Bizi bağışlayın filmi rejissor Arif Babayev tərəfindən 1979-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Burada müasir həyatımızdan, adamlar arasında mürəkkəb və bəzən təzadlı münasibətlərdən, nəsillərin əlaqəsindən və gənclik ideallarına sədaqətdən danışılır. Əsas rolları Yelena Fadeyeva, Həsən Məmmədov, Ötkəm İsgəndərov, A. Məmmədov, Ariadna Şengelaya və Səidə Quliyeva ifa edirlər.
Bizi bağışlayın | |
---|---|
Fayl:Bizi bağışlayın (film, 1979).jpg | |
Janr |
dram məhəbbət |
Rejissor | Arif Babayev |
Əsərin müəllifi | Yuri Bondaryov |
Ssenari müəllifləri |
Aqlaya Boqoslovskaya Alla Axundova |
Baş rollarda |
Yelena Fadeyeva Həsən Məmmədov Ötkəm İsgəndərov A. Məmmədov Ariadna Şengelaya Səidə Quliyeva |
Operator | Fikrət Əsgərov |
Bəstəkar | Emin Sabitoğlu |
Rəssam | Kamil Nəcəfzadə |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 22 iyul 1979 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 72 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | azərbaycanca (dublyaj) |
İl | 1979 |
Texniki məlumatlar |
8 hissə 2030 metr |
Rəng | rəngli (ağ-qara kadrlarla) |
IMDb | ID1954760 |
Filmdə çox aktual mənəvi-etik məsələyə toxunulur.[1] Burada müasir həyatımızdan, adamlar arasında mürəkkəb və bəzən təzadlı münasibətlərdən, nəsillərin əlaqəsindən və gənclik ideallarına sədaqətdən danışılır.[2] İnsan haradan harayadək yüksəlməsində xidməti olan bəzi insanları, xüsusən də həyata və elmə dair təməl bilikləri aldığı müəllimləri unudur. Müəllim isə şöhrətlənən şagirdlərini unutmur.[1]
Filmdə məşhur alimin illər sonra pensiyaya çıxmış orta məktəb müəllimi ilə görüşündə yaşadığı sarsıntı ön plana çəkilib. Sadə, qocafəndi ömür sürən Mariya Petrovna (Yelena Fadeyeva) öz puluna keçmiş şagirdi Nərimanın (Həsən Məmmədov) kitabını da alıb. Nəriman həmin kitabı görəndə xatırlayır ki, böyük uğur qazanarkən doğma şəhərindən ona təbrik teleqramını adını unutduğu və bu üzdən cavab vermədiyi müəlliməsi vurubmuş. Xatirələrlə dolu söhbət məşhur şagirdin unudulmuş müəllimənin dolabındakı həmin kitaba «Bizi bağışlayın» etirafını yazması ilə bitir.[1]
Film yazıçı Yuri Bondaryovun eyniadlı hekayəsi üzrə ekranlaşdırılmışdır.[2]