Binhem-Kanyon — ABŞ-də mis, qızıl, gümüş və molibden çıxarılan iri kompleks yataq. Yuta ştatında, Solt-Leyk-Siti şəhərindən 30 km cənub-şərqdədir. Dünyada ən iri yataqlardandır.[2]
Binhem-Kanyon | |
---|---|
Yerləşdiyi yer | |
Ölkə | |
Koordinatlar | 40°31′20″ şm. e. 112°08′58″ q. u. |
İstehsal | |
Məhsullar | mis |
Vikianbarda əlaqəli mediafayllar |
1880-ci illərdə kəşf edilib, 1906-cı ildən açıq üsulla, 1940-cı illərdən isə kombinə edilmiş üsullarla istismar olunur.[2]
Qalıq filiz ehtiyatı təqribən 1350 milyon t-dur; o cümlədən mis 8,5 milyon t (filizdəki miqdarı 0,67%), qızıl 330 t (0,36 q/t-adək), gümüş 3 min t (təqribən 2,8 q/t), molibden 400 min t (0,03%-ədək). Tektonik cəhətdən mütəhərrik Şimali Amerika Kordilyer dağlarının Cənubi Qayalı dağlar meqazonasının şəhər hissəsi ilə əlaqədardır. Yataq mis-porfir tiplidir; Üst Karbonun kvarsit və əhəngdaşılarını yarmış Orta Paleogenin qranitoid ştoklarında lokallaşmışdır. Filiz kütləsi çevrilmiş kasa formasındadır; planda ölçüləri 2,1x1,5 km-dir, qalın divarları təqr. 2,5 km-dək dərinliyə batır. İlkin kvarslı-sulfidli filizlər pirit, bornit, diagenit, xalkopirit, pirrotin, molibdenit, qızıl və palladium<un nadir minerallarından ibarətdir; hər il 150 kq-adək Pd çıxarılır. 1904-cü ildən bu günədək 13 mln. t Cu, təqribən 520 t Au, 4 min t Ag və 530 min t Mo hasil edilmişdir.[2]