Billi öldürmək: 2-ci hissə (ing. Kill Bill: Volume 2) — 2004-cü ildə rejissor Kventin Tarantino tərəfindən ekranlaşdırılmış Amerika döyüş sənətləri janrında filmdir. Filmin ssenarisi də Tarantinoya məxsusdur. Film 1-ci hissənin davamı olub sui-qəsdçi Gəlinin (Uma Turman) toy günü ona xəyanət edən və onu öldürməyə cəhd edən keçmiş həmkarlarından qisas almasından bəhs edir.
Billi öldürmək: 2-ci hissə | |
---|---|
ing. Kill Bill Volume 2 | |
Janr | döyüş filmi[1][2][…], triller filmi, döyüş sənətləri filmi[d] |
Əsas mövzu | qisas[d] |
Rejissor | |
Prodüser |
|
Ssenari müəllifi | |
Baş rollarda | |
Bəstəkar | |
Montajçı | Salli Menke[d] |
İstehsalçılar | Miramax, A Band Apart[d] |
Distribütor | Miramax, Netflix |
İlk baxış tarixi | 16 aprel 2004[6][7], 22 aprel 2004[8] |
Müddət | 131 dəq. |
Büdcə | 30.000.000 $ |
Gəlir | 154.118.820 $[9], 66.208.183 $[9] |
Ölkə | |
Dil | ingilis dili |
Əvvəlki film | Billi öldürmək: 1-ci hissə (film, 2003) |
Rəng | rəngli, ağ-qara[d] |
Çəkiliş yeri | Kaliforniya, Los-Anceles, Meksika, Pekin |
IMDb | ID0378194 |
"Billi öldürmək" filminin kinoteatrlarda nümayişi, əvvəlcə, bir seriya olaraq nəzərdə tutulmuşdu. Lakin filmin müddəti dörd saatdan çox olduğundan film iki hissəyə ayrıldı. 1-ci hissə kinoteatrlarda 180 milyon dollar gəlir əldə edərək, Tarantinonun həmin vaxtadək ən yüksək qazanc gətirən filmi oldu. "Billi öldürmək: 2-ci hissə" bir il sonra 16 aprel 2004-cü ildə kinoteatrlarda nümayiş olundu.