Bolqarıstan iqtisadiyyatı

Sofiyada biznes park

Bolqarıstan iqtisadi inkişafı orta səviyyədə olan ölkələrin sırasına daxildir. İnsan inkişafı indeksi 0,796-dır (dünyanın 177 ölkəsi arasında 56-cı yer tutur). ÜDM-in həcmi 61,6 mlrd. dollardır (alıcılıq pariteti üzrə, 2004), əhalinin adambaşına -nin orta səviyyəsinin 1/3-dən az düşür.

İkinci dünya müharibəsinə qədər Bolqarıstan əsasən, iqtisadi inkişafı orta səviyyədə olan aqrar ölkə olmuşdur. Xırda kəndli torpaq mülkiyyəti üstünlük təşkil etmişdir (1 mln. xırda əmtəə əkinçilik təsərrüfatı). Müharibədən sonrakı illərdə Bolqarıstanın torpaq ehtiyatları milliləşdirilmiş, kəndlilər kooperativlərdə və dövlət təsərrüfatlarında birləşmişdirilmişdir. 1990-cı illərdə baş vermiş dərin iqtisadi tənəzzülün səbəbləri ölkə iqtisadiyyatının keçmiş SSRİ-dən ucuz xammal və enerji idxalı nəticəsində yaranmış asılılığı, ənənəvi satış bazarlarının itirilməsi, kifayət qədər rəqabət qabiliyyətinə malik olmayan bolqar mallarının Qərb bazarlarına yönəldilməsinin çətinlikləri ilə bağlı idi.

İqtisadiyyatın artımı son illərdə sürətli deyil, lakin stabildir. 2019-cu ilin ikinci rübündə iqtisadiyyat 3,5% artıb. Bolqarıstanın makroiqtisadi göstəriciləri də ümumilikdə pis deyil-inflyasiya 3% - dən çox deyil, özəl sektorun payı dövlət sektoru üzərində əhəmiyyətli dərəcədə üstünlük təşkil edir, borc da nisbətən aşağıdır. Ölkədə yoxsulluq səviyyəsi 22%-dən çoxdur. Bolqarıstanda orta illik əmək haqqı 7 400 avrodur ki, bu da AB-nin 15 min avro səviyyəsində olduğu səviyyəsindən iki dəfə aşağıdır.[1]

Galabovo AES

1990-cı illərin dərin iqtisadi böhranı ilk növbədə keçmiş SSRİ-dən xammal və yarımfabrikatların idxalından asılı olan qara metallurgiya, maşınqayırma, kimya və neft-kimya sahələrinə təsir göstərmişdir. 2000-ci illərin əvvəllərindən sənayedə sabit artım müşahidə olunur; 2004-cü ildə istehsalın həcmi 5,2% artmışdır (2002 ildə 0,6%). Sənayenin sahəvi strukturunda böyük dəyişikliklər baş vermişdir. Ərzaq malları, içkilər və tütün məmulatlarının istehsalı (sənaye məhsulu dəyərinin 17%-i) əsas sahəyə çevrilmişdir. Sənaye məhsulu dəyərinin 21,5%-i dövlət sektoru müəssisələrinin (o cümlədən mədən çıxarma sənayesində – 41,7%, emal sahələrində – 5,5%, elektroenergetikada, qaz və su təchizatında – 93,9%) payına düşür (2002).

Bolqarıstanın yanacaq-energetika balansının strukturu: neft və neft məhsulları 24,3%, təbii qaz 14,8%, kömür və liqnitlər 38,1%, atom enerjisi 20,1%, su enerjisi 2,7% (2004). Enerji resurslarının 70%-i idxal olunur, əsasən, Rusiyadan (neft, qaz, daş kömür, nüvə yanacağı). Qonur kömürün və liqnitlərin hasilatı (Şərqi Maritsa və Sofiya liqnit hövzələri, Pernik və Bobovdol qonur kömür hövzələri) 38 mln. t-dan (1987) 26,5 mln. t-a qədər (2004) aşağı düşmüşdür. Kömür və liqnitlərdən hasilat yerlərinə yaxın olan İES-lərdə elektrik enerjisi istehsalı üçün istifadə edilir; yanacağın tərkibində kükürdün çox olması ciddi ekoloji problemlər yaradır. Neftin (hasilatı 26,5 min t, 2004; Pleven rayonunda və Şabla rayonundakı Qara dəniz şelfində) və təbii qazın (333 mln. m³; Varna rayonundakı Qara dəniz şelfində, Plevendən c.-da və s.) kiçik yataqları işlənilir.

Elektrik stansiyalarının müəyyən edilmiş gücü 9515 MVt-dır (2004). 21 əsrin əvvəllərində elektrik enerjisi istehsalı islahatdan əvvəlki səviyyəsinə çatmışdır – 41,6 mlrd. kVt·s (2004; 1989 ildə 42,6 mlrd. kVt·s); onun ixracı 5,9 mlrd. kVt·s, idxalı isə təqr. 0,9 mlrd. kVt·s ol muşdur. Elektrik enerjisi istehsalında İES-lərin payı təqr. 52%-dir (2004), o cümlədən İES-lərin 36%-i yerli yanacaqla, 16%-i idxal olunan yanacaqla işləyir. Ən iri İES-lər – “Maritsa-Şərq-2” İEM-i (müəyyən edilmiş gücü 1450 MVt) və “Varna” İEM-i (1260 MVt). Elektrik enerjisi istehsalında AES-lərin payı 40%- dir.[2] 1980-ci illərdə Dunay çayı üstündə 3700 MVt gücü olan “Kozloduy” AES-i inşa edilmişdir (2004 ildə 2880 MVt gücü olan 4 enerji bloku işləyirdi, 2 enerji bloku 2002-ci ildə dayandırılmışdı). Uzun müddətli konservasiyadan sonra 2004-cü ildə Dunay çayı üstündə layihə gücü 2000 MVt olan “Belene” AES-inin (Sviştov rayonunda) tikintisinə yenidən başlanılmışdır.[3]

2002-ci ildə 1,5 mln. ton polad prokatı istehsal olunmuşdur. Sofiyada (“Kremikovsi” SC) və Pernikdə (“Stomana” SC) yerləşən iki əsas metallurgiya kombinatı özəlləşdirilmişdir. Əlvan metalların dünya qiymətləri artdığı üçün əlvan metallurgiya nisbətən uğurla inkişaf edir. Plovdiv də və Kırcalıda yerləşən qurğuşun əritmə və sinkəritmə kombinatlarında, 1990-cı illərin axırından, əsasən, qonşu Serbiyadan (Kosovodakı Trepça ş.-ndə istehsalın dayandırılmasından sonra) gətirilən polimetal filizləri və konsentratlarından istifadə edilir. Saflaşdırılmış qurğuşun istehsalı 70 min t, metal sinkin – 80 min t-dan artıq, mis və mis ərintilərinin – 41 min t-dur (2002; Panagürişte, Pirdop şəhərləri rayonunda və s.).

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]
Qızılgül yağı.

1990-cı illərdə Bolqarıstanda aparılan aqrar islahatı gedişində torpağın əvvəlki sahiblərinə və onların varislərinə qaytarılması nəticəsində k.t. yerləri çoxlu sayda xırda sahələrə bölündü. Bu, torpaqdan səmərəli istifadə işində ciddi problemlər yaratdı. Sərmayələrin, eləcə də k.t.-nın maddi-texniki təminatının azalması istehsalın, xüsusən texniki bitkilərin yığımının aşağı düşməsinə gətirib çıxardı. Bolqarıstanın aqrar məhsullarının ənənəvi xarici satış bazarlarını itirməsi sahənin inkişafına mənfi təsir göstərdi. 2002-ci ildə k.t. istehsalının ümumi həcmi 1990-cı ildəki səviyyədən 12% aşağı idi. K.t.-nın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. K.t. torpaqları 5,3 mln. ha (2003), yaxud ölkə ərazisinin təqr. 48%-ini tutur (1980 ildə 6,2 mln. ha), o cümlədən becərilən torpaqlar – 3,2 mln. ha, yaxud ölkə ərazisinin təqr. 29%-i (1980 ildə 4,1 mln. ha). Şumluq torpaqların əsas massivləri Dunay düzənliyində və Yuxarı Frakiya ovalığındadır (50–70%-ə qədəri şumlanmışdır). Bağlar və üzümlüklər (becərilən torpaqların 7%-inədək), əsasən, Stara-Planina və Rodop d-rının şm. öndağlıqlarında, həmçinin Küstəndil çuxurunda cəmlənmişdir. Süni suvarma (təqr. 800 min ha), əsasən, Yuxarı Frakiya ovalığında, Dunay çayı və onun qolları boyunca, Struma çayı dərəsində inkişaf etmişdir.

Taxıl yığımı 5,7 mln. t (2004), o cümlədən buğda – 3,3 mln. t, qarğıdalı – 1,4 mln. t, arpa – 1 mln. t-dur. Yem bitkiləri (o cümlədən yaşıl kütlə üçün qara yonca və qarğıdalı) becərilir. Əsas texniki bitkilər: günəbaxan (toxumların yığımı 700 min t), tütün; şəkər çuğunduru, pambıq (c. rayonlarında) becərilir. Dənli bitkilər, günəbaxan və şəkər çuğunduru əkinləri, əsasən, Dunay düzənliyindədir. 1980-ci illərin sonu ilə müqayisədə tütün istehsalı xeyli azalmışdır (2003 ildə 61,5 min t). Efiryağlı bitkilər (qızılgül, nanə, lavanda) ənənəvi olaraq, əsasən, Karlovo və Qazanlıq çuxurlarında, Stara-Planinanın c. yamaclarında becərilir. Yağlı qızıl gülün becərilməsi, gül yağının istehsalı (təqr. 1000 kq, yaxud dünya üzrə istehsalın 1/3-i) və ixracına görə Bolqarıstan dünyada aparıcı yerlərdən birini tutur.[4][5] Bolqarıstanda bostançılıq mədəniyyəti yüksəkdir. Yığım (min t, 2004): kartof – təqr. 600, pomidor – 400, bibər – 160, xiyar – 130, kələm – 120, soğan – 80, qarpız – 210. Bağçılıq (alm), gavalı, armud, şaftalı və s.) və üzümçülük (üzüm yığımı təqr. 400 min t; xeyli hissəsi şərab istehsalı üçün emal edilir; süfrə sortlarının bir hissəsi ixrac olunur) inkişaf etmişdir.

Bolqarıstanın heyvandarlığında daha çox davar yetişdirilir. 2,4 mln. baş davar (1980-ci illərin sonu ilə müqayisədə 5 dəfə azalmışdır), 701 min baş qaramal, 945 min baş donuz, 21 mln. ev quşu (2004). Heyvandarlıq, donuzçuluq və quşçuluq ən çox ölkənin intensiv əkinçilik rayonlarından olan şm. ərazilərində; qoyunçuluq (o cüm lədən dağlıq köçəbə-otlaq) c.-ş. və c. rayonlarında inkişaf etmişdir. Üzlü inək südü 1300 min t, keçi südü 173 min t, qoyun südü 83 min t, donuz əti 250 min t, mal əti 70 min t, toyuq əti 110 min t, toyuq yumurtası 90 min t. istehsal olunmuş dur (2004).

Bolqarıstan // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 260–263. ISBN 978-9952-441-03-1.

  1. "Qaraçılar və dağıntılar: niyə bolqarlar ölkədən qaçırlar". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-28.
  2. Bulgaria country profile, p. 11.
  3. Болгария // Большая Советская Энциклопедия. / редколл., гл. ред. Б. А. Введенский. 2-е изд. том 5. М., Государственное научное издательство «Большая Советская энциклопедия», 1950. стр.397-424
  4. Bulgaria Arxiv surəti 18 oktyabr 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 18 oktyabr 2011 at the Wayback Machine - U.S. Central Command Factbook
  5. Bulgarian lavender producers worried about demand drop Arxiv surəti 8 yanvar 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 8 yanvar 2012 at the Wayback Machine, China Post, 14 July 2011