı şübhəli şəxslər həbs olundu. Onlar Burc al Baracnedəki qaçqın düşərqəsində və paytaxtın şərqində yerləşən Açrafiye rayondaki mənzildə dayandırılıblar. Orada partlayan kəmərlər hazırlanırdılar.[6]
2011-ci ildən bəri Livannan sərhədi bölən Suriyada vətəndaş müharibəsini yaşayır. Buna görə, Livanda da oxşar qarşıdurma vəziyyəti yaradılıb. Bu daxili qarşıdurmanın bəzi tərəfləri Siriyadaki müharibədə də iştrak edirlər və eyni zamanda Livanın özünü müdafiə edirlər. Bundan əlavə 2014-cü ildən bəri Livan yeni prezidenti seçə bilmədiyi üçün, bu ölkə siyasi vakuumu yaşayır.[7]
Haqqında xəbərdarlıq verilən ilk qurbanların arasında Beyrut Amerikan Universitetin işçiləri var idi.[7] ABŞ-nin Miçiqan şatatının Dirborn şəhərində yaşayan üç Livanlı Amerikanlılar - 49 yaşlı qadın və iki evli vəfat etmişlər. Evlilərin üç yaşlı uşağı ağır yaralıları almış.[8]