Şamil Qurbanov (10 may 1934, Faxralı, Lüksemburq rayonu – 1 yanvar 2004, Bakı) — Azərbaycan Respublikasının dövlət xadimi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor və 1995–2004-cü illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı.[1]
Şamil Qurbanov | |
---|---|
24 noyabr 1995 – 1 yanvar 2004 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 may 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 1 yanvar 2004 (69 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | professor |
Şamil Dünyamalı oğlu Qurbanov 1934-cü il may ayının 10-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1955-ci ildə orta məktəbi bitirmiş və həmin ildə ADU-nun (indiki BDU-nun) jurnalistika şöbəsinə daxil olmuşdur. Universiteti fərqlənmə diplomu ildə bitirmiş və "Azərbaycan məktəbi" jurnalında ədəbi işçi kimi fəaliyyətə başlamışdır. 1961-ci ildə universitetin jurnalistika fakültəsində baş laborant işləmişdir. 1962-ci ildə Şamil Qurbanov Azərbaycan ədəbiyyatı tarixi kafedrası üzrə aspiranturaya qəbul olunmuş və 1965-ci ildə "Zaqafqaziya rus dilli mətbuatında Azərbaycan ədəbiyyatı (1905–1917)" mövzusunda dissertasiyanı vaxtından əvvəl müdafiə etmiş və filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Müdafiədən sonra o, "Bakı" və "Baku" qəzetlərində ədəbiyyat şöbəsinin müdiri işləmişdir. 1968-ci ildə yenidən universitetə qayıtmış və "Azərbaycan dili və onun tədrisi metodikası" kafedrasında dosent işləmiş, Azərbaycan dilindən dərs demişdir. 1971-ci ildə rus ədəbiyyatı tarixi kafedrasına keçmiş və rus ədəbiyyatından mühazirə oxumağa başlamışdır. 1973-cü ildən Türk və Şərqi slavyan xalqları ədəbiyyatı kafedrasına (o zaman "SSRİ xalqları ədəbiyyatı" kafedrası adlanırdı) keçmiş və həmin kafedrada dosent, professor işləmişdir.[2] 1989-cu ildən bu kafedraya rəhbərlik etmişdir.[3] 1975-ci ildə "XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan-rus ədəbi əlaqələri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.[4] Şamil Qurbanov Azərbaycan ədəbiyyatında yeni səhifələr açmış, indiyə qədər məlum olmayan və ya az məlum olan şəxsiyyətləri üzə çıxarmışdır. Bunlar Hüseyn Minasazov, Rəhim bəy Məlikov, Məmməd Qarayev, Həmzət bəy Qəbulov-Şirvanski, Sona xanım Axundova, Kərim Yaycılı və başqalarıdır. Onun Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ceyhun bəy Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə haqqında da dərin tədqiqat əsərləri vardır. Onun ən böyük ədəbi xidməti Ömər Faiq Nemanzadə və Şeyx Cəmaləddin Əfqani haqqında tədqiqatlarıdır. Bunların hərəsi haqqında məqalələrdən əlavə 4–5 kitab nəşr etdirmişdir, onların böyük xidmətləri şərh olunmuşdur. 1978-ci ildən 1992-ci ilə qədər doktorluq elmi dərəcəsi verən Elmi şuranın elmi katibi işləmişdir. 1981–1992-ci illərdə filologiya fakültəsinin qiyabi və axşam şöbəsinin dekanı olmuşdur. Şamil Qurbanov 10-dan çox beynəlxalq simpozium və konfranslarda (Ankara, Bursa, Tehran, Bağdad, İsfahan, Moskva, Tbilisi, Daşkənd və Düşənbə) iştirak etmiş, Daşkənd və Tbilisi ali məktəblərində Azərbaycan ədəbiyyatından dərs demişdir. Şamil Qurbanov 1980–2004-cü illərdə BDU-nun professoru olmuşdur. 22 kitabın, 300-dən çox məqalənin müəllifidir. Məqalələri İran, İraq, Türkiyə, Gürcüstan və s. ölkələrdə çap olunmuşdur. 1995 və 2000-ci ildə majoritar yolla Bakı şəhərinin Nizami rayonundakı 12 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmişdir. O, Bakı Dövlət Universitetinin "Türk və Şərqi slavyan xalqları ədəbiyyatı" kafedrasının müdiri olmuş və millət vəkili kimi respublika Parlamentində fəal iştirak edirdi.[3]
Şamil Qurbanov Parlament iclasında Qarabağla bağlı müzakirə zamanı Fransanın ozamankı prezidentinə xitabən dediyi "Jak Şirak qudurub" replikası Milli Məclisin işində iştirak edən diplomtalar tərəfindən birmənalı qarşılanmamışdı.[5]
Şamil Qurbanov 2004-cü ilin 16 yanvar ayında Bakı şəhərində vəfat etmişdir.