"Borçalı İctimai Cəmiyyəti - 1993-cü ildən Azərbaycan Respublikasında fəaliyyət göstərən, 1993-cü ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatıdır. Cəmiyyətin əsas məqsədi Azərbaycanda yaşayan Borçalı əsilli vətəndaşların könüllülük prinsipləri əsasında birləşdirmək, hüquqlarının qorunmasını təmin etmək, Borçalı el-adət ənənələrinin, mədəniyyətin yaşadılmasıdır. Borçalı İctimai Cəmiyyətinin Sədri 25 iyun 2016-cı ildə Kərəm Məmmədov seçilmişdir
Borçalı İctimai Cəmiyyəti BORÇALI İC | |
---|---|
ing. The Borchly Public Sosiety türk. Borçalı Sosial Toplumu | |
Növü | İctimai birlik |
Yaranma tarixi | 1993 |
Rəsmi dili | Azərbaycan dili və Qarapapaq türkcəsi |
Mərkəzi | Bakı ş., Azərbaycan |
Sədr | Kərəm Məmmədov |
Borçalı İctimai Cəmiyyəti
"Borçalı" Cəmiyyəti 1993-cü ildə Azərbaycanda, Gürcüstanda və Türk dünyasında tanınmış Borçalı əsilli ziyalılar və dövlət xadimləri Eyvaz Borçalı, Arif Əmrahoğlu, Şərif Kərimli, Şamil Qurbanov, Zahid Qaralov və Hidayət Nuriyev tərəfində Azərbaycanda yaşayan Borçalı əslli vətəndaşların və Gürcüstanın tarixi Borçalı bölgəsinin aborigenləri olan Qarapapaq türklərinin siyasi, sosial, mədəni, dini, etnik və konstitusion hüquqlarının qorunması və təmin edilməsi üçün yardılmışdır. Həmin vaxt Borçalı Cəmiyyətinin yardılmasımda Borçalıdan olan bir çox ziyalı, dövlət xadimi, yüksəkvəzifəli məmurlar və sadə vətənpərvər insanlar yaxında iştirak etmişdirlər.
Borçalı Cəmiyyətinin 1993-cü ildə keçirilən Təsis Yığınçağında Eyvaz Borçalı ilk sədr seçildi.