Şərqi Roma İmperiyası (Yunanca: Βασιλεία τῶν Ῥωμαίων, Basileía tôn Rhōmaíōn "Roma İmperatorluğu"; Latinca: Imperium Romanum). Bizans İmperiyasında — rəsmi din.
Bizans Avropa tarixində, eləcə də bütün dünyada xristian mədəniyyətinin beşiyi sayılır. Xristianlığın təsdiqlənməsi, ortodoksal pravoslav nümunəsi üzrə tamamlanmış klassik forma əldə etməsi məhz Bizansda baş verdi. Bizans mədəniyyətinin xüsusiyyətlərini və xarakter cizgilərini müəyyənləşdirən həlledici amil məhz xristianlıq oldu. Təsadüfi deyil ki, orta əsrlər mədəniyyətinin mühüm hadisələrindən biri, bəlkə də ən başlıcası xristianlığın yayılmasıdır. I əsrdə Roma imperiyasının uzaq əyalətlərinin birində – İudeydə yaranmış xristianlıq belə bir rəvayətlə bağlı idi ki, Yer üzündə insan qiyafəsində adı İsa olan bir allah yaşayıb. I əsrdə Fələstində doğulmuş İsa peyğəmbər oba-oba gəzərək öyrədirdi ki, tezliklə allah ədaləti bərqərar edəcək. O, suyu çaxıra çevirir, ölüləlri dirildir və digər möcuzələr edirmiş.[1] Romalıların onu çarmıxa çəkmələrinə baxmayaraq 3 gündən sonra dirilən peyğəmbər göylərə qalxaraq yenidən qayıdacağını, həm diriləri, həm də ölüləri mühakimə edəcəyini bildirdi. I–II əsrlərdə İsa peyğəmbər haqqındakı rəvayətlər "İncil" adı ilə (yunanca "yaxşı xəbərlər") yazılmağa başladı.[2] Xristianlıq IV əsrin ortalarınadək Romanın hakim dairələri tərəfindən təqiblərə məruz qalmışdı. Bu təqiblər gah bu əyalətdə, cah da digərində, bəzən isə, məsələn imperator Dessinin hakimiyyəti illərində olduğu kimi bütün imperiya boyu baş qaldırırdı. Bu zaman məbədlər dağıdılır, din xadimləri və hətta sadə dindarlar həbs edilirdi. Təqiblərin ilk dövründə Romanın hakim dairələri yəhudilərlə xristianlar arasında fərqi nəzərə almırdılar. Yəhudilər də, xristianlar da yerli allahlara və imperiyanın qanunu ilə allaha bərabər tutulan Roma imperatoruna qurban kəsilməsi mərasimində iştirak etməkdən imtina edirdilər.
Romalılar bütün milli dinləri "tanıdıqlarına" və onlara icazə verdiklərinə görə I əsrdə yəhudilərdən qurbanvermə mərasimində iştirak etmələrini tələb etmirdilər. Xristianlar isə bu tələblərdən yalnız ilk illər azad ola bildilər. Çox keçmədi ki, romalılar xristianları yəhudilərdən ayırmağı öyrəndilər və xristianlıq nəinki milli dinlərə aid edilmədi, hətta təhlükəli təriqət hesab edilməyə başladı. Roma allahlarına sitayişdən imtina etdiklərinə görə xristianlara qarşı repressiyalar başladı. Roma imperiyasında xristianlığın təqibi tarixi IV əsrin əvvəllərinədək davam etdi. Bu öz hakimiyyətinin 19 ilində xristianlarla təmkinlə rəftar edən imperator Diokletianın (284–365) Kilsə ilə dramatik toqquşması ilə bağlıdır.[3] Belə ki, o, kürəkəni bütpərəst Qalerinin təsiri ilə 303–304-cü illərdə bir-birinin ardınca imzaladığı 4 fərmanla xristianlığa meydan oxudu. Bu fərmanların ən dəhşətlisi 304-cü ildəki fərman olub, xristianları dindən üz döndərməyə vadar etmək üçün onları əzab və işgəncələrə məhkum etmək haqqında idi.[4]
İmperator Diokletian bütün imperiyanı özünə tabe etmək üçün xristianları təqib edərək onları həbsxanaya salır, sürgünə göndərir və ya edam edirdi. Lakin bu sərt tədbirlərin də köməyi olmadı. Xristianların sayı istər kasıblar, istərsə də varlılar arasında artmaqda davam edirdi. Öz növbəsində Kilsənin əmlakı müsadirə edilir, dini kitab və məbədlər məhv edilirdi. Əgər 305-ci ildə Diokletian öz taxt-tacından qəflətən əl çəkməsəydi, Kilsə ona dəyən zərbələrdən hələ çox əziyyət çəkməli olacaqdı. Lakin Diokletianın hakimiyyət uğrunda qızğın müharibə aparan sələflərinin çoxu xristianlığa düşmən münasibət bəsləyirdi. Qaleri bu işdə daha irəlidə gedirdi. Ölümündən yalnız bir neçə gün əvvəl Qaleri xristianlara məzhəb azadlığı verən fərman imzaladı.[5] Lakin fərman o zaman qüvvəyə minə bilərdi ki, xristianlar öz Allahlarından imperator üçün şəfa diləsinlər. Qalerinin ölümündən sonra xristianları, bir tərəfdən Maksimian, digər tərəfdən Maksenti təqib etməyə başladı. Lakin tezliklə onlar hər ikisi devrildi.
Roma imperiyasını idarə etməyə başlayan hökmdarlar – Qərbdə imperator Böyük Konstantin, Şərqdə isə Lisini 313-cü ilin yayında İtaliyanın Mediolanum (indiki Milan) şəhərində görüşərək xristianlığın digər dinlərlə bərabər hüquqa malik olması haqda müştərək fərman imzaladılar.[6] Bu tarixi fərman bütün müsadirə edilmiş əmlakın Kilsəyə qaytarılmasını və ya əvəzinin verilməsini nəzərdə tuturdu. Artıq zülm və təqiblər arxada qaldı. Milan fərmanı xristianlıq tarixinə yeni dövr açdı. Konstantinin bu cür mühüm addım atmasının səbəbini onun öz sözlərini qələmə almış tarixçi Yevsevinin yazdıqlarından öyrənirik. Rəvayətə görə, guya Konstantin və döyüşçüləri günəşin üzərində şüalardan ibarət iri bir xaç görürlər. Xaçın üzərində bu sözlər yazılıbmış: "bununla qalib gələcəksən" (sim pobedişi – etim pobediş). Konstantin əvvəlcə dəhşətə gəlir, çünki romalılar üçün xaç rüsvayçılıqla cəzalandırma aləti idi.[7] Sonra Konstantinin yuxusuna girən İsa peyğəmbər ona buyurur ki, xaçı döyüş bayrağının üzərinə vursun. Xristian keşişləri xaçı qələbə müjdəçisi kimi yozur. Döğrudan da bir neçə döyüşdən sonra Maksenti həlak olaraq Tibr sularına qərq olur, Konstantin isə zəfərlə Romaya daxil olur. Xristian allahının ona etdiyi yaxşılığı unutmayan Konstantin xristianlığı dövlət dinlərindən biri kimi qanuniləşdirir. Yeni dindən yalnız siyasi mübarizə deyil, həm də imperator hakimiyyətinin möhkəmlənməsində istifadə etməyin mümkünlüyünü görən Konstantin öz paytaxtını da Tibr sahillərindən Mərmər dənizi sahillərinə köçürməyi qərara alır.[8] Bəziləri bunu bütpərəstliklə vidalaşma və xristianlıq əhatəsində yeni həyata başlama kimi izah edir.
Uzun müddət xristianların ibadət üçün xüsusi binaları olmadığından onlar dua etməyə müxtəlif yerlərə gedir, çox vaxt da varlı xristianların evlərində yığışmalı olurdular. Bəzən bu məqsədə boşalmış anbarlar və ya sənətkar emalatxanaları da xidmət edirdi. Yer olmadıqda xristianlar açıq səma altında da ibadət edirdilər. Əvvəllər xristianlar ibadət üçün sinaqoqlara da gedirdi, yəhudilərlə münasibətləri korlandıqdan sonra isə bu da mümkün olmadı. Konstantinin dövründə xristianlıq rəsmən vahid dövlət dini olmasa da ona üstünlük verilirdi. Artıq xristianların öz məbədləri var idi və onlar aşkar ibadət edə bilirdi. Konstantin özü isə artıq ölüm yatağında ikən xaç suyuna salındı.[9]
Xristian məbədləri haqqında ilk dəfə Tartullian məlumat verir. Bu məbədlər müxtəlif cür adlanırdı: Allahın evləri, Kilsələr və s. Onlar formaca bazilika – düzbucaqlı bina şəklində olub şərqdən qərbə doğru uzanırdı. Sonralar, Konstantinin dövründə də, kilsə tikililərinin genişləndiyi vaxt kilsələrin forması barədə fikir ayrılığı və mübahisələr olmadı.
Xristianlığın yalnız kilsə formasında mövcud olması – onun əsas xüsusiyyətlərindəndir. Kilsə xristian dininin mühüm atributudur. Xristianlıqda bir neçə dini ənənə mövcuddur ki, bunların da hərəsinin öz mərasim, ayin və dini simvolları var. Bunlardan, Bizans ənənəsinə malik Pravoslav, Roma ənənəsinə malik Katolik və XVI əsr Reformasiya ənənələrinə malik Protestant Kilsələri aparıcı idi.[10] Yustinianın dövlət və kilsə siyasətinin əsas məqsədi Roma imperiyasının dirçəlməsi, əvvəlki sərhədlərin bərpası və vahid imperiya ideyasının həyata keçirilməsi idi.
Şərqi Roma imperiyası mövcud olsa da, bura Şərqdən farsların, şimaldan slavyanların hücumlar etməsi, Qərbi Roma imperiyasının isə artıq V əsrdə süqut etməsi və yerində german tayfalarına məxsus bir neçə barbar krallığının yaranması Yustinianı bərk narahat edirdi. Yustinian əvvəlki Qərb ərazilərinin böyük əksəriyyətini imperiyaya qaytara bildi: İtaliya, İspaniya, Karfagenlə birlikdə Roma Afrikasını. Lakin Yustinianın hakimiyyəti illəri Kilsə üçün faciəvi bir dövrdür. Çünki məhz bu dövrdə kilsə özünün əvvəlki mənada ümumdünya əhəmiyyətini itirdi. Bir müddət sonra isə imperiyanın əyalətlərində ərəb hücumları nəticəsində islam yayıldı. Yustinianın həm daxili, həm də kilsə ilə bağlı siyasətində arvadı müqəddəs Feodora ona kömək edirdi. Feodora ən çətin anlarda onun sınanmış dayağı və məsləhətçisi idi. Hər yerdə vahid Roma qanunlarını tətbiq edən imperator Yustinianın yaratdığı "Yustinian Kodeksində" də kilsəyə münasibət öz əksini tapmışdı.[11] Hakimiyyətinin elə ilk dövrlərində Yustinianı Konstantinopolda az qala devirə biləcək qiyam zamanı köhnə müqəddəs Sofiya məbədi yandığı üçün imperator onun əvəzinə yenisini inşa etdirdi.[12] Uzun müddət Xristian dünyasının baş məbədi olan bu yeni, əzəmətli kilsə Bizans incəsənətinin tayı-bərabəri olmayan şah əsərinə çevrildi.
Xristian kilsəsinin başında duran xaçın tarixi uzaq keçmişdən başlayır. O həm formaca, həm də məzmunca rəngarəngdir. Məsələn, Qədim Şərq, Ön Asiya, Misir və Afrika mədəniyyətində bir-biri ilə kəsişən iki xətt həyat mənbəyi olan 4 ünsürün – günəş, od, külək və suyun simvolik işarəsidir. "T" formasında olan xaç qədim yəhudi əlifbasının son hərfi "Tav", həmçinin Allah sözünün ("teo") baş hərfidir.[13]
"Svastika" adlanan digər xaç forması (+) Şərq ölkələrində əbədi hərəkət, od, həyat simvolu olan birtərəfli hərəkəti təsvir edir. Xristianlıq dövründə yeni məzmun kəsb edərək 2 simvolik mənanı birləşdirən bu xaç həm ölməzlik mənbəyi, həm də İsa peyğəmbərin edam alətini bildirməyə başlayır. Xaç əzablardan qurtuluş və əbədi həyatın müqəddəs simvoluna çevrilir.
Xristian məbədləri haqqında ilk dəfə Tartullian məlumat verir. Bu məbədlər müxtəlif cür adlanırdı: Allahın evləri, Kilsələr və s. Onlar formaca bazilika – düzbucaqlı bina şəklində olub şərqdən qərbə doğru uzanırdı. Sonralar, Konstantinin dövründə də, kilsə tikililərinin genişləndiyi vaxt kilsələrin forması barədə fikir ayrılığı və mübahisələr olmadı. Xristianlığın yalnız kilsə formasında mövcud olması – onun əsas xüsusiyyətlərindəndir. Kilsə xristian dininin mühüm atributudur. Xristianlıqda bir neçə dini ənənə mövcuddur ki, bunların da hərəsinin öz mərasim, ayin və dini simvolları var. Bunlardan, Bizans ənənəsinə malik Pravoslav, Roma ənənəsinə malik Katolik və XVI əsr Reformasiya ənənələrinə malik Protestant Kilsələri aparıcı idi.<refCairns, Earle E. (1996). Christianity through the centuries: a history of the Christian church (3rd ed.). Zondervan. ISBN 978-0-310-20812-9.></ref>
Yustinianın dövlət və kilsə siyasətinin əsas məqsədi Roma imperiyasının dirçəlməsi, əvvəlki sərhədlərin bərpası və vahid imperiya ideyasının həyata keçirilməsi idi. Lakin Yustinianın hakimiyyəti illəri Kilsə üçün faciəvi bir dövrdür. Çünki məhz bu dövrdə kilsə özünün əvvəlki mənada ümumdünya əhəmiyyətini itirdi. Bir müddət sonra isə imperiyanın əyalətlərində ərəb hücumları nəticəsində islam yayıldı. Yustinianın həm daxili, həm də kilsə ilə bağlı siyasətində arvadı müqəddəs Feodora ona kömək edirdi. Feodora ən çətin anlarda onun sınanmış dayağı və məsləhətçisi idi.
Yustinianın ölümündən sonra imperiya sürətlə zəifləyərək, demək olar ki, istila edilmiş ərazilərin hamısını itirdi. Məhz həmin dövrdə Şərqi Roma imperiyası "Vizantiya" adlanan möhtəşəm dövlətə çevrildi. Əslində isə o, heç vaxt bu cür adlanmayaraq öz əvvəlki məğrur adını daşımaqda davam edirdi: "Romeylərin imperiyası". VII əsrin əvvəllərində bütpərəst slavyanlar Balkan yarımadasının, demək olar ki, hamısını işğal etdilər.[14]
Farslar Kiçik Asiyanı viran qoydular, Misiri, Fələstini, Suriyanı və digər torpaqları imperiyadan zorla ayırdılar. Qədim kilsə mərkəzləri olan İskəndəriyyə, Antioxiya, ən başlıcası isə Yerusəlim əldən çıxdı. Müqəddəs Xaç (Krest Qospoden) qənimət kimi farsların (Persiya) paytaxtı Ktesifona aparıldı. VII əsrdən etibarən Bizans üçün dəhşətli fəlakətlər dövrü başladı ki, bu da az qala onun məhvinə gətirib çıxaracaqdı.
VII–VIII əsrlərdə Bizans Balkandan qərbədək olan torpaqlarını həmişəlik itirdi. Ərəb müsəlmanları VII əsrdə, demək olar ki, bütün pravoslav Şərqini işğal etdilər. Xristianlar üçün müqəddəs olan yerlərin çoxu müsəlmanların əlinə keçdi. Qərb həddindən artıq zəif olduğu üçün bu işdə Şərq xristianlarına kömək edə bilmədi.[15] İlk vaxtlar ərəblər xristian zəvvarlarının ziyarətlərinə qətiyyən mane olmurdular. Lakin IX əsrdən başlayaraq bu ərazilərdə ərəblərdən fərqli olaraq din azadlığını qəbul etməyən səlcuq türklərinin təsiri artdı. Türklər nəinki Konstantinopola, bütün Avropaya meydan oxumağa, hədələməyə başladılar. Bizans imperatoru Romaya kömək üçün müraciət etdi. Məhz bu vaxt papa II Urban 1095-ci ildə I Xaç yürüşü elan etdi.[16]
Müqəddəs qəbri azad etmək çağırışı böyük müvəffəqiyyət əldə etdi: çoxları "kafirlərə" qarşı çıxmağa söz verərək yaxalarına xaç taxdı. "Xaç yürüşü" adı da buradan götürüldü. Bir ordu əvəzinə dördü yaradıldı. Lakin ən müvəffəqtyyətlisi I Xaç yürüşü oldu. Belə ki, 1099-cu ildə Yerusəlim alınaraq Yerusəlim Krallığının paytaxtı elan edildi. Qodfrid Bulyonski kral oldu. Lakin şəhəri əldə saxlamaq mümkün olmadı. 1187-ci ildə şəhər yenidən türklərin istilasına məruz qaldı ki, bu da yeni xaç yürüşlərinə səbəb oldu. Lakin bu yürüşlərin heç biri I qədər uğur qazana bilmədi.
1202–1204-cü illərdəki IV Xaç yürüşü isə qətiyyən əvvəlki məqsədi güdmürdü. Əhl-səlibçilər müqəddəs torpağa çatar-çatmaz Konstantinopola soxulub, şəhəri amansızcasına qarət etməyə başladılar. Onlar ələ keçirilmiş ərazidə Latın imperiyası yaratdılar.[17] Beləliklə, 2 Bizans dövləti əmələ gəldi: Feodor Laskalisin başçılığı ilə Nikey imperiyası və Komninovlar sülaləsinin son nümayəndəsi olan I Andronikin sələflərinin yaratdıqları Trapezund imperiyası.[18]
Bizans imperiyasını bərpa edən və 1453-cü il Türklərin işğalınadək hakimiyyətdə olan Paleoloqlar sülaləsinin əsasını qoymuş Nikey imperatoru VIII Mixail 1261-ci ildə Konstantinopolu geri aldı. Trapezund imperiyası 1461-ci ilədək hökm sürdü.[19]
rus dilində
Византия // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
ingilis dilində