Borçalı Qəzasının Müsəlmanları


Borçalı Qəzasının Müsəlmanları, Borçalı Uyezdinin Müsəlmanları (az.-əski. بورچالو اویزدینك مسلمانلاری‎, gürc. ბორჩალოს მაზრის მუსულმანები) və ya Borçalı Qəzasının Müsəlmanları Qrupu (BQMQ) — 1919-cu ilin fevralında Gürcüstan Müəssislər Məclisinə keçirilən seçkilərdə 12-ci nömrə altında iştirak etmiş seçki bloku.

Borçalı Qəzasının Müsəlmanları

az.-əski. بورچالو اویزدینك مسلمانلاری
Loqonun şəkli
Borçalı Qəzasının Müsəlmanları Qrupunun bületeni
Quruluş tarixi 1919
Baş qərargah Borçalı qəzası

Borçalı Qəzası Müsəlmanlarının Qrupu ilkin olaraq seçkilərə 15 nəfərlik siyahı ilə qatılmaq niyyətində olmuşdur. Qrupun 22 yanvar 1919-cu ildə tərtib etdiyi və Parlament Mərkəzi Seçki Komissiyasının katibliyində 24 yanvar 1919-cu ildə (№ 151) qeydiyyata alınmış siyahısında bu şəxslərin adları yazılmışdı[1]:

Seçki bülletenləri əsasən Azərbaycanrus dillərində idi. Seçkilərin təşkili üçün Parlament Mərkəzi Seçki Komissiyası 5 namizəddən ibarət siyahını təsdiq etmişdi. Borçalı Qəzasının Müsəlmanları Qrupunun təsdiq edilmiş namizədlərinin bunlar idi:

  • Böyük bəy Ağa bəy oğlu Axundov;
  • Mirzə Rza Mahmudəli oğlu Əlizadə;
  • Molla Abbas Hacı Qasım oğlu Məmmədov;
  • İbrahim bəy Hacı Həsən ağa oğlu Mursaqulov;
  • Qurban Həsən oğlu.

Borçalı Qəzası Müsəlmanları Qrupu 1919-cu ilin fevral ayında keçirilmiş əsas seçkidə — 77 səs (hamısı Tiflis qəzasından), ilk əlavə seçkidə — 147 səs (Posxov bölgəsindən – 94, Axalsıx qəzasından – 42, Axalkələk qəzasından – 7, Borçalı qəzasından – 4 səs) olmaqla cəmi 224 səs toplaya bilmişdi. Borçalı Qəzası Müsəlmanları Qrupu müəyyən edilmiş həddi aşa bilmədi və buna görə də onun üzvləri Müəssislər Məclisinə daxil ola bilməmişdirlər.[1][2]

  1. 1 2 Fəxri Valehoğlu-Hacılar. "Gürcüstanın demokratik yolla seçilmiş ilk parlamentinə – Müəssisələr Məclisinə seçkilər. Qaraçöplü deputat Hüseynqulu Məmmədov" (az.). zirve.info. 25.05.2018. 19.08.2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.04.2021.
  2. First Universal Democratic Elections in Independent Georgia (PDF) (2nd edition). Tbilisi: Central Election Commission of Georgia. 2018. səh. 60. 2023-07-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-03.