Bornun üstünlüyü (ing. The Bourne Supremacy) — 2004-cü ildə çəkilmiş bədii filmdir. Film Robert Ludlumun eyniadlı kitabı əsasında çəkilib. Film keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı, yaddaşını itirmiş peşəkar sui-qəsdçi Ceyson Born haqqında olan ikinci film olub "Bornun müəyyən edilməsi" filminin davamıdır. 2007-ci ildə hekayənin üçüncü hissəsi olan "Bornun Ultimatumu" buraxılmışdır. Dördüncü film "Bornun mirası" (2012) filmidir. Beşinci film - "Ceyson Born" (2016) filmidir.
Bornun üstünlüyü | |
---|---|
ing. The Bourne Supremacy | |
Janr | döyüş-triller[d], döyüş filmi, roman ekranlaşdırması[d], triller filmi |
Prodüserlər | |
İcraçı prodüser | Daq Layman[d] |
Baş rollarda | |
Bəstəkar | |
İstehsalçılar | Universal Pictures[5], The Kennedy/Marshall Company[d] |
Distribütor | Universal Pictures, UIP-Dunafilm[d], Netflix |
İlk baxış tarixi | 15 iyul 2004, 21 oktyabr 2004[6], 23 iyul 2004[7], 2004 |
Müddət | 108 dəq. |
Büdcə | 75.000.000 $ |
Gəlir | 290.835.269 $[8], 176.241.941 $[8] |
Ölkələr | |
Dil | ingilis dili |
Əvvəlki film | Bornun müəyyən edilməsi (film, 2002) |
Sonrakı film | Bornun ultimatumu (film, 2007) |
Rəng | rəngli |
Çəkiliş yeri | Amsterdam, Nyu-York, Berlin, Moskva, Rusiya, Aleksanderplats |
IMDb | ID0372183 |
Ekran əsəri Robert Ladlamın casus romanları əsasında çəkilmiş “Born Trilogiyasının” ikinci filmidir. Baş qəhrəman Ceyson Born (Mett Deymon) artıq Mərkəzi Kəşfiyyat İdarəsinin muzdlu qatili deyil, agentliyin radarına düşməmək üçün uzaq şərq ölkəsində sevgilisi Mari Kroytzla (Franka Potente) birgə sakit həyat yaşayır. Ancaq qatil olduğu günlərlə bağlı xatirələr və onunla əlaqəli gecə gördüyü yuxular, onu yaman narahat edir. Nələrin həqiqətən baş verdiyini, nələrin isə təxəyyülünün məhsulu olduğunu ayırd edə bilmir. Digər tərəfdən agentlik də ondan əl çəkmir. İndi təkcə onun deyil, ona əziz olan insanların da həyatı böyük təhlükədədir...