Bolqarıstan səhiyyəsi — Bolqarıstan əhalisinin fiziki və psixi sağlamlığına yönələn, inkişaf etdirilən kompleks tədbirlərin cəmi. Buraya tibbi təhsil, xidmət və s. daxildir.
Bolqarıstanda 288 xəstəxana var (2000; dispanserlər daxil olmaqla). Əhalinin hər 100 min nəfərinə 336 həkim (2002), 629 xəstəxana çarpayısı (2003) düşür. Ölkədə hər 10000 əhaliyə 34 həkim, 39 tibb bacısı və 5 mamaça düşür<[1]. Ölümün əsas səbəbləri ürək-damar xəstəlikləri, bədxassəli yeni törəmələr, travmalar və zəhərlənmələrdir. Bolqarıstanda QİÇS-sə yoluxma çox aşağı səviyyədədir. Baxmayaraq ki, 2005-ci ildə bu xəstəliyə yolxanların sayı artmış və 86 yeni yoluxma hadisəsi qeydə alınmış.[2] Səhiyyəyə qoyulan xərc ÜDM-in 4,7%-i qədərdir (2002). Tibb kadrları Sofiya və Varnanın tibb universitetlərində, Plovdiv, Pleven və Stara-Zaqoradakı tibb kolleclərində hazırlanır. Kurortları: Albena, Berkovitsa, Borovets, Küstəndil, Pamporovo, Günəşli Sahil, Velinqrad, Qızıl Qum və s.
Müasir Bolqarıstanın səhiyyə sistemi Bolqarıstan Xalq Respublikasından miras qalmış. Önəmli islahatlar 1999-cu ildən sonra başlasa da 1990-cı ildə Bolqarıstanda ilk özəl tibbi müəssisə açılmış. Ancaq bolqarlar daha çox ucuz dövlət tibbi xidmətlərinə üstünlük verirdilər. İqtisadi böhranın təsiri ilə ölkənin səhiyyə sahəsin böyük problemlərə məruz qalmış. Maliyyə çatışmamazlığı nəticəsində səhiyyənin səviyyəsi düşməyə başladı. Problemlərin həlli üçün xüsusi islahat proqramı həyata keçirildi. İslahat Milli Tibbi Sığorta Fondu tərəfindən həyata keçirildi (NFMS). 2000-ci ildən ilkin tibbi yardıma ayrılan maliyyə artmağa başladı.
Bolqarıstanda işləyən əhalinin əmək haqqından səhiyyəyə dövlətin dəstəyini azaltmaq məqsədi ilə xüsusi tutuş həyata keçirilir. Özəl səhiyyə sığortası hələki ikinci dərəcəli və dəstəkləyici rol oynayır. 2005-ci ilin göstəricilərinə görə bolqarlar daha çox ozəl həkimlərə müraciət etməyə başlamış. Əzzaçılıq məhsullarının yayımı desentralizasiya olunmuş[1]. 2015-ci ilin Avropa üzrə səhiyyə indeksinə görə Bolqarıstan qeyri-qanuni həkimlərə ödəmə edən ölkələr sırasındadır.[3]