Zəlimxan Adil oğlu Məmmədli və ya Zəlimxan Adil oğlu Məmmədov (17 iyul 1957, Kosalı, Qardabani rayonu) — Haqq Ədalət Partiyası Ali Məclisinin sabiq sədri, Borçalı İctimai Cəmiyyətinin sabiq sədri, Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədri, Azərbaycan Sambo Federasiyasının sabiq prezidenti, Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycan Xalq Cəbhəsinin sabiq sədr müavini.
Zəlimxan Məmmədli | |
---|---|
12 iyun 2020 – 25 noyabr 2023 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
12 aprel 2009 – 25 dekabr 2021 (mübahisəli) | |
Əvvəlki | Eyvaz Borçalı |
Sonrakı | Kərəm Məmmədov (mübahisəli) |
Azərbaycan Sambo Federasiyasının prezidenti | |
16 noyabr 1992 – 2002 | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | Ceyhun Məmmədov |
? – 20 iyun 2010 | |
Sədr | Mirmahmud Mirəlioğlu |
2000 – ? | |
Sonrakı | vəzifə ləğv edildi |
1995 – 2000 | |
Sədr | Əbülfəz Elçibəy |
Əvvəlki | vəzifə təsis edildi |
199? – 1995 | |
Sədr | Əbülfəz Elçibəy |
Sonrakı | vəzifə ləğv edildi |
16 avqust 1992 – 12 iyul 1993 | |
Əvvəlki | Elmir Şərifov |
Sonrakı | Gündüz Cəlilov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 iyul 1957 (67 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Zəlimxan Məmmədli 17 iyul 1957-ci ildə Gürcüstan Sovet Sosialist Respublikasının Qardabani rayonunun Kosalı kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildə isə Qərb Universitetinin Beynəlxalq siyasət və iqtisadiyyat fakültəsini bitirmişdir.
1982-ci ildən etibarən 6 saylı şəhər poliklinikasında həkim-stomatoloq olaraq çalışır.
Ailəlidir, 2 qızı və 1 oğlu var.
1998-ci ildə ABŞ-nin Beynəlxalq Elm, Təhsil, İncəsənət və Sənaye Akademiyasının üzvü seçilmişdir. 2017-ci ildə Gürcüstanın Cumber Lejava adına Beynəlxalq Akademiyasının akademiki seçilmişdir.
Zəlimxan Məmmədli "Vraç pokarivşiy Kafkaz miloserdiem" – "Qafqazı xeyirxahlıqla fəth etmiş həkim"(rus dilində), "İdman böyük diplomatiyadır", "Borçalı dastanı", "İnsan" kitablarının müəllifi, "Başkeçid qolunu saldı boynuma" kitabının həmmüəllifi, prof. Camal Mustafayevin "Fəlsəfi tarixi araşdırmalar" kitabının redaktorudur. Dövrü "Eldən-Elata" jurnalının yaradıcısıdır.
Zəlimxan Məmmədli 1988-ci ildən etibarən Milli Azadlıq Mübarizəsinə qoşulmuşdur.
Zəlimxan Məmmədli 16 avqust 1992-ci ildə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 117 nömrəli fərmanı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.[1] Zəlimxan Məmmədli vəzifədə olduğu müddətdə "Ana harayı" abidəsinin, Şah İsmayıl Xətainin heykəlinin, Hacı Zeynəlabdin Tağıyevin büstünün ucaldılmasına nail olmuşdur. O, 12 iyul 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 667 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.[2]
1992-ci ilin noyabr ayının 16-da Sumqayıt şəhərində Azərbaycan Sambo Federasiyası I Təsis Qurultayı keçirilmişdir. Qurultayda Zəlimxan Məmmədli qurumun ilk prezdenti seçilmişdir. O, bu vəzifəni 2002-ci ilədək daşımışdır. 1998–2002-ci illərdə Avropa Sambo Federasiyasının vitse-prezidenti, 1997–2002-ci illərdə isə Beynəlxalq Sambo Federasiyasının Tibb Komissiyasının sədri olmuşdur.
Zəlimxan Məmmədli 2002-ci ildə "Milliyət" qəzetini təsis etmişdir.
12 aprel 2009-cu ildə keçirilmiş Borçalı İctimai Cəmiyyətinin qurultayında Zəlimxan Məmmədli Eyvaz Borçalıdan sonra qurumun sədri seçilmişdir.[3] 25 dekabr 2021-ci ildə bu vəzifədən istefa vermişdir.[4]
2012-ci ildən Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvüdür.
Zəlimxan Məmmədli Azərbaycan Xalq Cəbhəsinin Xətai Rayon Şöbəsinin sədri olmuşdur. Daha sonralar Azərbaycan Xalq Cəbhəsi sədri Əbülfəz Elçibəyin müavini, sonra isə sədr aparatının rəhbəri, sədrin ictimai, siyasi və xarici əlaqələr üzrə sədr müavini vəzifələrini daşımışdır.
Daha sonra Klassik Xalq Cəbhəsi Partiyası üzvü və Ali Məclisinin sədri olmuş Zəlimxan Məmmədov 2010-cu ildə bu partiyadan istefa vermiş, istefası 20 iyun 2010-cu ildə təsdiqlənmişdir.[5]
12 iyun 2020-ci ildə Haqq Ədalət Partiyası İdarə Heyətinin iclasında Zəlimxan Məmmədli partiyaya üzv seçilmiş, Haqq Ədalət Partiyası Ali Məclisinin sədri və İdarə Heyətinin üzvü seçilmişdir.[6]
25 noyabr 2023-cü ildə keçirilmiş Haqq Ədalət Partiyası İdarə Heyətinin iclasında alınan qərarla Zəlimxan Məmmədli partiya sıralarından xaric edilmişdir.[7]
1990-cı ildə keçirilən Azərbaycan SSR Ali Sovetinə seçkilərdə Zəlimxan Məmmədli 9 saylı Qaçaq Nəbi seçki dairəsindən deputatlığa namizəd olsa da, seçilə bilməmişdir. Zəlimxan Məmmədli 1995-ci il parlament seçkilərində 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd olmuş, lakin deputat seçilə bilməmişdir. O, həmin il keçirilən təkrar seçkilərdə 34 saylı Xətai ikinci seçki dairəsindən də deputatlığa namizəd olsa da, yenə seçilə bilməmişdir. Zəlimxan Məmmədli 2005-ci il parlament seçkilərində 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd olmuş, lakin deputat seçilə bilməmişdir.
2010-cu il parlament seçkilərində 33 saylı Xətai birinci seçki dairəsindən Klassik Xalq Cəbhəsi Partiyası üzvü olaraq deputatlığa namizəd olmuş, 1809 səs (10.4 %) səs toplayaraq seçkiləri ikinci sırada bitirmişdir.[8]
2020-ci il parlament seçkilərində 33 saylı Xətai birinci seçki dairəsindən bitərəf namizəd olmuş, lakin deputat seçilə bilməmişdir, lakin Mərkəzi Seçki Komissiyası tərəfindən həmin dairədə seçki nəticələri ləğv edilmişdir.[9] Zəlimxan Məmmədli 33 saylı Xətai birinci seçki dairəsi üzrə keçirilməsi planlaşdırılan təkrar seçkilərdə deputatlığa yenidən namizəd olacağını bildirmişdir.