Amerika bizonu (lat. Bison bison) — boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid növ.
Amerika bizonu | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Ranqsız: Dəstə: Klad: Klad: Klad: Yarımdəstə: İnfradəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: ???: Amerika bizonu |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Bizonun hündürlüyü 2 m, uzunluğu isə 2,5–3 m-ə çatır. Bədənindəki yun sıx olub boz-qonur rəngdə, baş və boyundakı yun isə qara-qonur rəngdədir. Bədənin ön hissəsi daha uzun tüklərlə örtülüdür. Başın alın hissəsi gnişdir. Kiçik qalın buynuzları yanlara doğru uzanıb. Buynuzların uc hissəsi içəriyə doğru yönəlib. Qulaqları qısa və ensizdir. Gözləri böyük və tünd rəngdə, boynu qısadır.
Amerika bizonu Avropa bizonuna çox oxşayır. Bəzi alimlər onun ayrı növ deyil, zubrun növ dəyişikliyinə uğraması hesab edirlər. Erkəklərinin kütləsi 1140 kq-a çatır. Bu növə aid iki yarımnöv var: düzənlik bizonu (Bison bison bison) və meşə bizonu (Bison bison atabascae)[3] Bizon səhra, düzənlik şəraitinə uyğunlaşmışdır. Lakin meşə forması da vardır. Meşə bizonları iri və tünd rənglidirlər. Bizonlar, adətən, avqust və sentyabr aylarında hövrə gəlirlər. Boğazlıq dövrü 9 aydır. Bizon buzovu tünd-qırmızı rəngdə doğulur və 10 ay müddətində ana altında bəslənir. Ayaqlarının qısa olmasına baxmayaraq, bizon sürətlə qaçır, yaxşı üzə bilir, hətta böyük çayları üzüb keçir. Bizon mouldamır, onun səsi gurultunu xatırladır. Qorxuya və səsə olduqca həssasdır. Bizon əti camış əti kimi tünd rənglidi, inəklərinin əti yağlıdır. Dərisindən vaxtilə yerli əhali isti paltar,yatacaq, yəhər və başqa şeylər hazırlayırdı. Bizon sümüklərindən bıçaq və ox ucluğu, dırnaqlarından və buynuzlarından yapışqan, vətərlərindən sap, uzun tüklərindən möhkəm kəndir hazırlamaq üçün geniş istifadə edilirdi. Bizonun yumşaq tükü 4 kiloqrama çatır və qoyun yunu kimi möhkəm parçalar və isti paltar toxumaq üçün işlədilir. Bizonlar zooparkların məhdud şəraitində artıb çoxalırlar. Bizonların az bir hissəsi əhliləşdirilmişdir. Amerika bizonu adi qaramal ilə çarpazlaşdırıldıqda iri balalar əldə edilir. Hibridlərin yalnız dişi fərdləri artıb-çoxalmaq qabiliyyətinə malikdir. Bizonun ətlik Aberdinanqus cinsli buğalar ilə çarpazlaşdırılması nəticəsində Kanadada katalo adlanan yeni hibrid ətlik cins yaradılmışdır.