Qaçağan (Sarvan)

QaçağanGürcüstanın Aşağı Kartli bölgəsinin (Borçalı), Marneuli bələdiyyəsinin ərazisində, inzibati-ərazi vahidi və türkdilli əhali yaşayan kənd.[1]

Qaçağan
41°19′34″ şm. e. 44°47′45″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Rayon Marneuli rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 410 m
Qaçağan xəritədə
Qaçağan
Qaçağan
1941–1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olmuş Qaçağanlıların xatirəsinə ucaldılmış abidə. 1988-ci il

Qaçağan Cənubi Qafqazın qədim yaşayış məskənlərindən biridir. Kəndin 1 kilometrliyində yerləşən "Təkəli" kurqanında aparılan arxeoloji qazıntılar zamanı ibtidai icma qurluşu dövrünə aid qəbirlər və yaşayış məskəni, kiçik gil parçalardan bütöv antropomorfik qadın heykəlcikləri aşkar edilmişdir.

1501–1736-cı illərdə Səfəvi İmperiyasının xəritəsi

Qaçağan kəndi yaxılığında aparılmış arxeoloji qazıntılar təsdiq edir ki, kəndin ərazisində hələ e.ə. II minillikdə yaşayış məskənləri olub. Tarixi mənbələr kəndin XII əsrdə Dəşti-Qıpçaq çölündən gəlmiş Qıpçaq tayfaları tərəfindən salındığını təsdiq edir.

1118-ci ildə Gürcü çarı Qurucu David Qaçağan ərazisini qıpçaq xanı Artıq xana yaxın şəxs sayılan Qaraçuxa Arslana iqta verildiyini təsdiq edir.

654–1116-ci illərdə indiki Qaçağan kəndi ərazisindəki yaşayış məntəqəsi Tiflis Müsəlman Əmirliyinin tərkibində olmuşdur. 1116-ci ildə ərazi Gürcü çarlığının tərkibinə daxil edilmişdir.

1460-cı ildə Ağqoyunlu dövlətinin bəylərbəyinə tabe edildi və burada Ağqoyunlu hakimiyyəti 1497-ci ilə qədər davam etdi.

1801-ci ildə Böyük Qaçağan və Qaçağan cəmiyyətləri Borçalı sultanlığının tərkibində Rusiya İmperiyasına ilhaq edildi. Ərazidə Hərbi-komendat idarə usulu yardıldı.

1914-cü ildə Qaçağan kəndinin 20 yaxın sakini Osmanlı İmperiyası ilə müharibənin başlanması ilə əlaqədar olaraq "Dikaya Diviziya"nın Tatar atlı Alayına hərbi xidmətə çağrıldılar. Həmin alayın süvarilərində biri Həmid Gülməmmədov sonra 2-ci dərəcəli "Müqəddəs Anna" Ordeni ilə təltif olundu.

1916-cı ildə yerli ziyalı, Mirzə Həsən Mollayev Qafqaz canişinliyi Təhsil Baş İdarəsindən xüsusi icazə alaraq Qaçağanda yedillik Rus-tatar məktəbi təsis etdi.

1918-ci ildə mövcud olmuş Cənub-Qərbi Qafqaz Demokratik Respublikasının Bayrağı

1918-ci ilin yanvarında Qaçağan kəndinin ərazisi Borçalı Qarapapaq Türk Cümhuriyyətinin tərkibinə daxil edidli və Qaçağan icmalarının səlahiyyətli nümayəndələri Qars şəhərində keçirilən, Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin Təsis Kongresində iştirak etdilər.

9 mart 1917-ci ildə Rusiya İmperiyasının Müvəqqəti Hökuməti Qafqazda çar idarəçilik sisteminin – Canişinliyin ləğv edilməsi barədə qərar verdi və bunun əvəzində Cənubi Qafqazdan Rusiya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət yeni qurum – Zaqafqaziya Xüsusi Komitəsi yaradıldı[2]. Bu inzibati islahat zamanı Qaçağan kəndində Mehdi ağanın rəhbərlik etdiyi yeni idarəetmə vahidi təsis olundu. Həmin vaxt Borçalı qəzasının Qubernatoru təyin edilmiş Əbdürrəhman bəy Haqverdiyev tez-tez ən böyük kəndlərdən biri olan Qaçağana baş çəkirdi[3].

Gürcüstanın tərkibindəki Aran Borçalısını xərtəsi.

1918-ci il 26 may tarixdə Gürcüstan Demokratik Respublikasın müstəqilliyi elan edildikdə, Borçalı qəzasın Şulaver stansiyasına daxil olan Böyük Qaçağan kəndi rəsmən Gürcüstanın tərkibinə daxil edilsə də Azərbaycan Xalq Respublikası ilə mübahisəli ərazi hesab edilirdi və hüquqi statusu müəyyən edilməmişdir. Gürcüstan hökuməti 1918-ci ildə Borçalı qəzasına Qubernator təyin etsə də faktiki olaraq həmin inzibati idarəetmə oraqanının Qaçağan kəndində də səlahiyyətləri tanınmırdı. Faktiki olaraq hakimiyyət isə Mehdi ağanın yaratdığı yerli idarəetmə sturukturuna məxsus idi.

1921–1990-cı illrdə gürcüstan Sovet Sosialist Respublikasının Dövlət Bayrağı

25 fevral 1921-ci il tarixdə RSFSR-ə məxsus 11-ci Qızıl Ordu Azərbaycan SSR və Ermənistan SSR ərazilərindən Gürcüstan Demokratik Respublikasının ərazisinə daxil olub oranıda işğal etdi. 25 fevral 1921-ci ildə Borçalı qəzasının Şulaver kəndində Gürcüstan SSR Müvəqqəti İnqilab Komitəsi elan olundu. Qaçağan ərazisi Gürcüstanda Sovet hakimiyyətinin qurulduğu ilk ərazilərdən biri idi. 26 fevral 1921-ci ildə Qaçağanda Məmid Gülməmmədlinin rəhbərliyi altında yerli Qaçağan İngilab Komitəsi yardıldı. 1929-cu ildən sonra kəntdə kollektivləşmə və kolxoz istehsal qurluşu formalaşdırılmağa başladı.

"Qaçağan" toponiminin mənşəyi

[redaktə | mənbəni redaktə et]

"Qaçağan" türk mənşəli toponimi birbaşa "qoç" sözü ilə əlaqəlidir və tarixçilərin qənaətinə görə "Qaçağan" toponimi "Qoçağan"(Qoçakan/Qoçak-kan) toponimindən sait dəyişməsi nəticəsində törəyib. XII əsrdə Azərbaycan Atabəyləri Dövlətinin (Eldəgizlərin) vergi dəftərlərində Qaçağan adı "Qoçağan" şəklində işlənib. Sonra tədricən söz tələffüzdə dəyişikliyə uğrayıb. Qaçağan "Qoç-aqlar" məskəni kimi tanınmışdır. Qoçaq kişilər dünyasını dəyişdikdə isə onların qəbri üstündə adətən daş qoç heykəli qoyardılar. Kəndin qədim qəbirləri üstündə qoyulmuş belə qoç heykəllərinin qalıqlarına indi də rast gəlmək olar. Qaçağan kəndindən bir neçə kilometr aralıda olan qədim qəbirstanlığın birində qoç heykəlləri mövcuddur. Onların yerləşdiyi yerə, elə indi də, "Qoşdar", yəni "Qoçlar" deyilir.[4]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]
Babakər dağının şimal yamaclarından görünüş

Qaçağan kəndi Gürcüstanın Aşağı Kartli (Borçalı mahalı) bölgəsinə daxil olan Marneuli Bələdiyyəsinin cənub hissəsində, Borçalı çökəkliyinin aşağı tərəfində, dəniz səviyyəsindən 280-300 metr hündürlükdə, kiçik yüksəklikdə yerləşir. Kəndi inzibati ərazi vahidi cənubdan Gürcüstanın Ermənistan Respublikası, şərqdən isə Azərbaycan Respublikası ilə olan dövlət sərhəddinə bitişir. Şimal tərəfdən Qaçağan kəndi Qırxılı kənd ərazi vahidinin ərazisi ilə qərb tərəfdən isə Qasımlı kənd inzibati ərazi vahidi ilə qonşudur. Qaçağan kəndi qərbdən Ağaməmmədli, şimaldan Qırxılı, şərqdən Təkəli, cənubdan isə Ermənistanın Noyemberyan (Barana) rayonunun Aşağı Körpülü kəndləri ilə qonşudur.

Qaçağan kənd inzibati ərazi vahidinə Qaçağan, Təkəli, Xançıqazlı və Kirəc Muğanlı kəndləri daxildir. İnzibati ərazi vahidinin Upravası Qaçağan kəndində yerləşən İnzibati İdarədə fəaliyyət göstərir.

Qaçağan kəndinin içindən Qırmızı Körpü-Şulaveri-Marneuli beynəlxalq əhamiyyətli avtomobil yolu keçir. Həmçinin Qaçağan kəndindən Ermənistanın Noyemberyan rayonu Aşağı Körpülü kəndinə qrunt yol mövcuddur.

Qaçağan kəndi Kiçik Qafqaz sıra dağlarının tərkib hissəsi olan Babakər dağının cənub ətyində və Debed çayının cənub sahili boyunca kiçik yüksəklik və qismən düzənlik ərazidə yerləşir[5]. Kəndi XVIII əsrdə süni salınmış Xan arxı kəsib keçir. Bəzi ərazilərini yarım təpəlik reylef təşkil edir. Kəndin şərq tərəfi dağətəyi düzənlikdən ibarətdir.

İqlim müxtəlifliyi

[redaktə | mənbəni redaktə et]

Qaçağan subərazisinin iqlimi çox müxtəlif olub, rəngarənglik təşkil edir. Belə ki, Kiçik Qafqaz sıra dağlarının tərkib hissəsi olan Babakər dağının və Loru dağlıq ərazisinin təsirindən qışı əsasən soyuq keçir. Debed və Xram çayı vadilərinin qismən isti havasının təsiri ilə isə yazı yumşaq isti, bəzən yağışlı, payızı yağışlı və soyuq, yayı isə dumanlı və mülayim, bəzən isə qızmar keçir. Borçalı vadisinin yay fəsli zamanı isti kontinental havası öz təsiri göstərir.[6]

Qafqaz regionunun ətraflı xəritəsi, 1869-cu il

2002-ci ildə Gürcüstanda keçirilmiş əhalinin siyahıya alınmasının rəsmi nəticələrinə görə Qaçağan kəndinin əhalisinin 99%-i Qarapapaq və Azərbaycan türklərindən ibarətdir. Həmçinin Qaçağanda 1 nəfər milliyətcə belorus, 2 nəfər ukraynalı, 3 nəfər rus və 2 nəfər gürcü yaşayır. Qaçağan ərazisində türkdilli tayfaların məskunlaşmasının tarixi e.ə. II minilliyə gedib çıxır. Tarixi mənbələr və arxeloji tədqiqatlar nəticəsində indiki Qaçağan inzibati-ərazi bölgüsü ərazisində türkdilli Gögər, eraməzdan əvvəl 5-ci əsrdə isə Buntürklərin yaşadığı təsdiq edilir. Qıpçaq mənşəli türkdilli tayfalar Qaçağan ərazisində III əsrdən etibarən yaşamağa başlayıblar. Qıpçaq tayfalarının Qaçağan ərazisinə kütləvi şəkildə gəlməsi isə 1118-ci ilə təsadüf edir[7].

Milliyətcə Azərbaycan türkləri olan nəsillər isə Qaçağana ilkin olaraq 1552-ci ildə Səfəvi Şahı I Təhmasibin zamanında köçüb gəliblər. 1850-ci ildən sonra əsasən Cənubi Azərbaycanın Təbriz və Maku bölgələrindən gələrək burada daimi məskunlaşıblar. Hazırda Qaçağan kəndinin əhalisinin 85%-i qıpçaq mənşəli qarapapaq türkləri, 14%-ni isə oğuz mənşəli Azərbaycan türkləri təşkil edir.

Dini mənsubiyyətinə görə Qaçağan əhalisnin 99.9%-i müsəlmanlardan ibarətdir. Kənd əhalisinin 97%-i İslamın cəfəri, 2.9%-i isə isə sünni məhzəbini özünün inancı hesab edir.[8]

1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıya alınmaya əsasən Tiflis quberniyasının Borçalı qəzasının Qaçağan kəndində Qafqaz tatarlarından ibarət 35 ailə yaşayırdı.[9]

2002-ci il siyahıya almasının nəticələrinə əsasən Qaçağan kəndinin əhalisinin sayı 8 124 nəfər (rayon əhalisinin 6,5%-i) olmuşdur ki, onlardan da 50,2%-i kişilər, 49,6%-i isə qadınlardır. Kənd əhalisinin 99,9%-i türkdilli əhalidən ibarətdir. Qaçağan əhalisinin sayına görə Borçalının türklər yaşayan ən iri kəndlərindən biri hesab olunur.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]
Rusiya Imperiyas geeneral-leytenantı İsrafil bəy Yadigarov (1815-1884)

Qaçağan Marneuli rayonunun aqrar sahədə inkişaf etmiş kəndlərindən biridir. Əsas məşğulluq sahələri kənd təsərüfatı istehsal sahələri, heyvandarlıq. tərəvəzçilik və arıçılıqdır. Taxılçılıq, tərəvəzçilik, kartofçuluq, maldarlıq, arıçılıq və s. inkişaf etmişdir. 1921-ci ilə qədər kəndin ətraf əraziləri, əkin sahələri, lokal meşəliklər və dağ otlaqları mülkədarlara məxsus idi. Ərazidə yerli mülkədarlar, General-leytenant İsrafil bəy Yadigarovun və oğlu Həsən bəy Yadigarovun mülkləri, əkin sahələri, Mantaşevin tut bağları və digər mülkədarların torpaq sahələri var idi.

1927-ci ilin dekabrında SSRİ-də Ümumittifaq Kommunist (Bolşeviklər) Partiyasının XV Qurultayında kollektivləşdirmə və şəxsi mülkiyyətdə olan torpaqların milliləşdirilməsi haqında qərar qəbul edildi. Bu qərar əsasında Gürcüstan SSR Xalq Komissarları Soveti kollektivləşdirmənin həyata keçirilməsinə başladı. Qaçağan kəndi ərazisində "Kommunizm" kolxozu yaradıldı və şəxsi mülkiyyətdə olan bütün torpaqlar dövlətin nəfinə müsadirə edildi.Yerli kolxoz, 1960-cı ildə Qaçağanda sturuktur islahatı aparılması nəticəsində, Qaçağan südçülük-tərəvəzçilik sovxozuna çevrildi. 1991-ci ildə SSRİ-nin dağılması ilə əlaqədar olaraq Qaçağan sovxozu tamaiylə iflasa uğradı. 1995-ci ildə Gürcüstan Respublikasında torpaq islahatının başlandı və sovxoza məxsus sahələr özəlləşdirildi.

1995-ci ilə qədər Qaçağanda kənd təssərüfatı məhsullarının istehsalı sahələri mövcud idi. Ancaq müstəqilliyini yeni elan etmiş Gürcüstan Respublikasında baş verən dərin siyasi və iqtisadi böhran bütün istehsal sahələrinin məhv olmasına səbəb oldu. 1998-ci ildən etibarən isə Qaçağan Südçülük-tərəvəzçilik sovxozuna məxsus olan torpaqlar və istehsal sahələri özəlləşdirildi. Hazırda kənd sakinlərinə və icarədarlara məxsus torpaqlarda kənd təssərüfatı məhsulları, o cümlədən tütün, qarğadalı, günəbaxan, pomidor, taxıl, arpa, digər texniki bitkilər və meyvə becərilir. Yalnız tütün qurudulamsı və ilkin istehsalı həyata keçirilir. Yerli əhali ənənəvi üsullarla kənd torpaqlarında becərilən üzümdən qırmızı və ağ şərab istehsal edirlər.

Qaçağan kəndinin şimal ərazisində, Babakər dağının ətəyindəki daş karxanalarda qırma üsulla tikinti materialı olan ağ daş çıxarılır. Son dövrlərdə, Qaçağanda xalq üsulubu ilə şərabçılıq istehsalı geniş şəkildə inkişaf etməkdədir. Qaçağanda şərabçılığın əsası 19-cu əsrdə hələ Borçalının Çörük-Qəmərli bölgəsində məskunlaşdırılmış almanlar tərəfindən qoyulmuşdur.

Qaçağan kənd Mədəniyyət evi
Azərbaycan SSR-in dövlət xadimi, Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1981-1989) Həsən Seyidovun Qaçağan kəndindəki büstü (2003-cu il)

Qaçağan ərazisi hələ qədim dövrlərdən mədəniyyət ocağı sayılır. SSRİ dövründə Gürcüstan SSR EA Arxeologiya İnstitunun əməkdaşları dəfələrlə ərazidə arxeoloji qazıntılar aparıblr. Qaçağan ərazisində ilkin quldarlıq dövrünə aid edilən çoxsaylı kurqanlar mövcuddur. Qaçağan kəndində hələ SSRİ dövründən Mədəniyyət evi mövcud olub. İlk klub 1927-ci ildə Gürcüstan SSR Mədəniyyət Xalq Komissarlığının qərarı ilə yardılıb. 1956-cı ildə Qaçağanda yeni mədəniyyət evi və kino klub binası tikilmişdir. Kənddə uşaq bağçası və məktəbəqədər tədris mərkəzi var idi.

Zülal Seyidov adına Qaçağan kənd xəstəxanasının əsası 1926-cı ildə Borçalı qəzası Səhiyyə idarəsinə tabe feldşer məntəqəsi kimi qoyulmuşdur.

M.H.Mollayev adına Qaçağan orta məktəbi 1916-cı ildən mövcuddur.

Hazırda Qaçağan kəndində 1 və 2 nömrəli, iki 12 illik Bələdiyyə orta məktəbi fəaliyyət göstərir.

Qaçağanda ilk təhsil müəssisəsi 1673-cü ildə, Böyük Qaçağan cəmiyyətinin yerli sakini Hacı Əli Dəryaoğlu tərfindən təşkil edilmişdir. Hacı Əli Dəryaoğlu, Nəcəfdə dini təhsil almış və sonra doğma yurduna dönmüş və Qaçağanda dini məktəb açmağa nail olmuşdur. Həmin məktəbdə əsasən Quran dərsləri, qiraət və ərəb əlifbası ilə yazma tədris edilirdi. Bu barədə Osmanlı İmperiyasının Tiflis paşalığının vergi və qeydiyyat dəftərlərində müfəssəl məlumat verilir.

Qaçağanda xalq folkloru, aşıq sənəti və poeziya geniş inkişaf etmişdir. Qaçağan kəndinin sakinləri və bir çox nümayəndəsi Azərbaycan, Türkiyə və Gürcüstan ədəbi dairələrində və dövri mətbuatında tanınmışlar.

Qaçağanda ədəbi yardıcılığın tarixi 16-cı əsrə gedib çıxır. XX əsrin əvvələrində Qaçağanda Osmanlı İmperiyasının Qars şəhərindən gəlmiş Şair Ağacan yaşayıb yaratmışdır. Şair Ağacan həm heca vəznində şeirlər yazmış, həm də mükəmməl aşıq olmuşdur. Şair Ağacan 1911-ci ildə Qaçağan kəndində Aşıq məktəbi təşkil etmiş və bir çox tanınmış Borçalı aşıqlarının ustadı olmuşdur. XVIII əsrdən etibarən Qaçağanda Borçalı aşıq məktəbinə daxil olan və onun ənənələrini davam etdirən "Qaçağan aşıq cərayanı" mövcuddur. Azərbaycanda, TürkiyədəBorçalının özündə kifayə qədər tanınmış Qaçağan aşıqları yaşayıb yaradıblar.

Borçalının və Qacağanın XX əsrdə yaşıyıb-yaratmış görkəmli nümayəndəsi, AzərbaycanBorçalıda tanınmış ustad sənətkar Aşıq Göycədir. O Borçalının cox ulu bir sənətkarı kimi yaddaşlarda yaşayır. Onun gözləri şikəst olsa da, hər şeyi yaxşı görən, duyan, qavrayan, ustadlarından öyrənən və özüdə şəyirdlər yetişdirib. Aşıq Göycə bir cox şerlərin müəllifidir. Onun bir neçə tanınmış aşıqlarla deyişmələri olmuşdur. O 84 aşıq havasinı və 61 xalq dastanını mükəmməl bilib. Onu Borçalının Homeri adlandırıblar. Onun sənətini oğlu Aşıq Şahbaz Göycəoğlu davam etdirir. O öz sazı-sözüylə Beynəlxalq folklor festivallarında uğurlu cixışlar etməkdə davam edir.

Aşiq Rəsul və Aşıq Vəli 20-ci əsrin məşhur aşıqlardandırlar.

Qaçağanın el şairi və aşıqlarından Aşıq Cəmil Muradovdur. Cəmil Muradov əsasən heca vəznində qoşma və gəraylılar yazır. Əsərləri Azərbaycanın bəzi dövrü mətbuatında dərc edilmişdir.

20-ci əsrin əvvələri və ortalarında Qaçağanda yaşamış iki qardaş Əkbər Əliyev və İsa Əliyev heca vəznində, qoşma, gəraylı və təcnislər yazmışlar. Bayatı janrı isə Qaçağan kəndinin ağbirçək xanımlarının deyimlərində geniş yayılmışdır. Ən məşhur bayatıları Telli Əliyeva demişdir. Telli Əliyevanın dediyi bir çox bayatılar indi də xalq arasında xatırladılır.

Qaçağanın el şairi, rəsamı və heykəltərşı Novruz İsmayılov özünün yaradıcılıqı ilə Borçalıda və Qazaxda tanınmışdır. Onun Azərbaycanın Xalq şairi Osman Sarıvəlli ilə yaxın münasıbətləri olmuşdur.

Qaçağanın el şairlərindən biridə Eyvaz Həsənovdur. O çoxlu duzlu-məzəli şerlərin müəllifidir. Onun şerləri Gürcüstanın dövrü mətbuatında dərc edilmişdir.

Tanınmış Azərbaycan yazıçısı və publisiti Tahir Hüseynov Qaçağanda dünyaya gəlmiş və ilk publisitik və ədəbi əsərlərini məhz Qaçağanda yazmışdır. Tahir Hüseynovun yazdığı "Borçalı hekayələri" toplusu və "Yanıq Abdullanın yuxları" povestini Qaçağan kəndinin tarixinə həsr olunub və 30-cu illərin represiya dövrünü əhatə edir.

Qaçağanın müasir dövrdə ədəbi fəaliyyətli ilə tanınan jurnalist, şair Azərbaycan Yazıçilar və Jurnalistlər birliklərinin üzvü Paşa Babakərli (Əmircanov) Qaçağanda doğulmuşdur. O bir necə şerlər kitabının, "Qaçağan eli" kitabının və Qaçağanda yaşayan nəsillərin tarixlərinə dair bir neçə kitabin müəllifidir. Onun şeirinə bəstələnmiş mahnı Azərbaycanın Xalq artisti Zeynəb Xanlarova tərəfindən ifa olunub.

Qasım Əmircanovunda ədəbi yaradıcılığı Azərbaycan dövri mətbuatında dərc edilib.

Xalçaçılıq

Qaçağanda xalçaçılıq sənəti 16-cı əsrdən inkişaf etməyə başlayıb. 17-ci əsrdə toxunmuş "Qaçağan" xalçası məlumdur. Həmçinin kilim və milli ornamentli naxışlarla bəzədilmiş xurcun toxunması geniş yayılmışdır. Xalçaçılıq 1960-65-ci illərdən sonra iflasa uğramişdır. 1991-ci ildən sonra Qaçağanda xalça toxunması çox zəif şəkildə inkişaf etməkdədir. Çox az sayda sənətkar mövcuddur.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
Həsən Seyidov
Məmid Musayev 1922-1932-ci illərdə ZSFSR XDİK Baş Siyasi İdarəsinin Borçalı Qəzası üzrə müvəkkili

Sosialist Əməyi Qəhrəmanları:

XX əsrin birinci yarısında Qaçağanda, Osmanlı İmperiyasının Qars şəhərində köçüb gəlmiş şair Şair Ağacan yaşayıb yardıb.

Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin (MK) üzvü, Gürcüstan SSR Qarayazı rayon partiya komitəsinin 2-ci katibi, "Qızıl Qarayazı" qəzetinin baş redaktoru Musa Əliyev Qaçağanda dünyaya gəlmiş və orta təhsilini də doğma kəndində almışdır.

Tanınmış Azərbaycan yazıçısı və publisisti Tahir Hüseynov (1930-1993)

Qaçağan kəndinin toponimləri

[redaktə | mənbəni redaktə et]

Qaçağan kəndində tarixən mövcud olmuş və hazırda xalq lekisikonunda işlədilən toponimlər türk mənşəlidir və birbaşa Qıpçaq, həmçinin Oğuz söz köklərindən törəyib. Qaçağan kəndinin məhəllə adları təxminən 16-cı əsrdən mövcuddur. Qaradaşlar, Tofçulu, Çəyğara, Ojaxverdi, Ortalıq və sair məhəllə adları indi də xalq leksikonunda aktiv şəkildə işlədilir.

  1. "Şurəddin Məmmədli "Paralanmış Borçalı" - www.elibrary.bsu.az" (PDF). 2020-09-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-04-28.
  2. "Azərbaycan Xalq Cümhuriyyəti və Məhəmməd Əmin Rəsulzadə - www.resulzade.org". 2013-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-02.
  3. "Şurəddin Məmmədli "Paralanmış Borçalı" - www.ebooks.preslib.az" (PDF). 2012-10-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-08-02.
  4. ""Qaçağan" sözünün açıqlaması — www.borchali.net". 2012-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-31.
  5. "Gürcüstanda Babakər dağlarında baş verən yanğın azərbaycanlılara təsərrüfat və içməli su problemi yarada bilər www.trend.az". 2012-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-03.
  6. "Borçalı mahalının sahəsi, sərhədləri və təbii şəraiti - www.borchali.net". 2012-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-31.
  7. "Принц крови из рода Гюль – реальный кандидат в президенты Грузии, потому что его лоббирует Гюли - www.saqinform.ge". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-31.
  8. "Borçalı - www.istoriya.az". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-31.
  9. [Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 145]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]