Bir kəndin sergüzəşti — Nəriman Nərimanovun nəsr yaradıcılığı zəngindir[1]. XX əsrin sonlarından onun dövri mətbuatda çoxlu felyetonları, ədəbi-tənqidi, elmi-publisist məqalələri, eyni zamanda, dram və nəsr əsərləri çap edilib[2]. "Bir kəndin sərgüzəşti" hekayəsi, "Bahadır və Sona" romanı, "Pir" povesti vətənin mədəni yüksəlişi, ictimai fikrin inkişafı yolunda onun apardığı mübarizə barədə aydın təsəvvür yaradır[1].
Nəriman Nərimanov "Bir kəndin sərgüzəştləri" hekayəsini ilk dəfə 1915-ci ilin oktyabr ayında "Açıq söz" qəzetində çap etdirmişdir[1]. Nəriman Nərimanov hekayədə Azərbaycan zəhmətkeş kütlələrinin həyatı, məişəti və mübarizəsi barədə müəyyən təsəvvür yaratmışdır. Hekayə orjinal süjet əsasında qurulmuşdur. Hekayənin əsas ideyası avamlığın və fanatizmin törətdiyi fəlakətlərdir[2]. Əsər Qafqazın böyük kəndlərindən birinin mənzərəsinin təsviri ilə başlayır[3]. Hadisələr Naməlsəm və İnmirə məhəlləsində cərəyan edir. Hekayənin əsas mənası bundan ibarətdir ki, "hansı xalq öz ixtiyarını və taleyini özgəyə tapşırmışsa, şərəfini və hüququnu öz gücü və birliyi ilə müdafiə edirsə, o xalq yaşamağa qadirdir". Əsər hadisələr daha çox iki obraz erafında baş verir: "Əmi" və "Daşdəmir" obrazı.
Riyakar, qorxaq və şöhrətpərəst əmi obrazında yazıçı Azərbaycanda özünü "millət hamisi" kimi qələmə verən, əslində isə şəxsi mənafeyini güdən, ad-san naminə xalqa xəyanət edən milyonçuları, var-dövlət sahiblərini nəzərdə tutmuşdur. Naməlsəm məhəlləsinin camaatı timsalında isə dar düşüncəli, milli heysiyyəti, vətəndaşlıq hissi olmayan beyzadələri, mülkədarları və avam kəndliləri təmsil edir. Bunu yazmaqda yazıçının məqsədi odur ki, öz hüququnu və taleyini "əmilərə" tapşıran xalq əsarətdən, zülmdən xilas ola bilməz[1].
Nəriman Nərimanov inmirlilərin simasında mübariz, gözüaçıq, cəsur olmağı, ədalətsizliyə, haqsızlığa qarşı barışmazlığı müdafiə edir. Yazıçı əsərdə Daşdəmiri ağıllı, dünyagörmüş, xoş niyyət bir kətxuda kimi təsəvvür edir və belə bir fikir formalaşdırır ki, birlik, həmrəylik olmayan yerdə dövlət məmurları camaatla istədikləri kimi rəftar edərlər. Əsərdə kətxudanın "fəqir" inmirəlilərə bir söz deyə bilmədiyi halda, "beyzadə" naməlsəmlilərin başına olmazın oyun açmasına səbəb də bu idi[1].