Biz və bizim dağlar[1][2] (erm. Մենք ենք մեր սարերը, Menk enk, mer sarerı,[3][4] hərf. Biz dağlarımızıq),[5] həmçinin Nənə-baba (erm. տատիկ-պապիկ, Tatik Papik) və ya Qarabağlılar (erm. Ղարաբաղցիներ, Ğarabaghtsiner)[4] — Xankəndi şəhərinin şimalında 1967-ci ildə tikilmiş abidə. Abidə ermənilər arasında Nənə-baba (erm. տատիկ-պապիկ, Tatik Papik) kimi də tanınır.[6][7] Heykəl Dağlıq Qarabağın erməni icmasının,[8] hətta bütövlükdə erməni kimliyinin simvolu kimi qəbul edilir.[9] Abidə heç bir dövlət tərəfindən tanınmayan keçmiş Qondarma Dağlıq Qarabağ Respublikasının rəsmi simvollarından biri idi və Dağlıq Qarabağ Respublikasının gerbində istifadə edilirdi.[10]
Biz və bizim dağlar | |
---|---|
39°50′13″ şm. e. 46°46′11″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Xankəndi |
Yerləşir | Xankəndi |
Tikilmə tarixi | 1967 |
Hündürlüyü | 9 m |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Heykəltəraşı Sarqis Bağdasaryan, memarı Səfi Qarayevdir.[11]
"Biz və bizim dağlar" abidəsi keçmiş Azərbaycan SSR DQMV-nin Əsgəran rayonunda, Xankəndi şəhəri yaxınlığında 1967-ci ildə ucaldılmışdır. Abidənin tikilişi üçün Xankəndidəki akasiya meşəsi qırılıb.[12] Abidənin heykəltərəraşı Azərbaycan sakini, erməni mənşəli memar Sarqis Bağdasaryandır, memarı isə Səfi Qarayevdir.[11] Abidə Azərbaycan SSR sakini tərəfindən Azərbaycan SSR ərazisində Azərbaycan SSR büdcəsindən ayrılmış vəsait hesabına yaradılmışdır.[13] Abidənin müəllifinin oğlunun sözlərinə görə, Azərbaycan hakimiyyəti tərəfindən onun quraşdırılmasına mane olmaq cəhdləri olmuşdur.[14][15]
"Pravda" qəzetinin yazdığına görə, abidə "dünyada uzunömürlülərin şərəfinə tikilmiş ilk abidədir".[16] Şahin Mkrtçyanın 1983-cü ildəki nəşrlərə istinadən qeyd etdiyi kimi, Dağlıq Qarabağ "planetdə uzunömürlülərin episentri" adlanırdı. SSRİ-də yaşı 100-dən yuxarı olan insanlar ən çox burada yaşayırdı.[17][18]
Heykəl heç bir dövlət tərəfindən tanınmayan Qondarma Dağlıq Qarabağ Respublikasının rəsmi simvollarından biridir və Dağlıq Qarabağ Respublikasının gerbində istifadə edilir.[10]
2009-cu il Avroviziya Mahnı Müsabiqəsi zamanı Ermənistan təmsilçisinin ifasından əvvəlki "açıqca"ya digər lokal simvollarla yanaşı "Biz və bizim dağlar" abidəsi də daxil edilmişdir. Azərbaycandan olan nümayəndələr Dağlıq Qarabağ ərazisinin de-yure Azərbaycanın tərkib hissəsi olduğu üçün Ermənistan təmsilçisinin giriş videosunda "Biz və bizim dağlar" ifadəsinin işlədilməsi ilə bağlı Avropa Yayım İttifaqına şikayət etmişdilər.[19] Şikayətə cavab olaraq finalda həmin hissə montaj edilərək videodan kənarlaşdırılmışdır. Bununla belə, Ermənistan buna cavab olaraq, abidənin şəkillərini arxa fonda video ekranda, final mərhələsində Ermənistanda olan səsverməsinin nəticələrini elan edən sözçüsü Siruşonun əlində olan yazı lövhəsinin arxasında yerləşdirilmişdir.[20]
Bu abidə İkinci Qarabağ müharibəsinə diqqəti cəlb etmək üçün ABŞ-nin erməniəsilli "System of a Down" qrupunun "Protect the Land" and "Genocidal Humanoidz" mahnılarının bədii əsərlərində əks olunmuşdur.[21]