Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyi — 9 may 2007-ci il tarixində rayon əhalisinin xidmətinə verilmişdir. Muzeyin həyətində açıq səma altında muzey yaradılmışdır. Milli bayram və dövlət tədbirlərinin keçirilməsi ilə yanaşı muzeydə müntəzəm olaraq tarix və vətənpərvərlik dərslərı keçirilir və bu da məktəblilər arasında muzeyə olan marağı artırır. muzeydə 11 bölmə fəaliyyət göstərir.[1]
Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 2007 |
Mövzu | Tarix |
Yerləşir | Biləsuvar, 8 Mart küçəsi 26 |
Kolleksiyası | 5020 eksponat |
Telefon | (+994 25) 295-11-36 |
İş rejimi | (II – VII) 10:00 – 18:00 |
Muzeydə rayonun qədim, orta əsrlər, yeni və ən yeni dövr tarixini əks etdirən çoxlu maddi mədəniyyət nümunələri və sənədlər muzeyin ayrı-ayrı bölmələrində nümayiş etdirilir. Muzeydə "Müstəqilliyə gedən yol", "Heydər Əliyev kursunun layiqli davamçısı" və "Elm, mədəniyyət, təhsil, Heydər Əliyev Fondu" adlanan eksponatlar bölmələri.[2]