Avropa tarixi

Dünya tarixi

Ortelius tərəfindən 1570-ci ildə hazırlanmış Dünyanın ümumi görünüşü adlı Dünya xəritəsi.

Orta əsrlərin əvvələrində Avropada durğunluq dönəminə daxil olmuşdur. Yaxın ŞərqAsiyada yaşayan bir çox xalqlar texniki və mədəni nəaliyyətlərinə görə Avropa xalqlarını arxada qoymağı baçarmışlar.[3] Yeni dövrüdən etibarən başlayan intibahreformasiya kimi hərəkatlar, Avropanın hərbi, iqtisadi, demokratik və texniki yöndə inkişaf etməsinə səbəb olmuş və qısa müddətdən sonra inkişaf tempi və mədəni səviyyəsinə görə Avropa digər qitələrdən üstün bir mövqedə qərarlaşmışdır. Bu üstünlüklərindən istifadə edən Avropa xalqları, digər qitələrdə koloniyalar yaratmış və həmin qitələrdə olan təbii sərvətləri talamışlar. Əldə olunan kütləvi gəlirlə, sosial vəziyyətlərini daha da yaxşılaşdıran, Avropa xalqları digər qitələrdə yaşayan xalqların inkişafdan geri qalmasına səbəb olmuşlar.

XX əsrə qədər hərbi və iqtisadi baxımdan dünyada lider mövqedə olan Avropa xalqları, XX əsrdə bu liderlik yarışında Amerika Birləşmiş Ştatlarına məğlub olmuşlar. Asiya qitəsində əvvəlcə YaponiyaCənubi Koreyanın daha sonra isə ÇinHindistanın texnelojo və iqtisadiyyat sahəsində anidən yüksəliş əldə etməsi, Avropa üçün yeni rəqiblərin meydana gəlməsinə səbəb olmuşdur. Avropanın 27 ölkəsinin üzv olduğu, 1952-ci ildə yaradılmış Avropa İttifaqı iqtisadiyyat, idxal və ixracat sahəsindəki uğurlarından sonra dünyada bir nömrəli iqtisadi gücə çevrilmişdir.[4][5]

Avropa tarixiAvropa qitəsində yaşayan xalqların qədim zamanlardan etibarən günümüzə qədər davam etmiş tarixini əhatə edir. Arxeloji qazıntıları nəticəsində Avropada ilk insan məskənlərinin Eradan əvvəl 35.000 il əvvəl yarandığını göstərir.[1] Avropada aşkarlanmış ən qədim yazı nümunəsi e.ə. 700-cü ildə, Qədim Yunanıstanda Homer tərəfindən yazılmış İliada dastanıdır.[2] Qədim Yunanıstanla yanaşı eramızdan əvvəl VIII əsrdə yaradılmış Roma krallığı dövrünün ən müasir sivilizasiyalarından hesab olunurdu. Qədim YunanıstanQədim Roma dövlətləri eramızın IV əsrindən başlayaraq dağılmağa başlamış, həmin əsrdən etibarən Xristianlıq dini Avropada öz təsirini gücləndirmişdir.

Avropa tarixinin zaman xətti
Antverpenli xəritəçi Abraham Ortelius tərəfindən 1595-ci ildə çəkilmiş Avropa xəritəsi.
E.ə. 35000 Müasir insanlar (homo sapiens) Avropada yarandı.
E.ə. 12500 Buz dövrü sona çatdı
E.ə. 7000 İlk insan birlikləri İlk yerleşik toplumlar Balkan yarımadasıda meydana gəldi.
E.ə. 6000 Neolit dövrü Mərkəzi Avropada başladı.
E.ə. 5000 Neolit dövrü Şimali Avropada başladı.
E.ə. 2500 Avropada Mis dövrü başladı.
E.ə 1000 Avropada Dəmir dövrü başladı.
E.ə. 360 Platon Dövlət adlı kitabında Afina demokratiyasını tənqid etdi.
E.ə. 323 Makedoniyalı İsgəndər öldü və yaratmış olduğu Makedoniya imperiyası parçalandı.
E.ə. 44 Qay Yuli Sezar öldürüldü. Roma respublikası dağıldı.
E.ə. 27 Oktavian Avqust Roma imperiyasını yaratdı.
330 I Konstantin Konstantinopol şəhərin Yeni Roma adı ilə paytaxt elan etdi.
395 I Feodosinin ölümündən sonra imperiya şərqqərb olmaqla iki yerə paçalandı.
476 Qərbi Roma imperiyası dağıldı. Orta əsrlər başladı.
527 I Yustinian iperator olaraq Bizans taxtına çıxdı.
800 Böyük Karl Müqəddəs Roma imperiyasının imperatoru kimi taxta çıxdı.
1054 Xristianlıqda bölünmə baş verdi.
1066 I Vilhelmin rəhbərliyi altında normanlar İngiltərəni fəth etdi.
1095 Papa II Urban Xristianları Xaç yürüşlərində iştirak etməyə çağırdı.
1215 Qanunların təsbit edilməsində mühüm sənədlərdən hesab olunan Magna Carta sənədi qəbul edildi.
1340 Qara ölüm Avropa əhalisinin üçdə birinin ölümünə səbəb oldu.
1337-1453 Yüz illik müharibə
1453 Osmanlı imperiyası tərəfindən Konstantinopol şəhəri fəth edildi və adı İstanbul şəkilində dəyişdirildi. Bununlada Orta əsrlər dövrü sona çatdı və Yeni dövr başladı.
1492 Xristofor Kolumb Yeni Dünyanı kəşf etdi.
1498 İntibah dövrü başladı və Leonardo da Vinci Milan şəhərində Sonuncu şam yeməyi tablosunu tamamladı.
1517 Martin Lüter Reformasiya tələblərini Vittenberq kilsəsinin divarlarından asdı.
1648 Vestfaliya müqaviləsi ilə Otuzillik müharibə sona çatdı.
1699 Osmanlı imperiyası Müqəddəs İttifaqla aparılan müharibələrin nəticəsində məğlub oldu.
1707 İngiltərəŞotlandiya krallıqlarının birləşməsi ilə Böyük Britaniya yarandı.
1789 Fransa inqilabı baş verdi. Yeni dövr sona çatdı, Ən Yeni dövr başladı.
1815 Napoleon Bonapartın məğlub olmasından sonra Vyana müqaviləsi imzalandı.
1856 Krım müharibəsində, Rusiya imperiyası məğlub oldu.
1860 Rusiyada kəndlilərə azadlıq verildi, Karl Marks "Kapital" əsərinin ilk cildini tamamladı.
1866 İtaliyanın birləşməsi başa çatdı.
1871 Almaniya imperiyası yarandı.
1914 Frans Ferdinand Qavrilo Prinsip tərəfindən öldürüldü. Birinci dünya müharibəsi başladı.
1917 Rusiyada Oktyabr inqilabı baş verdi.
1922 Sovet Sosialist Respublikaları İttifaqı yarandı.
1918 Birinci dünya müharibəsi başa çatdı.
1933 Almaniyada Adolf Hitler hakimiyyətə gəldi.
1936 Miliyyətçilər və Respublikaçılar arasında baş vermiş İspaniya vətəndaş müharibəsi başladı.
1939 İspaniya vətəndaş müharibəsi başa çatdı və Fransisko Franko hakimiyyətə gəldi.
1939 Üçüncü Reyxin orduları Polşanı işğal etməsi ilə İkinci dünya müharibəsi başlamış oldu.
1944 Yunanıstan vətəndaş müharibəsi başladı.
1945 Avropada ciddi dağıntılara səbəb olmuş, İkinci dünya müharibəsi sona çatdı.
1948 Yunanıstan vətəndaş müharibəsi sona çatdı.
1949 NATO yaradıldı.
1951 Avropa İttifaqının yaradılmasına mühüm rol oynamış, Paris müqaviləsi imzalandı.
1955 Varşava Müqaviləsi Təşkilatı yaradıldı.
1956 Macarıstan inqilabı, SSRİ ordu birləşmələri tərəfindən qanlı bir şəkildə yatırıldı.
1957 Roma müqaviləsi imzalandı və Avropa İqtisadi Birliyi yarandı.
1961 Berlin divarının inşaatına başlanıldı.
1967 Yunanıstanda hərbi çevriliş baş verdi və hərbçilər hakimiyyətə gəldi.
1968 SSRİ, Çexoslovakiyanı işğal etdi və Praqa baharı dövrü başa çatdı.
1972 İngiltərə, Danimarkaİrlandiya Avropa İqtisadi Birliyinə üzv seçildi.
1974 Qərənfil inqilabı nəticəsində Portuqaliyada demokratik hərəkat başladı.
1974 Türkiyə, Enosis hərəkatının qarşısını almaq üçün Kipr adasının şimal ərazisinə qoşun çıxardı.
1974 Yunanıstanda hərbçilərin hakimiyyəti sona çatdı və ölkədə demokratik hakimiyyət yaradıldı.
1975 Fransisko Frankoun ölümündən sonra İspaniyada demokratikləşmə dövrü başladı.
1983 Şimali Kipr Türk Respublikası müstəqilliyini elan etdi. Türkiyədən başqa heç bir dövlət ŞKTR-in müstəqilliyini tanımadı.
1988 AzərbaycanErmənistan arasında Dağlıq Qarabağ münaqişəsi başladı.
1989 Berlin divarı söküldü.
1990 Yuqoslaviyada vətəndaş müharibəsi başladı.
1991 SSRİ dağıldı və Müstəqil Dövlətlər Birliyi yarandı.
1991 Sloveniya, XorvatiyaMakedoniya Respublikası müstəqilliklərini elan etdilər və Yuqoslaviyadan rəsmən ayrıldılar.
1991 Qaqauziya müstəqilliyini elan etdi, ancaq Moldova ilə muxtariyyətin əldə olunması ilə bağlı danışıqlara başladı.
1992 Dnestryanı müstəqilliyini elan etdi və Moldovadan ayrıldı. Ançaq heç bir dövlət tərəfindən tanınmadı.
1992 Bosniya və Herseqovina müstəqilliyini elan etdi və Yuqoslaviyadan ayrıldı.
1992 Maastrixt sazişi ilə Avropa İttifaqının təməli atıldı.
1992 İsveçrədə referendum keçirildi və əhali Avropa İttifaqına daxil olmaqdan imtina etdi.
1992 Dağlıq Qarabağda yaradılmış qondarma erməni rejimi müstəqilliyini elan etdi, ançaq Ermənistanda daxil olmaqla heç bir dövlət tərəfindən tanınmadı.
1992 AbxaziyaCənubi Osetiya Gürcüstandan ayrılaraq, müstəqilliklərini elan etdilər. Bu müstəqillik heç bir dövlət tərəfindən tanınmadı.
1993 Çexoslovakiya dinc bir şəkildə ÇexiyaSlovakiya olmaqla iki yerə ayrıldı.
1994 Norveç keçirilən referendumdan sonra Avropa İttifaqına üzv olmaqdan imtina etdi.
1994 Bişkek protokolunun imzalanmasından sonra AzərbaycanErmənistan arasında davam edən Qarabağ münaqişəsinə son qoyuldu.
1994 Qaqauziya muxtariyyətin verilməsi şərti ilə Moldovanın tərkibində qalmağı qəbul etdi.
1994 RusiyaÇeçenistan arasında Birinci çeçen müharibəsi başladı.
1996 Birinci çeçen müharibəsi sona çatdı.
1998 Kosovonun Serbiyanın tərkibindən ayrılmaq istəməsi, Kosovo müharibəsinə səbəb oldu.
1999 Kosovo müharibəsi sona çatdı.
1999 Yuqoslaviya vətəndaş müharibəsi sona çatdı və ölkə parçalandı.
1999 İkinci çeçen müharibəsi başladı.
2001 Makedoniya Respublikası ordusu ilə ölkənin şimalında yaşayan etnik albanlar arasında silahlı toqquşmalar baş verdi.
2006 Monteneqro müstəqilliyini elan etdi və Yuqoslaviyadan ayrıldı.
2008 Kosovo müstəqilliyini elan etdi və Serbiyadan ayrıldı.
2008 GürcüstanCənubi Osetiya arasında Cənubi Osetiya müharibəsi baş verdi.
2008 Rusiya AbxaziyaCənubi Osetiyanı müstəqil dövlət kimi tanıdı və həmin dövlətlərlə diplomatik münasibətlər yaratdı.
2009 Avropa İttifaqının siyasi və idarə quruluşunun dəyişməsinə səbəb olan Lissabon müqaviləsi imzalandı.
Neolit dövrü Avropasının ən önəmli nümunələrindən biri İngiltərədə yerləşən Stounhenç abidələr kompleksi.

İnsana bənzər canlılar arasında Homo Erektus[6]Neandertal adı verilən insanların Avropada yayılması və məskunlaşmasının tarixi bir neçə milyon illərlə ölçülür. Bu iki canlı növü zamanla yox olmağa başlamış və elmdə Homo sapiens adı verilən ilkin insanlar eradan əvvəl 35.000 il öncə Avropada yayılmışdır.

Avropada İbtidai-icma quruluşu zamanı mövcud olmuş mədəniyyətlər arasında Buz dövrünün son dönəmlərindən, e.ə. 20.000 - 10.000 illərində inkişaf etmiş Qravetyen, Solutre və Maqdalen mədəniyyətləri mühüm yer tutur. Eradan əvvəl 12.500-cü ildən etibarən buz dövrünün sona çatması, Avropada iqlim şəraitinin müsbətə doğru dəyişməsinə səbəb oldu. Gündəlik temperatur anidən yüksəldi, dəniz səviyyəsi qalxmağa başladı. Avropada ki, ilk insan məskənləri eradan əvvəl yeddinci minillikdə Balkan yarımadasında yaranmışdır. Neolit dövrü eramızdan əvvəl altıncı minillikdə, Mərkəzi Avropada, beşinci və dördüncü minillikdən etibarən isə Şimali Avropada başladı.

Tikilmə tarixi eramızdan əvvəl 3000-cü ilə aid olan Stounhenç abidələr kompleksi Avropada Neolit dövrünə aid ən mühüm abidələrdən biri hesab olunur.[7] Avropa eramızdan əvvəl 3.500 - 1.700-cü illərdə mis dövrünə daxil oldu. Müasir dövrdə Avropanın ən böyük linqvistik qrupunu təşgil edən Hind-Avropa xalqları bu dövrdə Mərkəzi Asiyadan Avropaya doğru köç etdikləri ehtimal edilir. Anadoluda eradan əvvəl 1.300-cü ildə başlamış olan dəmir dövrü Avropada geçikməli olaraq eradan əvvəl 1000-ci ildə başlamışdır. Appenin yarımadasında yaşamış Etrusklar Avropanın bu dövrünün öyrənilməsində böyük önəmə sahibdirlər.

Avropa sivilizasiyanın formalaşması

[redaktə | mənbəni redaktə et]

İnsanların Avropaya təqribən 800 min il bundan əvvəl (Antropogenez) Afrikadan Cəbəllütariq boğazı ilə keçib məskunlaşdıqları (Atapuerka,Çeprano) ehtimal olunur. 40-28 min il əvvəl isə Qərbi Asiyadan gələn müasir tipli insanlar (Homo sapiens) Avropada meskunlaşmış neandertalları sıxışdırıb burada yayılmışdılar. Paleolit dövründə Avropanın böyük hissəsini əhatə edən buzluqyanı tundrada yaşayan iri heyvanların ovu insanlarların nisbətən oturaq həyat tərzi üçün imkan yaratmışdı. Həmin dövrdə Mərkəzi və Şərqi Avropada yayılmış yarımqazma evlər bunu təsdiq edir. Üst Paleolitdə təsviri sənət meydana gəldi və çiçəklənmə dövrünü yaşadı. Qayaüstü rəsmlər (Altamira,Laskou,Fon-de-Qom,Tük-d′Oduber,Üç qardaş mağarası və s.), daş və heyvan sümükləri (o cümlədən mamont dişi) üzərində oyma rəsmlər (Villendorf-Kostyonki mədəni birliyi və s.), həmçinin gil plastikası (Dolni-Vestonitse) o dövrün incəsənətini əks etdirir. Mezolit dövrünün (e.ə. 13-10-cu minilliklər) əvvəllərində Avropa ərazisinin böyük hissəsəi məskunlaşmışdı. KontinentalAvropanın meşəlik sahələrində yaşayan əhali, əsasən,ovçuluq,göl və şay balıqçılığı,dəniz sahillərində məskunla.anlar isə dəniz balıqçılığı ( Şimal dənizinin sahillərində dəniz yığıcılığı ilə) ilə məşğul olmuşlar. E.ə. 6-cı minillikdə Balkan yarımadasına (Argisa, Sesklo və s.) və Dunayboyu bölgələrdə (Starçevo) əkinçilik və heyvandarlıq yayılmış, Erkən Neolit dövrü üçün səciyyəvi olan əkinçilik mədəniyyəti (yaşayış məskənləri - tellər, qadın heykəlcikləri, sonralar naxışlı saxsı qablar) meydana gəlmişdi. E.ə. 6-4-cü minilliklərdə əkinçilik və heyvandarlıq QərbiMərkəzi Avropanın meşə zonasında təşəkkül tapmışdı. Bu bölgələrdəki neolitik mədəniyyət (xətli-zolaqlı keramika mədəuzunniyyəti) üçün müvəqqəti məskənlər, karkaslı uzunsov evlər və s. səciyyəvidir. E.ə.4-cü minillikdə Alp dağlarının öndağlıq hissəsindəki göllərin sahillərində dirəklər üzərində tikilən evlərdən ibarət əkinçi məskənləri meydana gəlmişdir. Avropanın ilk əkinçiləri ,əsasən, çay və göllərin sahillərindəki münbit torpaqlarda məskunlaşırdılar. Eneolit və Tünc dövründə kotanın yayılması Avropadakı daxili meşəlik ərazilərin mənimsənilməsinə və qırılıb-yandırılmış yerlərdə əkinçiliyinin meydana gəlməsinə səbəb oldu. E.ə. 4-cü minillikdə (qıfabənzər qədəhlər mədəniyyəti və s.) Skandinaviyanın cənubunda əkinşilik və maldarlıq yayılmışdır. E.ə. 5-4-cü minilliklərdə Şərqi Avropanın cənubunda Volqanın orta və aşağı axarınadək istehsal təsərrüfatı yayılmış, bununla yanaşı Dneprdə ,əsasən, köçəri maldarlıq inkişaf etmişdi. Tunc dövrünün sonlarında (e.ə. 2-ci minilliyin sonu) Şərqi Avropanın çöllərində köçəri maldarların klassik mədəniyyəti formalaşdı.Neolit dövründə Avropanın şimal-şərqində yrvaraqenə də ovçu tayfalar məskunlaşırdı (basma-daraqvarı keramika tarixi-mədəni birliyi, darqavrı-basma keramika mədəniyyəti, Volqa-Kama mədəniyyəti və s.). E.ə. 3-cü minillikdə Aralıq dənizinin sahillərində Qərbi Asiya sivilizasiyaları ilə sıx bağlı olan Avropanın ən qədim şəhər sivilizasiyanın (Egey mədəniyyəti) formalaşması Avropa tarixinin yeni mərhələsinin başlanğıcı oldu. Oxşar proseslər Qərbi Avropada baş verirdi: meqalitik mədəniyyətlərin və kurqan qəbirlərinin yayılması burada sosial diferensiasiyanın mövcud olduğunu və yüksək təbəqənin formalaşmasını sübut edir.

Hind-Avropa dilli xalqlardan əvvəl Qərbi Avropada yaşamış əhalidə yalnız bask dili dövrümüzədək gəlib çatmışdır. Finuqor xalqları Şimali və Şərqi Avropanın ən qədim əhalisinə aiddir. E.ə. 2-1-ci minillikdə hind-avropalılar Avropanın, demək olar ki bütün ərazilərinə yayılmışdır. Ən qədim hind-Avropa tayfaları (pelasqalar,karilər,leleqlər və b.-rı) Balkan yarımadasının cənubunda məskunlaşmışdılar. Sonralar Avropanın cənubunda yunanlar, illiriyalılar, frakiyalılar, italiklər, və başqalarının ya.adıqlarıməlumdur. E.ə. 1-ci minillikdə Qərbi Avropanın böyük hissəsində kelt tayfaları ( Fransada qallar, NiderlandBelçikada belqlər, Britaniya arasında britlər, skotlar) məskunlaşmışlar. Şərqi Avropanın cənubunda isə skiflərsavromatlar yayılmışdılar.

E.ə. 1-ci minilliyin 1-ci yarısında Aralıq dənizyanı ərazilərdə finikiyalılar, yunanlar, etrusklarlatınlar tərəfindən şəhər-polislər salınmışdı. Böyük yunan müstəmləkələşdirməsi dövründən (e.ə. 8-6 əsrlər) başlayaraq Aralıq dənizinin şimalında, Qara dənizin sahilyanı əraziləri Yunanıstan (Qədim) mədəniyyətinin təsiri altına düşmüşdü. Antik sivilizasiyanın əsasını təşkil edən bu mədəniyyət Avropanın mədəni inkişafında istiqamətləndirici rol oynamışdır. Latın şəhərlərindən biri olan Roma əvvəlcə İtaliyanı, e.ə. 3 əsrin sonlarından isə Avropanın başqa ərazilərini özünə tabe etdi və qüdrətli Roma dövlətinin mərkəzinə çevrildi. E.ə. 1 əsrdə qərbdə Reyn, cənubda Dunay çayları arasında yerləşən Avropa torpaqları və Böyük Britaniyanın böyük hissəsi Roma imperiyasının tərkibinə daxil idi. İmperiyanın qərb bölgələrində əhalinin əksəriyyəti latın xalq danışıq dillindən istifadə edirdi, şərq bölgələrində isə yunan dili yayılmışdı. İmperiya sərhədlərindən şimal və şərq ərazilərdə məskunlaşan keltlər (Britaniya), germanlar (Reynboyu ərazilər) və frakiyalılar (Dunayboyu ərazilər) daha az romanlaşmışdılar.

German, slavyan, türk, irandilli və başqa tayfaların 4 əsrdən başlayan kütləvi miqrasiyaları Avropanın etnik mənzərəsini dəyişdi. 5-ci əsrdə Roma imperiyasının qərb hissəsini tutan germanlar Qərbi, Cənub-Şərqi və Cənub-Qərbi Avropada geniş yayıldılar. Qitənin daha çox romanlaşmış ərazilərində (Qalliya, İberiya, İtaliya) latın xalq danışıq dilinin müxtəlif dialektləri qorunub saxlanmış, germanlar isə burada tədricən assimilasiyaya uğramışlar. Bu ərazilərdən şimalda və şərqdə yerləşən, romalıların mədəni təsirinin zəif olduğu yerlərdə yayılmış german dilləri Böyük Britaniya aaaa yerli kelt substratını, demək olar ki, tamamilə sıxışdırmışdı. Şimali german dilləri arealında (Skandinaviya, Danimarka, sonralar İslandiyaFarer) Skandinaviya xalqlarının etno-mədəni birliyi təşəkkül tapmışdır. Qərbdə Elba çayından, cənubda Balkan yarımadasından, şərqdə Orta Don və Orta Volqaboyunadək, şimalda slavyanlar, baltlar, həmçinin şərqi roman (vlaxlar), fin-uqor və türk (hunlar, avarlar, protobulqarlar, xəzərlər və başqaları) xalqları məskunlaşmışdılar. Sonralar Oder çayından qərbdə məskunlaşan slavyanlar,əsasən, germanlaşdılar. Müasir lujiselilər onların nəsilləridir.

Antik sivilizasiyanın süqutu Avropada əhalinin kəskin azalması və şəhərlərin tərk edilməsi ilə müşayiət olunurdu. Eyni zamanda son antik və barbar elementlərin bir-birilə qaynayıb-qarı.ması nəticəsində mədəniyyət, ictimai münasibətlər, hüquq, incəsənət və s.-in yeni formaları yarandı. Avropada əsas konsolidasiya faktoruxristianlığın yayılması olmuşdur: qitənin qərb hissəsi Roma papasının, şərq hissəsi (əsasən, yunanlarla məskunlaşan) isə Konstantinopol patriarxının idarəsi altında birləşmişdi. Kilsənin qərb və şərq qollarına parçalanmasına (1054 ildə başa çatmışdır) baxmayaraq, Avropa üçün Bizanslı siyası, dini və mədəni əlaqələr orta əsrlərdə böyük əhəmiyyət kəsb edirdi. Pireney yarımadasının ərəblər tərəfindən işğalı (8 əsr) nəticəsində Avropaya islam mədəyyətinin elm, fəlsəfə, incəsənət və s.sahələrdə uzunmüddətli təsiri başlandı. Şərqi Avropanın müsəlman dünyası ilə QafqazVolqa vasitəsilə əlaqə saxlayırdı; vikinqlər (varyaqlar), vasitəsi bu əlaqələr Şimali Avropaya qədər çatırdı.

5 əsrin sonu - 9 əsrdə QərbiMərkəzi Avropanın böyük hissəsi Frank dövlətinin ərazisinə qatıldı. Bu dövlətin Verden müqaviləsinin (843 il) şərtlərinə əsasən Böyük Karlın nəvələri arasında bölüşdürülməsi nəticəsində gələcək AlmaniyaFransa dövlətlərinin əsası olan Şərqi FrankQərbi Frank krallıqları meydana gəldi. 9 əsrdə İngiltərənin birləşdirilməsi başa çatdı. Şimali, Mərkəzi və Şərqi Avropada yeni dövlətlər - Avar, XəzərBulqar xaqanlıqlar, Böyük Moraviya, Çexiya, Polşa, Macarıstan, Norveç, İsveç, DanimarkaKiyev Rus dövlətləri meydana gəldi. Beləliklə,11 əsrdə Avropanın indiki siyasi bölgüsünün əsası qoyuldu. Bu dövrdə baş verən demoqrafik və iqtisadi artım Avropada qədim şəhərlərinin dirçəlməsinə ve yeni şəhərlərin meydana gəlməsinə şərait yaratdı. Qərbdə feodalizmin klassik Avropa formasının əsasını təşkil edən vassal-len torpaq sahbkarlığı sistemi formalaşdı. Səlib yürüşləri zamanı Avropanın feodal dövlətləri iqtisadi və mədəni cəhətdən çiçəklənmə dövrünə çatdı, şəhərlər inkişaf etdi, Şərqin təsiri altında yeni dini-fəlsəfi məktəblər (sxolastika) və memarlıq üslubu (qotika) formalaşdı, məişət mədəniyyəti zənginləşdi. Eyni zamanda Avropa şərq istiqamətindən yeni basqınlara məruz qaldı: 13 əsrdə monqollar Avropaya yürüyüş edərək Volqa Bulqariyasına son qoydular və rus knyazlıqları özlərinə tabe etdilər; 14-15 əsrlərdə osmanlı fütuhatı nəticəsində Bizans imperiyası süquta uğradı. Bu dövrdə Avropada yeni hərəkat - İntibah inkişaf edirdi. 15 əsrin sonu - 16 əsrdə bir çox dövlətlərdə (İngiltərə, İspaniya, İsveç, Rusiya və s.) siyasi mərkəzləşdirmə başa çatdı. Yeni dövlətlərin hüdudlarında Avropa millətləri formalaşmağa başladı. Mərkəzivə Cənub-Şərqi Avropada Habsburqlar, Osmanlılar və başqaları çox millətli imperiyalar yaratdılar (bunlar Birinci dünya müharibəsindən sonra süqut etdi).

Amerikanın kəşfi (1492) və Böyük coğrafi kəşflərin başlanılması ilə Avropa ölkələri (İspaniya, Portuqaliya, sonra isə İngiltərə, NiderlandFransa) Amerika, Asiya və Afrikada geniş əraziləri tutdular. Buradan Avropaya böyük maddi sərvətlər, eləcə də məişətə mədəni yeniliklər (kartof, qarğıdalı, tütün, çay, qəhvə, pambıq, kauçuk və s.) daxil oldu. Kapitalist münasibətləri formalaşmağa başladı.

Son orta əsrlərdə baş verən dini hərəkatlar (bidətlər, tərkidünya rahib ordenləri) 14 əsrdə katolik kilsəsində islahatın ilk cəhdi kimi təzahür etdi (C.Uiklif, Y.Hus və başqalarının təlimləri). 16 əsrdə baş verən Reformasiya Qərbi Avropanın katolik və protestant ölkələrinə parçaladı. Yeni dövrdə inkişaf edən dini azadfikirlilik və rasionalizm ənənələri, Maarifçilik xadimləri tərəfindən irəli sürülən təbii, hüquq, ictimai müqavilə, xalq suverenliyi nəzəriyyələri və s. bu gün insan hüquqlarına dair müasir konsepsiyanın əsasını təşkil edir. Eyni zamanda iqtisadi liberalizm prinsipləri (A.Smit) Avropa kapitalizminin ideoloji bünövrəsini qoydu. 18-19 əsrlərdə baş verən sənaye çevrilişi beynəlmiləl, urbanist senayeləşmiş Avropa sivilizasiyasının formalaşmasına gətirib çıxardı. Köhnə monarxiyaları devirən inqilabların qələbəsi nəticəsində millət konsepsiyası tam təşəkkül tapdı. Avstriya-MacarıstanOsmanlı imperiyalarında yaşayan xalqlar yerli dil və mədəniyyətlərin inkişafına təkan verən milli-mədəni intibah dövrünü yaşadılar.

19-cu əsrdə, əsasən, müstəmləkələr uğrunda gedən mübarizənin güclənməsi Avropa dövlətləri arasında münasibətləri kəskinləşdirməklə bir sıra yeni müharibə və inqilablara rəvac verdi. 20-ci əsrin Avropa bəşəriyyət tarixində ən dağıdıcı vətəndaş münaqişələri və dünya müharibələrinin episentrinə çevrildi. İkinci dünya müharibəsindən sonra Avropada xalqların konsolidasiyalaşma meyili Avropa İttifaqının yaradılmasında (1993) özünü göstərdi. AsiyaAfrika ölkələrindən ərəblər, bərbərlər, türklər, kürdlər, hindistanlılar, pakistanlılar və başqalarının immiqrasiyası nəticəsində 20 əsrin ortalarından Avropanın etnik mənzərəsi dəyişir. Ərəb ölkələrindən gələnlərin əksəriyyəti Fransa, Böyük Britaniya, NiderlandAlmaniyada yaşayır; türklər AlmaniyadaNiderlandda xarici işçi qüvvəsinin əksəriyyətini, Avstriyada isə sayca ikinci etnik qrupunu təşkil edirlər. Hindistandan, Pakistandan, həmçinin İngiltərənin AfrikaVest-Hinddəki keçmiş müstəmləkərindən gələnlər Böyük Britaniyada daha çoxdular. Avropadaxili miqrasiyalar (xüsusilə Fransaya, İsveçrəyə, Belçikaya, İsveçə) buradakı etnik rəngarlərliyi artırır. Milli hökumətlər və beynalxalq təşkilatlar tərəfindən həyata keçirilən xüsusi tədbirlər Avropada müxtəlif mədəniyyətlərin konsolidasiyasına imkan yaradır.

Avropa siviıizasiyanın bünövrəsi olan və burada meydana gələn iqtisadi, texniki, sosial, siyasi, mədəni inkişaf modellərinin məcmusu bütün dünya xalqlarının inkişafına təsir göstərmiş, müasir urbanist mədəniyyətin əsasını qoymuşdur.

Qədim Yunanıstan

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Qədim Yunanıstan
Yunan dramaturqu Sofokl.

Qədim Yunanıstanın əsasını qoymuş yunanların eramızdan əvvəl 3.000-ci illərdə kütləvi şəkildə Balkan yarımadasının cənubunda məskunlaşdığları ehtimal edilir.[8] Qədim Yunan Sivilizasiyanın formalaşmağa başladığı eradan əvvəl 23 və 17-ci yüz illiklər Proto Qrek dövrü adlanır. E.ə. 1600-cü ildən 1100-cü ilə qədər olan dönəm Homer epiklərində əfsanəvi Troya şəhərinə qarşı müharibə aparmış, Kral Aqemmonun rəhbərlik etdiyi Mikena Yunan Dövrüdür. Eramızdan əvvəl 1100-cü ildən eramızdan əvvəl VIII əsrə qədər olan dövrdə Qədim Yunanıstana aid hər hanısa yazılı mənbə, dövrümüzə qədər gəlib çatmamışdır.

Bu səbəbdən alimlər həmin dövrü Yunan Qaranlıq Dövrü adlandırır və həmin dövr barədə səthi məlumatları aparılan arxeloji qazıntılarla əldə etməyə çalışırlar. Herodotun Tarix, Pausaniasın Yunanıstanın təsviri, Siciliyalı Diodorun Biblioteca və Çeremonun Kranikon adlı əsərləri Qədim Yunanıstan barədə məlumatlar vermişdir. Əsasən bu əsərlədə krallar, müharibələr və Yunanıstanın ictimai-siyasi və gündəlik həyatından söz açılır.

Makedoniyalı İsgəndərin E.ə. 323-cü ildə vəfat etməsindən sonra Qədim Yunanıstanda ən qədim dövr sona çatmış və Helenistik dövrü adlanan dövr başlamışdır. Bu dövrdə yaradılmış Yunan şəhər dövlətləri demokratiyanın ilkin təməllərinin atıldığı yerlər hesab edilir.[9] Esxil, Aristofan, Evripid, Sofokl, Aristotel, Sokrat, Platon, HerodotKsenofont kimi böyük filosofların təhsil aldığı, yaşadığı Afina, Sparta, TebaiNakşa kimi şəhərlər həm bir-birləri ilə həm də o, dövrün mühüm güclərindən olan farslarla üstünlük mübarizəsi aparırdılar.[10] E.ə. 323-cü ildə Makedoniyalı İsgəndər Balkan yarımadasından ƏfqanıstanPakistan ərazilərinə qədər uzanan böyük bir imperiya yaratmışdı.

border=none Əsas məqalə: Qədim Roma

Qədim Roma eradan əvvəl IX əsrdə Appenin yarımadasında Roma şəhəri ətrafında yaranmağa başlamışdır. Qısa müddətdə Aralıq dənizi boyunca böyük bir imperiya yaradılmış və bir çox mədəniyyəti öz himayəsinə almışdır. Roma şəhər dövlətinin eramızdan əvvəl 753-cü ildə Truva kralı Aeneasın nəvələri RemRomul adlı əkiz qardaşlar tərəfindən əsasının qoyulduğu əfsanəsinə inanılır.[11] Zamanla yarımadada yaşayan Etrusklar güclərini itirməyə başladılar. Eradan əvvəl 509-cu ildə Romada monarxiya-oliqarxiyaRespublikanın birləşməsi nəticəsində Demokratiya yaranmağa başladı.

Bu dövrdə Roma Respublikası xalq məsclisi tərəfindən seçilən Konsul və Roma senatı tərəfindən idarə edilirdi. Romada əhalinin əsas qrupları arında PatrisilərPlebeylər mühüm yer tuturdular. Eradan əvvəl 52-cü ildə Qalliyanı Roma Respublikasının torpağlarına qatan Qay Yuli Sezar diktator edan edildi.[12] Oktavian Avqustun hakimiyyəti dönəmində isə dövlət Roma imperiyası adlanmağa başladı.Oktavian hakimiyyətə gəldiyi zamanda , Mark Antoni və Lipidə qalib gəldi.Tədricən triunvrtaı sıradan çıxardı.Bu işdə ona dostu Aqrippo koməklik etmişdir.

Paks Romana dönəmində daxili və xarici təhdidlərdən uzaq olan Roma sürətlə inkişaf etməyə başladı.[13][14] Trayannın dönəmində Daçiyanın fəth edilməsindən sonra Roma imperiyası tarixi ərazində mövcud olmuş ən geniş sərhədlərə sahib oldu. İmperiya 6,5 milyon km² ərazini əhatə edirdi.[15] Romalıların ortaq dili olan latın dili Avropada Lingua franca (ortaq dil) səviyyəsinə gəlmişdi. 330-cu ildə imperator I Konstantin Konstantinopol şəhərini Yeni Roma adı ilə paytaxt elan etdi. 395-ci ildə I Feodosinin ölümündən sonra imperiya şərqqərb olmaqla iki yerə paçalandı.

Roma imperiyasının süqutu

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Barbarların hücumları
Vandallar tərəfindən Roma şəhərinin yağmalanması.

Roma imperiyasının şərq və qərb olmaqla iki yerə paçlanması, imperiyanın gücünün önəmli ölcüdə itirməsinə səbəb oldu. Hispaniya, Qalliyaİtaliyanı sərhədlərinə daxil edən Qərbi Roma imperiyası imperiya sərhədlərindən kənarda yaşayan Qotlar, Vandallar, Lombardlar, Franklar, JütlərSaksonlar kimi bir çox German mənşəyli barbar tayfaların hücumlarına məruz qalmağa başladılar. Hunların hecumları qarşısında tab gətirə bilməyən Vestqotlar Dunay çayının cənubuna çəkildilər. 410-cu ildə Alarixin başçılıq etdiyi Vestqot qoşunu Roma şəhərini ələ keçirdi.[16] German tayfalarının əlində oyuncağa çevrilən, Qərbi Roma imperiyası 476-cı ildə süqut etdi. 476-cı il eyni zamanda qədim dövrün sonu və Orta əsrlərin başlanğıc dövrü kimi hesab olunur.

Qotların qərb qolu hesab olunan Vestqotlar, İtaliyadan sonra İspaniyada məskunlaşaraq burada güclü bir krallıq yaratdılar. Başqa bir German tayfası olan Vandallarda, başçıları Genserixin rəhbərliyi altında 455-ci ildə Roma şəhərini ələ keçirb yağmalamışdır. Barbar xalqlarından sayılan Franklarda qərbə doğru hərəkət edərək, Qalliyanın içərilərinə doğru irəliləməyi baçarmışdılar. Jütlər və Saksonlar adlanan xalqlar isə bu dönəmdə Romanın əyatlərindən biri olan Britaniyaya səfərlər təşgil etmiş və burada məskunlaşmışdılar.

Qotların şərq qolu olan Ostroqotlarda Roma torpağlarını istila etdilər və İtaliyada krallıq yaratdılar. Ançaq yaradılmış bu krallığın ömrü uzun olmadı və cəmi 60 ildən sonra dağıldı. Barbar tayfalarının hücumları zamanı İtaliyada nizamlı və qalıçı bir hakimiyyət yaratmaq mümkün olmamışdır. Bizans imperiyasının imperatoru I Yustinian bu siyasi boşluqdan istifadə edərək İtaliya ərazisinin bir qismini öz imperiyasına qatmışdır.[17] I Yustinianın 565-ci ildə vəfat etməsindən sonra İtaliya Bizans imperiyasının nəzarətindən çıxıb Lombardların nəzarətinə daxil oldu.

Müqəddəs Roma və İtaliya şəhər dövlətləri

[redaktə | mənbəni redaktə et]
Frank kralı Böyük Karl.

German mənşəyli barbar xalqlardan biri olan Franklar VI əsrdə Xristianlığı qəbul etdilər. Karolinq sülaləsinə üzv olan Frank kralları günümüzdə Almaniya, Fransa, Belçika, Niderland, İsveçrəİtaliya ərazilərini əhatə edən Karolinq imperiyasını yaratdılar. Fransa sözünün mənşəyi German irqindən olan Frankların adından gəlməkdədir.[18]

768-ci ildə Frankların kralı seçilən Böyük Karl imperiyanın ərazilərini genişləndirdi. 800-cü ilin 25 dekabr tarixində Vatikanda yerləşən Müqəddəs Pyotr kilsəsində Roma Papası III Leo Böyük Karlı imperator elan onu edərək V əsrdə dağılmış Şərqi Roma imperiyasının varisi elan etdi. Həmin dövrə qədər Roma imperatoru titulunu yalnız Bizanslılar daşıyırdı, ançaq 812-ci ildən etibarən Bizanslılar, istəməsələr belə Böyük Karlın Roma imperatoru titulunu qəbul etməli oldular. Böyük Karlın 814-cü ildə vəfat etməsindən sonra Karolinq imperiyası zəifləməyə başladı. X əsrin ortalarında German krallarından olan I Otto Böyük Karl tərəfindən zamanından istila edilmiş torpağların çoxunu ələ keçirdi və bu torpağlarda Müqəddəs Roma imperiyası adlı dövlət yaratdı.[19]

962-ci ildə Papa XII İohann I Ottoya Roma imperatoru titulu verdi. Müqəddəs Roma imperiyasının 1806-cı ilə qədər mövcudluğunu qorumasına baxmayaraq, əvvəlcə Mərkəzi Avropada olan Alman dövlətlərinin təsir dairəsinə düşdü və daha sonra Avstriya imperiyasının tərkibinə qatıldı. 774-cü ilə qədər İtaliyanın şimalı German xalqlarından olan Lombardların nəzarətində qaldı. 751-ci ildə Lombardlar cənuba doğru hərəkət edərək, Ravenna şəhərini ələ keçirdilər.[20] Papa Franklardan kömək istədi. Franklar Lombardları məğlub edərək, Mərkəzi İtalyanı Papa geri qaytardılar. Bununlada Roma şəhərini əhatə edən müstəqil bir papalıq dövləti yaradılmış oldu.

Buna cavab olaraq Papa III Leo Böyük Karlı imperator elan edərək Frankların hörmətini əldə etmiş oldu. XI əsrdə Avropada Venesiya Respublikası, Genuya Respublikası, Lombard birliyi, Napoli KrallığıFlorensiya Respublikası kimi şəhər dövlətlər yaranmışdı. Bu dövrdə VatikanMüqəddəs Roma imperiyası əsas iki siyasi güc vəziyyətinə gəlmişdi. İtaliya şəhər dövlətləri bu iki siyasi gücün yanlarında dayanaraq, bir-birlərinə qarşı mübarizə aparmağa başladılar. Tarixdə bu mübarizə Qvelflər və gibellinlər mübarizəsi adı ilə daxil olmuşdu.[21]

İngiltərə və Fransanın formalaşması

[redaktə | mənbəni redaktə et]
Maqna Karta.

Böyük Britaniya adası eramızın 55-410-cu illərində Roma imperiyasının tabeliyində olan Britaniya adlı ucqar bir əyalət idi. V əsrdən etibarən ada da Xristianlığ dini yayılmağa başladı. Adanın yerli xalqı olan Keltlər V əsrdən etibarən Anqlosaksların axınlarına məruz qaldılar və hər iki xalq arasında qohumluq münasibətləri yaranmağa başladı. Fransadan gələrək adanı istila etmiş Normanlar 1066-cı ildə Hastinqs müharibəsində qalib gələrək adanı ələ keçirdilər.[22] German xalqı olmasına baxmayaraq, Fransız mədəniyyətinə sahib olan Normanlar adaya fransız mədəniyyətini gətirmişdilər. İngilis xalqı adamaya daha əvvəl gəlmiş olan AnqlosakslarınNormanların birləşməsindən yaranmışdır. 1215-ci ildə İngiltərə kralı Con kübar cəmiyyətin nümayəndələri ilə imzaladığı Maqna Karta Avropa tarixində ilk dəfə monarxiyanın hüquq və səlahiyyətini məhdudlaşdırmışdır. Maqna Karta müasir konstitusiyaların təməl daşı hesab edilir.[23]

Fransanın ərazisi Roma imperiyası zamanı Qalliya LuqdunensisAkiten əyalətlərində yerləşirdi. İmperiyanın süqutundan sonra bu ərazilər German xalqlarından olan Franklar tərəfindən istila edildi. Ərazini 481-687-ci illərdə Merovinqlər sülaləsi idarə etmişdir. 751-840-cı illərdə isə Fransa Mərkəzi Avropa ilə birlikdə Karolinq imperiyasının bir parçasını təşgil edirdi. 843-cü ildə Böyük Karlın nəvələri Verden müqaviləsi ilə imperiyanı öz aralında bölüşdürmüşdülər. Bununlada müasir Almaniya, Fransaİtaliyanın sərhədləri təxminidə olsa müəyyənləşmişdir.[24]

Qərbi Frank Krallığı adalanan əraziləri zamanla müasir Fransa ərazilərini formalaşdırmağa başladı. Orta əsrlərdə Fransa bir meçə kral tərəfindən idarə edilirdi. Kralların hər biri öz əyalətlərini idarə edirdilər. 987-ci ildə Hüqo Kapet hakimiyyətə gələrək Kapet sülaləsinin əsasını qoydu və Fransanın böyük bir qisminə yiyələndi. Bu sülalənin nəsilindən olan ValoisBurbon kimi sülalələr Fransanı 1830-cu ilə qədər idarə etmişdir.[25][26][27][28] Normanlar isə yalnız Fransanın şimal ərazilərini idarə etməsinə baxmayaraq İngiltərəSiciliyanı istila edərək ərazilərini dahada genişləndirmişdilər.

Pireney yarımadası

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Əndəlus
Qranada əmirliyi XXII və son əmiri XII Məhəmməd əbu Abdullah.

VII əsrdə Ərəbistan yarımadasında yaranmış olan İslam dinini qəbul edən Ərəblər həmin əsr müddətində Şimali Afrikanın tamamını ələ keçirmişdilər. Müsəlman Əməvi Dövlətinin Şimal Afrika üzrə valisi olan Musa bin Nüsayir bədəvi ordu başçısı Tariq bin Ziyadı Cəbəllütariq boğazını keçməklə Pireney yarımadasına göndərdi. İlk səfərdə məqsəd ərazidə olan mövcud durumu öyrənmək idi. Ərəblərin Pireney yarımadasına səfərləri zamanı, yarımada German mənşəyli bir xalq olan Vestqotların nəzarətində idi və inbizati mərkəz kimi Toledo şəhərindən istifadə olunurdu. Tariq bin Ziyad Vestqotların kralı Rodriqonu ağır məğlubiyyətə uğratdı. Bununlada Vestqot krallığı parçaladı və bütün Pireney yarımadası qısa bir müddətlikdə olsa Ərəblərin nəzarəti altına keçdi.[29]

749-cu ildə Əməvi Müsəlman Dövlətinin dağılmasından sonra, Əməvi şahzadəsi I Əbdülrəhman, 755-ci ildə Pireney yarımadasını keçdi. 756-cı ilə bir dövlət yaratdı və özünü əmr elan etdi. 929-cu ildə III Əbdülrəhman xəlifəliyini elan etdi. 1031-ci ildə xəlifəlik sistemi sarsıldı və ölkə müstəqil əmirliklərə bölünməyə başladı. 1031-ci ildə Əhli-Beytdən olan Həmudilər xilafətə gəlmək istədilər. 1086-cı ildə Abbadi sülaləsindən olan Sevilya məliki Murabitlər dövlətindən kömək istədi. Murabitlər tərəfindən göndərilən köməyə, yol boyu 13 Əndəlüs məlikliyidə qoşuldu. İspaniyada müsəlman və xristianlar arasında yarımadaya nəzarət etmək üstündə gedən mübarizə dahada gərginləşdirdi. 1086-cı ildə baş vermiş Zəlləq döyüşündə tərəflər üzbə üz gəldi və müsəlmanlar, xristianları məğlub etdilər. Zəlləq döyüşündə müsəlmanların qalib gəlməsi, Ərəblərin Pireney yarımadasında olan hakimiyyətini bir necə əsr daha uzatmışdır.

1147-ci ildə Müvəhhidlər, Murabitlərin hakimiyyətinə son qoydu. 1187-ci ildə Səlahəddin Əyyubinin Qüds şəhərini fərh etməsi, xristian dünyasında böyük narazıçılığa səbəb oldu. Roma Papası VIII Qriqor müqəddəs müharibə elan etdi. 1236-cı ildə Bəni Əhmər, Bəni Hud əlehinə Kastiliya krallığı ilə gizli razılığa gəlməsindən sonra Kortoba şəhəri xristianların əlinə keçdi. 1232-ci ildə yaradılan Bəni Əhmər dövləti xristianlarla razılığa gələrək mövcudluğunu qorumağa çalışdı. Nasirilər sülaləsi tərəfindən idarə edilən Qranada əmirliyi 264 il boyunca öz mövcudluğunu qorumağı bacarmışdır. 1469-ci ildə Məhəmməd əbu Abdullah anasının təziqi ilə atası əmir Sultan əbu Həsəni taxtdan salıb, özünü Qranada əmirliyinin əmiri elan etdi. 1469-1486-cı illər arasında ata ilə oğul arasında taxt-tac uğrunda mübarizə getdi. Hakimiyyət daxili mübarizədən istifadə edən Xristianlar 1490-cı ildə Qranada şəhərini mühasirəyə alaraq, yağmalamağa başladılar. 1492-ci ildə Qranada əmirliyi Rekonkista hərəkatı nəticəsində dağıldı. Sonuncu əmr XII Məhəmməd əbu Abdullah Araqon kralı II Ferdinanda təslim oldu.[30][31][32] Qranada əmirliyinin işğal edilməsindən sonra müsəlmanların Pireney yarımadasındakı hakimiyyətinədə son qoyulmuş oldu.

border=none Əsas məqalə: Bizans imperiyası
Bizans imperatoru I Yustinian tərəfindən 532-537-ci illərdə inşa olunmuş Aya Sofya kafedralı.

Bizans imperiyası, Roma imperiyasının 395-ci ildə Şərq və Qərb olmaqla iki hissəyə parçlanması nəticəsində yarandı. Paytaxtı Roma şəhəri olan Qərbi Roma imperiyası V əsrdə German tayfaları tərəfindən süquta uğradıldı. Mərkəzi Konstantinopol olan Bizans imperiyası isə min ilə yaxın bir müddət ərzində öz mövcudluğunu davam etdirməyi bacardı. Bizans imperiyasının yaranmasının səbəblərindən biri kimi paytaxtın 330-cu ildə imperator I Konstantinin əmri ilə Roma şəhərindən Konstantinopol şəhərinə köçürülməsi göstərilir.[33]

Bizans imperiyası VII və VIII əsrlərdə şərqdən ƏrəblərinFarsların, qərbdən isə Slavyanların təhdidlərinə məruz qalırdı. 610-cu ildə Bizans taxtını ələ keçirən I İrakli Farsların hücumlarının qarşısını aldı və paytaxtının müdafiəsini dahada gücləndirdi. Dunay çayını keçərək Bizans torpağlarına soxulmaq istəyən Avarları məğlub etdi. Bu dönəmdə Ərəblər İslam dinini yaymaq üçün genişmiqyaslı fəthlərə başlamışdılar. Ərəb orduları 632-ci ildə SuriyaFələstini işğal etdi. İsgəndəriyyə şəhərinin təslim olmasından sonra Ərəblər, 642-ci ildə Misirin tamamını fəth etmiş oldu. 674-678-ci illərdə Ərəb qoşunları bir neçə dəfə Konstantinopol şəhərini fəth etmək üçün hücuma keçsələrdə, bir nəticə əldə olunmadı.[34]

Bizans imperiyası 867-1056-cı illərdə özünün qızılı dövrünü yaşamışdır. Həmin illər ərzində imperiya Mekedoniya sülaləsi tərəfindən idarə olunurdu. Sülalənin quruçularından olan I Vasili, daha əvvəl itirilmiş olan Anadolunda yenidən imperiyanın sərhədlərinə daxil etmişdir. I Vasilidən sonra hakimiyyətə gəlmiş VI Leonun dövründə, imperiyadakı hüququ sistemi tamamilə yeniləndi və dövrünə görə müasirləşdirildi. II Nikiforun zamanında KritKipr adaları yenidən imperiyanın ərazilərinə qatıldı, SuriyaBalkan yarımadasında yeni ərazilər ələ keçilirdi.

Səlib yürüşləri

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Səlib yürüşləri
Birinci səlib yürüşünün rəhbərlərindən biri olmuş Bulonlu Qodfrua.

XI əsrdə Türklərin qərbə doğru köçləri başladı. Səlcuqluların Yaxın Şərqdə möhkəmlənməsi İslam dininin təsir dairəsini dahada genişləndirirdi. Həmin dövrə qədər İslam dünyası ilə genişmiqyaslı müharibə etməmiş Avropalılar 1071-ci ildə Malazgird döyüşündə müsəlmanlarla qarşılaşdılar.[35] Döyüşün nəticəsində ağır məğlub olan Bizans imperiyasının daxilində ciddi narahatlığ başladı. Türklərin Konstantinopol üzərinə hərəkət etməkləri dahada asanlaşmışdı. İznikdə Rum sultanlığının yaradılması Bizans imperiyasının sonunu addım-addım yaxınlaşdırıdı. Bizans imperatoru I Aleksis Roma Papası II Urbandan müsəlmanlara qarşı mübarizə aparmaq üçün kömək istədi. Bununlada Qüds şəhərində yerləşən Müqəddəs torpağların müsəlmanların nəzarəti altında olmasından narazı olan radikal xristianlar arasında Səlib yürüşləri təşgil etmək ideyası yarandı.

1095-ci ildə Papa II Urban tərəfindən Klermon şəhərində Klermon kilsə məclisi çağrıldı. Klermon kilsə məclisində Xristianlığ üçün müqəddəs hesab olunan Müqəddəs torpağların müsəlmanların işğalı altında olduğu və bu işğala ən qısa zamanda son qoyulmasının vacibliyi vurğulandı. Qəbul edilən qərara əsasən hərbi birləşmələr yaradılmalı və Yaxın Şərqə doğru yürüşlər təşgil edilməli idi. Səlib qoşunu 1097-ci ildə Anadoluya daxil olaraq Birinci səlib yürüşünü başlatdı.[36] Birinci səlib yürüşü Avropalılar üçün uğurlu nəticələndi. Avropalıların hücumlarını gözləməyən müsəlmanlar səlibçiləriny yürüşlərinə hazırlıqsız yaxalandılar və bunun nəticəsində ciddi itkilər verildi. Rum sultanlığının sultanı Qılıç Arslan İznik şəhərini səlibçilərə verməli oldu. Həmin ilin iyul ayında Eskişehir yaxınlığında baş vermiş Dorileon müharibəsində səlibçilər, müsəlman ordusuna məğlub oldu. Oktyabr ayında səlibçilər Antakyanı mühasirəyə aldı. Bir il davam edən mühairə nəticəsində Antakya səlibçilərin əlinə keçdi.

1099-cu ildə Qüds şəhəri mühasirəyə alındı. Həmin ilin 15 iyul tarixində Qüds mühasirəyə çox davam gətirə bilməyib, məğlub oldu. Birinci səlib yürüşü nəticəsində Səlibçilər Orta Şərqdə irili xırdalı bir neçə xaçlı dövləti yaratdılar. Birinci səlib yürüşündən sonra ona yaxın səlib yürüşü həyata keçirildi. Ançaq bu yürüşlərin heç biri ilk səlib yürüşü qədər uğurlu olmadı, hətta bir çoxu uğursuzluqla nəticələndi. Orta Şərqdə güclərini bərpa edən müsəlman dövlətləri zamanla həmin ərazilərdə mövcud olan və səlib yürüşləri zamanı yaradılmış, xristian dövlətirini bir-bir ələ keçirməyə başladılar. 1187-ci ildə kürd əsilli ordu başçısı Səlahəddin Əyyubinin Qüds şəhərinin səlibçilərdən azad etməsi, bu ərazilərdə yaşayan xristianların nüfuzuna ciddi zərər vurdu.[37] XIII əsrin sonlarına yaxın Səlibçilərin Orta Şərqdə olan hakimiyyətləri sona çatmışdı. XIV əsrdən etibarən isə Avropalıların müsəlmanlara qarşı olan hücumlarına qarşı Osmanlı imperiyası mübarizə aparmağa başlamışdı.

İstanbulun fəth olunması

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: İstanbulun fəthi

XV əsrin ortalarında Bizans imperiyası özünün son dövrlərini yaşayırdı. İmperiyanın paytaxtı Konstantinopol şəhərindən başqa bütün ətraf ərazilər Osmanlı imperiyası tərəfindən zəbt edilmişdi. Son bir necə yüz ildə Konstantinopol şəhəri bir neçə dəfə müxtəlif vaxtlarda ərəblər və türklər tərəfindən mühasirəyə alısada, mühasirəni aşmaq mümkün olmamışdı və hər hücum zamanı Bizanslılara Avropadan əlavə hərbi birləşmələr göndərilirdi. 1453-cü ildə əsas hücum planı tətbiq edildi və şəhər güclü top atəşinə tutuldu. Osmanlı Sultanı II Mehmed sonuncu Bizans imperatoru XI Konstantin Paleoloqa şəhəri dinc şəkildə təslim etməyi təklif etdi. Paleoloq təklifi rədd etdi və bununlada Konstantinopol mühasirəsi dahada daraldıldı. Güclü mühasirəyə çox davam gətirə bilməyən Konstantinopol 1453-cü ilin 29 may tarixində fəth edildi. Fəth zamanı sonuncu Bizans imperatoru XI Konstantin Paleoloq siravi əsgər kimi döyüşmüş və həlak olmuşdur. Konstantinopolun adı İstanbul şəklində dəyişdirildi və Osmanlı imperiyasının paytaxtı Ədirnə şəhərindən İstanbul şəhərinə köçürüldü.[38][39] Konstantinopolun fəth olunmasından sonra Bizans imperiyası dağıldı.

Osmanlı, İsveç və Reç Pospolita dövlətləri

[redaktə | mənbəni redaktə et]
MoskvaRusiya çarı İvan Qroznı.

Yeni eranın əvvələrində Avropanın ən güclü dövlətləri şərqdən Osmanlı imperiyası, şimaldan Reç Pospolitaİsveç imperiyası, Mərkəzi Avropada Müqəddəs Roma imperiyası, qərbdə isə İspaniyaPortuqaliya idi. Aralıq dənizində isə vəziyyət Venesiya Respublikası, Genuya Respublikası, İspaniya imperiyasıOsmanlı imperiyasının nəzarəti altında idi. Osmanlı imperiyası XV və XVI əsrlərdə Avropada xeyli güclənərək Balkan yarımadasının tamamını, RumıniyaMacarıstanı ələ keçirdi, Vyana şəhərinin sərhədlərinə qədər irəlilədi.

XVI əsrdə Habsburqlar sülaləsindən olan V Karl nikah diplomatiyası və fəth yolları ilə İspaniya, Belçika, Almaniya, Avstriyaİtaliyanı işğal etdi. Bu dönəmdə Osmanlı və Habsburqlar arasında üstünlük əldə etmək məqsədi ilə həm dənizdə, həm də quruda bir çox müharibələr baş verdi. 1538-ci ildə baş verən Preveze dəniz döyüşündə Osmanlı donanması qalib gəlisə də 1571-ci ildə ki, Lepanto dəniz döyüşündə Osmanlı donanması məğlub oldu. XVI əsrdə ən güclü dövrlərini yaşayan Osmanlı imperiyası 1683-cü ildə Müqəddəs Roma imperiyasına tabe olan Habsburqlar dövlətinin paytaxtı Vyana şəhərini ikinci dəfə mühasirəyə aldı. Ançaq II Vyana mühasirəsi uğursuz alındı.[40]

Bu dönəmdə Reç Pospolita şərqə doğru genişlənərək BelarusUkrayna ərazilərinin böyük bir qismini işğal etdi. Erkən dönəmin əvvələrində Rusiyada Böyük Moskva Knyazlığı adlı dövlət mövcud idi. 1547-ci ilə qədər İvan Qroznının Çar elan olunmasına qədər Rusiya zəif bir dövlət idi. İsveç imperiyası isə XVII əsrin əvvəllərində Reç Pospolita, Çar RusiyasıDanimarka-Norveç dövlətləri ilə apardığı müharibələrdə qalib gəlmiş və ərazilərini xeyli genişləndirmişdi. Ançaq İsveç imperiyası Çar Rusiyası ilə 1700-1721-ci illərdə apardığı Şimal müharibəsi zamanı məğlub oldu və gücünü itirdi.

İntibah və Reformasiya

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalələr: İntibahReformasiya
Protestantlığın banisi Martin Lüter, 1517-ci ildə Katolik Kilsəsinə qarşı 95 tezisi ilə çıxış etmişdi.
Protestantlığın atası hesab olunan Yan Qus 1415-ci ildə kilsə məhkəməsinin hökmü ilə tonqalda yandırılmışdır. Yan Qusun yandırılmasına etiraz edən Çexlər Qusçular hərəkatını başlatmışlar.

XVI əsrin ikinci yarısında Appenin yarımadasında mədəniyyət ve elm sahələrində inanılmaz inkişaf yaşanmağa başladı. İntibah dövrü adlanan b hərəkat müasir Avropa ilə antik Avropa arasında ki, kəsilmiş əlaqəni yenidən bərpa etdi. Avropalı alimlər, bu dövrlərdə İslam dünyasındakı alimlərin hesabına riyaziyyat elminin sirlərinə yiyələndilər. Qatı dini fikirlərlə yaşaşı, dini inkar və ya tənqid edən müxtəlif fəlsəfi cərəyanlar yaranmağa başladı. İohann Qutenberqin kitab çapını asanlaşdırmasından sonra, Avropada kitabların istifadəsi genişləndi. Mədəniyyət, Ədəbiyyat və Mermarlıq sahələrində yazılmış kitablar çoxaldılaraq Avropanın müxtəlif ölkələrində yerləşən universitetlərə və elm mərkəzlərinə göndərilirdi.[41] Orta əsrlər eyni zamanda Qədim Roma zamanında əsası qoyulan, ançaq texniki inkişafın olmaması səbəbindən yarımçıq qalmış Coğrafi kəşflərində sürətlənməsinə və genişlənməsinə səbəb olmuşdur. İtalyan İntibahı Orta əsrlərin ən mühüm hadisələrədən biri hesab olunur.

Almaniyada intibah dövrü Humanizm hərəkatı ilə başlamışdır. Desiderius ErasmusMartin Lüter dini mövzularda araşdırmalar apardılar. Martin Lüter Xristianlıqda Protestanlıq adı verilən Reformasiya hərəkatını başlatdı.[42] Jan Kalvin Martin Lüterin müxalif fikirlərini açıq şəkildə müdafiə etdiyi üçün kilsənin əsas güc mərkəzlərindən biri olan Paris şəhərini tərk etməli olmuşdu. Jan Kalvin 1534-cü ildə Parisi tərk etmiş və bir müddət Strasburq, Bazel kimi şəhərlərdə qalmışdır. 1541-ci ildə Cenevrə şəhərinə köçərək burada Kalvinizm cərəyanını genişləndirmişdir. 1598-ci ildə Fransa kralı IV Henri tərəfindən qəbul edilən Nant razılaşması ilə Fransada yaşayan kalvinist və protestantlara geniş hüquqlar verildi və onların dini inancı tanındı.[43][44]

Alman rəssamı Albrext Dürer dini tablolar çəkməyə başladı. İngiltərədə Vilyam Şekspir, İspaniyada isə Migel de Servantes tərəfindən məşhur əsərlər yazıldı. İntibah dövrünün nəticəsində Sxolastika fəlsəfəsi çökdü. Sxolastika fəlsəfəsinin yerini hər şeyi elmi yolla sübut etmək fikri hakim oldu və bu tip fikirlər nəticəsində reformasiya hərəkatının əsası qoyuldu. Elm və texnika sahəsində ki, uğurlar sürətləndi. Avropada bədii əsərlərdən zövq alan elitar kübar cəmiyyət formalaşmağa başladı. Din xadimlərinin və kilsələrin xalq üzərində ki, təsir dairəsi zəiflədi. Kilsə reformasiya hərəkatının qarşısını almaq üçün elm adamlarını təqib etməyə, onlara qarşı İnkvizisiya məhkəmələrini təşgil etməyə başladı. Bu təqiblər nəticəsində Cordano BrunoYan Qus kimi elm adamları tonqalda yandırıldı. 1542-ci ildə Roma inkvizisiya məhkəməsi yaradıldı.

1598-ci ildə Fransa kralı IV Henri tərəfindən qəbul edilən Nant razılaşması, 1585-ci ildə ləğv edildi. 1715-ci ildə Fransada Protestanlığın qadağan edilməsindən sonra 250.000 Hüqonot ABŞNiderland kimi protestant ölkələrə köçməli oldular. 1545-1565-ci illərdə çağrılan Trent şurası Protestanlığı sərt şəkildə tənqid etdi və bu məzhəbin Xristianlığ dininə zidd olduğunu bəyan etdi. PuritanlarAnabaptistlər kimi dini icmalar kilsəyə qarşı aparılan reformasiya hərəkatını səmərəli hərəkat hesab etmirdi. Protestanların Avropada katoliklər tərəfindən təqib və təhdidlərə məruz qalması səbəbindən bir çox Avropalı protestant son çıxış yolu kimi, Şimali Amerikaya göçməyi seçdi.

Orta əsrlər mətbəxi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Orta əsrlər mətbəxi
Odda heyvanın doğranmadan bişirilməsi. Ətdən damlayan yağ damcıları, alt tərəfdə olan xüsusi qabda topanırdı. Sonra həmin yağlardan digər heyvanların yağlanmasında istifadə olunurdu. (1432-ci ilə aid qravür.)

Orta əsrlər mətbəxiV əsrdən XVI əsrə qədər Avropa mətbəxinin ərzaq, tərəvəzlərinə, yemək vərdişlərinə və yemək hazırlamaq adətlərinə verilən ümümi ad. Orta əsrlər boyu, qidalanma və yemək hazırlamaq sahəsində, böyük dəyişikliklər baş vermişdir. Bütün dəyişikliklər nəticəsində, muasir Avropa mətbəxi formalaşmışdır.

Bu dövrdə ən çox istifadə olunan çörək məmulatı idi. Yulafmakaron kimi taxıl məmulatlarından hazırlanan yeməklər isə ikinci dərəcəli yer tuturdu. Ət məmulatlarından, gündəlik şəkildə nisbətən daha yüksək təbəqələr istifadə edirdi. Orta və yuxarı təbəqənin ümumi istifadə, etdiyi tərəvəzlər ən çox istifadə olunanlar arasında idi. Ərzaq və tərəvəzlərdən başqa, şərab, gülabsirkədən gündəlik şəkildə istifadə olunurdu. Yeməklərə əlavə dad vermək, üçün baldanşəkər tozundan istifadə edilirdi. Ət məmulatlarından ən çox toyuqdonuz ətlərinə təlabat vardı. Əkinçilik işlərində, iri buynuzlu heyvanların əməyindən istifadə olunduğundan, iri buynuzlu heyvanlar nadir hallarda kəsilirdi. Şimali Avropa əhalisi ətə olan təlabatını morinaringa balıqlarını ovlamaqla ödəyirdilər. Yeməklərin hazırlanmasında həm şirin həm də acı badamlardan istifadə olunurdu. Badamlar əsasən, əzilərək şorbaların və digər sulu yeməklərin üzərinə səpilirdi. Orucluq aylarında, heyvan südünün əvəzinə badam südü içilirdi.

Orta əsrlərdə, ticarət karvanları bir şəhərdən digərinə bir neçə həftəyə gedirdi. Bu səbəbdən təzə ərzaq əldə etmək uzaq şəhərlərdə yaşayan insanlar üçün daim böyük çətinlik olmuşdur. Bəzi hallarda karvanlarda əhali üçün zəruri olan ərzaq malları yox, yalnız yuxarı təbəqənin ala biləcəyi ətir və ədviyyatlar gətirilirdi. Bu səbəbdən varlı və kasıb təbəqənin mətbəxi, xariçi ədviyyat tacirlərinin təsirinə məruz qalırdı. Orta əsrlərin özünə məxsus cəhətlərindən biridə, aşağı təbəqənin yuxarı təbəqədə olan insanların həyat tərzlərini yamsılamaları idi. Bu yamsılama böyük ölcüdə mətbəx sahəsindədə hiss olunurdu.

Aclıq və qıtlıq illərində əhalinin ərzaqa olan təlabatı sürətlə artırdı. Bu dövrdə daha çox ərzaqı və ya taxıl ehtiyatı olan şəxslərin cəmiyyətin ən varlı və ən nüfuzlu nümayəndələri hesab olunurdu. Bəzi ərzaqlar baha qiymətə satılırdı və hər şəhərdən əldə etmək olmurdu. Əsasən yuxarı təbəqə üçün nəzərdə tutulmuş, bu ərzaqları kütləvi şəkildə istifadə etmək, sonradan varlananlar (nouveau riche) üçün qadağan edilmişdir. Digər tərəfdən hər bir şəxsin yediyi, ərzağın qiymətinə uyğun həyat tərzi keçirdiyi güman olunurdu. Bir çox hallarda bu səbəbdən, günəmuz işləyən şəxslər eyni yemək yeməli olurdular. Kəndlilərin yeməkləri, iri həcimli olsa da, qiyməti ucuz olurdu, bu səbəbdən kəndlilər tərəfindən istifadə olunan ərzaq bir qayda olaraq insan sağlamlığı üçün təhlükəli idi. Müxtəlif ədviyyatlarla insanları mualicə edən həkimlərdə, hər bir təbəqəyə uyğun dərman preparatları hazırlayırdı. Az tapılan, bahalı ədviyyatlar yuxarı, gündəlik həyatda istifdə olunanlar isə aşağı təbəqəyə verilirdi.

Çoğrafi kəşflər

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Çoğrafi kəşflər
Xristofor Kolumbun 1492-ci ildə Şimali Amerikanı kəşf etməsi.

XV və XVI əsrlərdə Avropalı tacirlər yeni ticarət yollarını kəşf etmək üçün bilinməyən dənizlərə doğru səfərlər təşgil etməyə başladılar. Bu səfərlər Çoğrafi kəşflər adlandırdı və bir çox okean və qitələrin kəşf olunması ilə nəticələndi. İlk səfər cəhtəri XIV əsrin əvvəllərində Fransız və Venesiyalı gəmiciləri tərəfindən Antlantik okeanı və Afrika sahilləri boyunca başladıldı. Kanar adalarıAzor adaları kəşf edildi.

XV əsrin sonlarına yaxın Hindistana gedən dəniz yolunu kəşf etmək üçün səfərə çıxan Xristofor Kolumb 1492-ci ildə Şimali Amerikanı kəşf etdi.[45] Portuqal dənizçi Bartolomeu Diasın Ümid burnunu kəşf etməsindən sonra Vasko da Qama Ümid burnunu keçərək Hindistana gedən dəniz yolunu kəşf etmiş oldu. Fernando Magellan 1519-1522-ci illərdə ki, dünya səyahəti zamanı yer kürəsinin yuvarlaq şəkildə olduğunu sübut etmişdir.

Çoğrafi kəşflər, İntibah və Reformasiya hərəkatlarının təsiri ilə formalaşdığı kimi, özüdə bu hərəkatların formalaşmasında mühüm rol oynamışdır. Bu kəşflər nəticəsində Avropanın yeni qitələrə yolu açılmış və digər qitələrdə olan bir çox zənginliklər Avropalıların əlinə keçmişdir.[46] Yeni kaloniyaların salınması ilə Avropalılar, Şimali Amerika, Afrika, AsiyaAvstraliya kimi qitələrdə məskunlaşmış, bu qitələrdə olan təbii sərvətlərdən faydalanmışdıllar.

Məzhəb müharibələri

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Otuzillik müharibə

Avropada reform hərəkatlarının yaranması nəticəsində xristianlığın mövqeyi zəifləmiş, Vatikan öz nüfuzunu itirmişdi. Vatikanın nüfuzunun zəifləməsi və Avropada dini zəmində baş verən bir çox hadisələr nəticəsində, 1618-1648-ci illəri əhatə etmiş Otuz illik müharibə baş vermişdir. Müharibənin baş verməsinin əsas səbəbi Katolik-Protestant mübarizəsi olsa da, bir çox dövlətlər bu müharibəyə dini deyil siyasi məqsədlər üçün qatılmışdılar. Otuz illik müharibə çox zaman Müqəddəs Roma imperiyasına tabe olan knyazlıqların müxtəlif cəbhələrdə döyüşməkləri səbəbindən, vətəndaş müharibəsidə adlandırılır. Müharibə 1648-ci ildə Protestantlığın qələbəsi ilə bitmişdir. Müharibədən sonra imzalanan Vestifaliya müqaviləsinə əsasən Müqəddəs Roma imperiyası parçalanmış və ərazisində bir çox kiçik dövlətlər yaranmışdır. İmperiyanın əlində olan bir çox hüquqlar isə məhdudlaşdırılmışdır.[47]

Orta əsrlərin sonuna yaxın imperiyaların vəziyyəti

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: İspaniya imperiyası
Yenilməz armada
XVIII əsrdə Rusiyanın inkişafında əvəzedilməz işlər görmüş I Pyotr.

1479-cu ildə Araqon kralı II FerdinandKastilya kraliçası I İzabelin evlənməsindən sonra İspaniya birləşdi. Bu nikahdan sonra İspaniyada 800 ildən sonra yenidən Xristianlıq rəsmi məhzəb elan edildi.[48] Qranada əmirliyinin dağıdılmasına qədər Pireney yarımadasında 800 il boyunca İslam dini hakim olmuşdur. 1478-ci ildə ölkədə yaşayan müsəlmanlaryəhudilərin zorla Xristianlığı qəbul etmələri üçün İspaniya inkvizisiya məhkəməsi yaradıldı. Portuqaliyaİspaniyada Xristianlığı qəbul etməyən və ya ölkəni tərk edən müsəlman və yəhudilərin əmlaklarını müsadirə edildi. İspaniyada katolikliyin qatı şəkildə təbliğ edilməsinin əsasa məqsədi burada min ilə yaxın mövcud olmuş müsəlman adətlərini yox etmək idi. Vatikan bu siyasəti min ilə yaxın davam etdirmiş və İspaniyanı Avropanın ən qatı katolik ölkələrindən birinə çevirmişdir. Böyük bir dəniz donanması yaradan İspaniya Mərkəzi və Cənubi Amerikanı, Afrik sahillərini istila etmiş və imperiyasının tərkibinə qatmışdır. İspaniya imperiyası kaloniyalaşdırma siyasəti aparan ilk imperiya kimi dünya tarixinə daxil olmuşdur.

Portuqaliya imperiyasıİspaniya imperiyasının ardından tarix səhnəsində Hollandiya imperiyası öz yerini tutmağa başladı. Hollandlar Şimali Amerika, Cənubi Amerika, AfrikaCənubi Asiya kimi qitələrdə yeni koloniyalar yaratdılar. 1588-ci ilə qədər İngiltərə bu ölkələrə nisbətən daha zəif vəziyyətdə idi. Ancaq Tüdorlar sülaləsinin hakimiyyətə gəlməsindən sonra İngiltərə sosial və iqtisadi inkişaf baxımından Şotlandiyanı belə arxada bıraxaraq sürətlə inkişaf etməyə başladı. İngiltərə Kraliçası I Yelizaveta 1588-ci ildə Avropanın ən güclü donanması olan Yenilməz armadanı məğlub edərək Britaniya İmperiyasının təməlini qoymuş oldu.[49] Beləliklə Amerika koloniyaları üzərində İspan ağalığına son qoyuldu. Bu tarixdən etibarən Hollandiya, Fransaİngiltərə Amerika qitəsində olan koloniyaları müəyyən zaman dövründə ələ keçirməyə başladılar. Hollandiya İngiltərəyə iki dəfə dəniz döyüşündə məğlub olduğundan Şimali Amerikadan İngiltərənin xeyrinə cəkilmək məcburiyyətində qaldı.

Fransa isə Şimali Amerikada olan bütün koloniyalarını 1763-cü ildə Yeddi İllik müharibədə məğlub olmasından sonra Paris müqaviləsinə əsasən İngiltərəyə verməli oldu. 1707-ci ildə İngiltərəŞotlandiyanın birləşməsi nəticəsində Böyük Britaniya krallığının əsası qoyuldu. 1801-ci ildə isə İrlandiya bu ittifaqa qatıldı və beləliklə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı yaranmış oldu. 1837-1901-ci illərdə hakimiyyətdə olmuş kraliça I Viktoriyanın dönəmində Britaniya üzərində günəş batmayan imperiya adlandırılmağa başlandı.[50] 1921-ci ildə imperiyanın sərhədlərinə Hindistan, Şimali Amerika, Orta Şərq, AfrikaAvstraliya daxil idi. Bununla Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı 36,6 milyon km² ərazi; 458 milyonda əhali ilə dönəmin ən qüdrətli dövləti idi.

border=none Əsas məqalə: Rusiya imperiyası

1683-1699-cü illər aralığında baş vermiş Osmanlı-Müqəddəs ittifaq müharibələri nəticəsində Osmanlı imperiyası məğlub oldu və ağır şərtlərlə müqavilələr imzalamağa məcbur qaldı. Məğlubiyyətlərin ardından Osmanlının Avropada olan nüfuzu azalmış imperiya daxilində ümumi geriləmə dalğası başlamışdır. 1721-ci ildə I Pyotrun rəhbərliyi altında Rusiya imperiyasının qurulmasından sonra bu imperiya dünya tarixində öz təsirini göstərməyə başladı.

Amerika və Fransa inqilabları

[redaktə | mənbəni redaktə et]
ABŞ İstiqlal Bəyannaməsinin qəbul olunması. (1776, 4 iyul)
Bastiliyanın alınması Böyük Fransa inqilabının əsasını qoydu. (1789, 14 iyul)
38 il Avstriya xarici işlər naziri olmuş Klement Metternix.

XVIII əsrə qədər Fransa Şimali Amerikanı koloniyalaşdırma siyasəti baxımdan İngiltərədən öndə idi. Ancaq Fransaİngiltərə arasında baş vermiş Yeddi İllik müharibə zamanı Fransasın məğlub olması və ardından 1763-cü ildə Paris şəhərində sülh müqaviləsinin imzalanmasından sonra Fransa Şimali Amerikadan İngiltərənin xeyrinə geri çəkildi. Yeddi İllik müharibə zamanı İngiltərənin maliyyə resusları azaldığından, dövlət vəziyyətdən çıxış yolu kimi On üç koloniyada yaşayan əhali üzərində sərt vergi siyasətini tətbiq etməkdə görürdü. Yerli əhali çətinliklə əldə olunan məmulatların ingilislər tərəfindən əllərindən alınmasına və sərt vergi siyasətinə qarşı mübarizəyə başladı. 1774-cü ildə On üç koloniya nümayəndələrinin ilk vahid tədbiri keçirildi və ardından 1776-cı ildə ABŞ İstiqlal müharibəsi başladı.

ABŞ İstiqlal müharibəsini maddi baxımdan dəstələmiş Fransa monarxiyası saray xərclərini ödəməkdə çətinlik çəkirdi. Fransada Ancien Régime adlandırlan din adamları vergi verməkdən azad edilmişdilər.[51] 1789-cu ildə Fransa kralı XVI Lüdovik dövlətin maddi durumunun yaxşılaşdırılması məqsədi ilə varlılardan vergilərin alınması barədə təklif irəli sürdü. Ölkənin varlı bölmünün buna cavabı isə toplumun hər üç bölümünündə təmsil edildiyi États généraux adlı şuranın çağrılması oldu. XVI Ludovik bu tələbəi qəbul etmək məcburiyyətində qaldı. Burjuaziyanın istək və tələbələrindən sonra toplanan məclis imkanlarını daha da genişləndirib Milli Məclisə çevrildi.

Baş verən proseslərin fonunda nüfuzunu və gücünü itirən kral üzərində olan təziqi azaltmaq üçün dönəmin maliyyə naziri Jak Nekarı vəzifəsindən azad etdi. Kralın zəifləmiş hakimiyyətini bərpa etməsindən ehtiyatlanan xalq üsyana başladı. Qısa zamanda xalqın əsas hərəkətverici qüvvələri üsyana qoşuldu və 1789-cu ilin 14 iyun tarixində silahlanmış kütlə Bastiliya qalasını azad etdi.[51] Həbsxanada saxalanılan məhkumlar azad edildi və bu hadisədən sonra Böyük Fransa inqilabı rəsmən başlamış oldu. Böyük Fransa inqilabı beş mərhələdən ibarət olmaqla 1789-1815-ci illəri əhatə etmişdir.

Böyük Fransa inqilabından sonra tarix səhnəsinə gəlmiş məşhur simalardan biridə Napoleon Bonapart idi. Onun rəhbərliyi altında Avropanın bir sıra güclü dövlətlərinə qarşı müharibələr aparıldı. Tarix elmində Napoleon müharibələri adlandırlan dövr 1800-1815-ci illər əhatə etmiş və Fransanın güclü bir dövlət kimi özünü Avropada göstərməsinə zəmin yaratmışdır.[52] Fransaya qarşı olan İngiltərə, Avstriya, PrusiyaRusiya aralarında ittifaq yaradaraq Avropanı bürümüş Napoleon təhlükəsinə qarşı birlikdə hərəkət etməyi öz aralarında razılaşdırmışdılar. Yaradılan ittifaq hərbi olmaqla yanaşı eyni zamanda iqtisadi önəmdə daşıyırdı.

İttifaq dövlətlərin sırasına İsveçPortuqaliyanın da qoşulmasından sonra 1814-cü ilin 30 mayında Paris şəhərində müqavilə imzalandı. Müqaviləyə əsasən müharibədə tərəf olan dövlətlər Vyana şəhərində toplanmalı və burada Avropanın yeni nizamını müəyyənləşdirməli idilər. Böyük Fransa inqilabıNapoleon Bonapart tərəfindən aparılan işğalcı müharibələr Avropanın siyasi xəritəsini kökündən dəyişmişdi. Ərazilərin nüfuz dairələri ilə bölünməsi və digər mühüm məsələləri həll etmək üçün 1815-ci ildə Vyana şəhərində Avropanın aparıcı dövlətlərinin iştirakı ilə Vyana konqresi təşkil edildi. Konqresdə Osmanlı imperiyası iştirak etmirdi. Vyana konqresi Avropanın siyasi-iqtisadi baxımdan yenidən formalaşdırılmasında çox mühüm rol oynadı. Avropanın yenidən formalaşdırılması məsələsində mühüm rola sahib olan eyni zamanda Vyana konqresinin təşkilatçılarından və konqres rəhbələrindən biri dönəmin Avstriya xarici işlər naziri olmuş Klement Metternix idi. Konres sonunda ortaya çıxmış Metternix sistemi Böyük Britaniya, Avstriya, PrusiyaRusiyanın Avropada nizamı və təhlükəsizliyi qorumaq üçün lazım gələrsə hərbi gücdən istifadə etməyə əsaslanırdı.[53] Ancaq bu sistem özünü tam doğrultmadı və 1848-ci il inqilabları zamanı Metternix sistemi tam çökdü.

Maarifçilik dövrü və Sənaye inqilabı

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalələr: Maarifçilik dövrüSənaye inqilabı
Günəş sisteminin heliosentrik modelini irəli sürmüş polyak alimi Nikolay Kopernik.
Buxar maşınının kəşf etmiş şotland ixtiraçı Ceyms Vatt.

Avropada XV əsrdə mədəniyyət sahəsində başlayan yenilikçilik hərəkatı XVIII əsrdə elm, dinfəlsəfə sahəsinədə yayılmağa başladı. Ənənəvi və köhnəlmiş düşüncə tərzi öz yerini yeni idelologiya və fikirlərə verirdi. Bu dönəm tarix elmində Maarifçilik dövrü kimi xarakterizə edilir.[54] Fransız Rene Dekart və alman Qotfrid Leybnits bu dönəmin önçü şəxsiyyətlərindən hesab olunur. İsaak NyutonNikolay Kopernikin fizikaastronomiya sahəsində əldə etdikləri nəaliyyətlər Avropa elminin inkişafında çox mühüm təkan rolunu oynadı. Başlanan elm intibahının davamını İmmanuel Kant öz nəzəriyyələri ilə gətirmişdir. Elmin sürətli inkişaf etməsi nəticəsində kilsənin zəifləmiş nüfuzu daha da azalmağa başlasa da Katolik kilsəsi Avropanın mərkəzi hissələrində öz nüfuz dairələrini qoruyub saxlaya bilmişdi.

Sənaye inqilabı isə fəlsəfə, mədəniyyət, elmdinin ortaya qoyduğu fəlsəfi sistemlərin siravi insanların həyat tərzində özünü büruzə verməsi ilə nəticələndi. Müxtəlif dəzgahların kəşf edilməsi insan əməyini daha da rahatlaşdırdı və artıq insanlar əllə əldə edə biləcəklərindən daha rahat bir şəkildə məhsul əldə etməyə başladılar. Bütün bu ixtira və kəşflər Avropa insanın günlük həyat səviyyəsinn yaxşılmasına müəyyən qədər təsir etdi.[55] Şotland ixtiraçı Ceyms Vatt tərəfindən buxar maşınının kəşf edilməsi Sənaye inqilabının əsas tərkib hisslərindən birini təşkil edir. Bu kəşfdən sonra Avropada yerləşən fabriklərdə insan əməyi əvəzinə yeni kəşfdən istifadə olunmağa başaldı və bununlada məhsuldarlıq xeyli artdı. Buxar maşınının kəşf olunması eyni zamanda lokomotivgəmilərin daha sürətli hərəkət etməsinə səbəb oldu və bununlada insanlar mənzil başına daha tez çatmağa başladılar.

Krım müharibəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Krım müharibəsi
Krım müharibəsi zamanı Rusiya imperiyası ordusunun hədəf alındığı ingilis bombardımanı.

1853-cü ilə qədər Osmanlı imperiyasının zəiflədilməsi siysətini aparan Rusiya imperiyası, bu ildən etibarən Osmanlının tamamilə aradan qaldırılması siyasətini aparmağa başladı. Bu məqsədlə Müqəddəs torpaqlar problemi qabardılırdı. Rusiya imperiyası tərəfindən İstanbula göndərilən general və diplomat Aleksandr Menşikov Osmanlı imperiyasına imperiya daxilində yaşayan Pravoslav azınlığı Rusiyanın himayəsinə verməyi təklif etdi. Rusiyanın əsas məqsədi Osmanlı imperiyasının daxilində etnik və dini zəmində münaqişələri qızışdırmaq və bununlada dövləti daxildən zəiflətmək idi. Böyük Britaniya nüfuzlu diplomatı Stratford Kanninqi İstanbula göndərərək Rusiyanı bu tələbədən imtina etməsinə nail oldu. Bu hadisədən sonra Rusiya hərbi gəmilərini müharibə belə elan etmədən 1853-cü ilin 2 iyul tarixində Valaxiya və Boğdana göndərdi. Vyana şəhərində toplanan Böyük Britaniya, Fransa, PrusiyaAvstriya nümayəndələri müharibənin başlamaması üçün əlindən gələni etsələrdə bu bir nəticə vermədi. Rusiya Valaxiya və Boğdandan çıxmağı rədd etdi. 1853-cü ilin 23 oktyabr tarixində Osmanlı imperiyası Rusiya imperiyasında qarşı müharibə elan etdi.

1854-cü ilin 28 mart tarixində isə FransaBöyük Britaniya Osmanlı tərəfindən müharibəyə qoşuldu.[56] 1854-cü ilin 17 oktyabr tarixində Böyük BritaniyaFransa tərəfindən Rusiya imperiyasının Qara dəniz sahillərindəki Sevastopol liman şəhəri bombalandı. Bir ilə yaxın müddət ərzində davam etmiş Sevastopol müharibəsi Krım müharibəsinin əsas dönüm nöqtələrindən biri oldu və müharibənin nəticəsi olaraq şəhər 1855-ci ilin 11 sentyabr tarixində müttəfiq dövlətlərin əlinə keçdi. Paralel şəkildə Azov dənizi, Baltik dənizi, Qafqaz və hətta Sakit okeanında hərbi əməliyyatlar aparıldı. Bir müddətdən sonra İtaliyada Osmanlı imperiyası tərəfindən müharibəyə qoşuldu. Nəhayət 1865-ci ilin 30 mart tarixində Rusiya sülh müqaviləsi imzalamağa razı oldu. Fransa, Böyük Britaniya, Osmanlı imperiyası və Sardinya krallığı ilə imzalanan Paris sülh müqaviləsinə əsaən Rusiya imperiyası Osmanlı imperiyasının ərazi bötövlüyünü qəbul eti.[57]

  1. Trinkaus, E., Milota, Ş., Rodrigo, R., Gherase, M., Moldovan, O. (2003), Early Modern Human Cranial remains from the Peştera cu Oase, Romania, Journal of Human Evolution, 45:245 –253
  2. "The Iliad, written by Homer in the 12th century BCE, or as early as the 8th or 9th century BCE, is one of the world's greatest classics". 2009-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-07.
  3. "Mr. Dowling's Middle Age Page". 2010-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-07.
  4. ""CIA - The World Factbook -- Country Comparison :: Exports". 2008-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-07.
  5. "Gross National Product". 2010-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-07.
  6. "First Homo erectus from Turkey and implications for migrations into temperate Eurasia". 2018-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-07.
  7. "Searching for the Meaning of Stonehenge". 2009-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-07.
  8. "The Mycenaean world". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-08.
  9. "Qədim Yunanıstanda demokratiya". 2015-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-08.
  10. "Esxilin farslar barədə olan fikirləri". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-08.
  11. "Romulus and Remus". 2010-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-08.
  12. "Julius Ceasar: Historical Background". 2008-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-08.
  13. O'Connell, 1989. page81.
  14. "Lecture 12: Augustus Caesar and the Pax Romana". 2015-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-08.
  15. Scarre 1995
  16. "Alaric (c. 370–410)- Hutchinson Encyclopedia". 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-08.
  17. "Bizans İmperatoru I Yustinianın dövlət siyasəti". 2011-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-08.
  18. "Franklar". 2011-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-08.
  19. "Holy Roman Empire". 2013-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-08.
  20. "İtaliya ilə bağlı tarixi araşdırmalar". 2009-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-08.
  21. "Guelf and Ghibelline". 2009-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-08.
  22. Davis, Paul K. (1999). 100 Decisive Battles from Ancient Times to the Present: The World's Major Battles and How They Shaped History. Oxford, UK: Oxford University Press.
  23. "Maqna Karta barədə məlumat" (PDF). 2011-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-01-08.
  24. Friedrich Heer, The Holy Roman Empire, pg. 20
  25. Bergamini, John D. The Spanish Bourbons: The History of a Tenacious Dynasty. Putnam, 1974.
  26. Petrie, Sir Charles. The Spanish Royal House. Geoffrey Bles, 1958.
  27. Seward, Desmond. The Bourbon Kings of France. Barnes & Noble, 1976.
  28. Van Kerrebrouck, Patrick. La Maison de Bourbon, 1256-1987.v. Villeneuve d'Ascq, France: The Author, 1987–2000.
  29. "Tariq bin Ziyad". 2010-04-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-09.
  30. "History of Andalusia". 2010-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-09.
  31. "Historie Andalusiens". 2009-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-09.
  32. "Historia de Andalucía". 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-09.
  33. "Constantine the Great - The Roman Emperor Constantine I". 2011-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-09.
  34. "Muslims Attack Constantinople 717-718". 2009-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-09.
  35. "Malazgird döyüşü". 2012-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-09.
  36. "Council of Clermont". 2010-01-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-09.
  37. "Qüds şəhərinin azad edilməsi". 2012-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-09.
  38. The Encyclopædia Britannica, Vol.7, Edited by Hugh Chisholm, (1911), 3; Constantinople, the capital of the Turkish Empire.
  39. "www.britannica.com". 2015-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-09.
  40. "Siege of Vienna". 2010-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-10.
  41. "Johannes Gutenberg and the Printing Press". 2007-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-10.
  42. "English Bible History:Matin Luther". 2010-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-10.
  43. "The Edict of Nantes". 2018-09-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-10.
  44. "The Edict of Nantes". 2012-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-10.
  45. "Christopher Columbus: Explorer". 2020-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-10.
  46. "Modern History Sourcebook: John Stuart Mill: On Colonies and Colonization, 1848". 2014-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-10.
  47. "Treaty of Westphalia". 2011-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-13.
  48. "Queen Isabella I of Spain". 2010-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-13.
  49. The Armada. 1959.
  50. "The Sun Never Set on the British Empire". 2009-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-15.
  51. 1 2 "Böyük Fransa inqilabında dövlət və xalq münasibətləri - Türkcə" (PDF). 2011-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-01-20.
  52. Oxford Dictionary of English 2e, Oxford University Press, 2003 Napoleonic Wars
  53. "Modern History Sourcebook: Prince Klemens von Metternich: Political Confession of Faith, 1820". 2014-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-20.
  54. "The Enlightenment". 2013-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-20.
  55. "Industrial Revolution". 2010-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-20.
  56. Badem, Candan. The Ottoman Crimean War (1853–1856) (Leiden: Brill, 2010). 432 pp
  57. "Kırım müharibəsi və Paris sülh müqaviləsi" (PDF). 2009-12-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-01-20.