Boy Pablo

boy pablo (29 noyabr 1998, Bergen) — Norveç müğənnisi, mahnı yazarı Nikolas Munosun indi-pop musiqi layihəsi. Bu layihə çərçivəsində baş tutan konsertlərdə onu müxtəlif çalğı alətlərində ifa edən musiqiçilər müşayiət edir. O, hər bir mahnısını kimsədən dəstək almadan tam surətdə özü yazır. Bu işə 2015-ci ildə girişib. İlk sinqlı olan "Flowers"-i 2016-cı ilin yanvarında yayımlayıb.[1]

Boy Pablo
Nikolas Munos 2019-cu ildə
Nikolas Munos 2019-cu ildə
Ümumi məlumatlar
Doğum adı Nicolás Pablo Rivera Muñoz
Doğum tarixi (25 yaş)
Doğum yeri Bergen, Norveç
Musiqiçi məlumatları
Fəaliyyət illəri 2015-ci ildən
Janrlar indi-pop, drim-pop[d]
boypablo.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boy Pablo-nun "Everytime" mahnısının klipi 2017-ci ilin sonlarında YouTube alqoritmi sayəsində populyarlıq əldə edib. Bu mahnısı həmin il ona xeyli fanat qazandırıb. 2017-ci ilin mayında 6 trekdən təşkil etdiyi "Roy Pablo" adlı konsept mini-albomunu çıxarıb. Trek siyahısında "Everytime" sinqlı da yer alır. Bundan savayı, 2018-ci ildə o, daha bir mini-albom olan "Soy Pablo"-nu buraxıb. "Wachito Rico" adlanan debüt studiya albomunu isə 2020-ci ilin oktyabrında təqdim edib. Boy Pablo "Norveç Qremmi mükafatları"nda 6 mükafata namizəd göstərilmiş və onlardan 2-sini almışdır.

Nikolas Munos Norveçin Bergen şəhərində Çilidən olan immiqrant ailədə doğulmuşdur.[2][3][4] Onun valideynləri bu ölkəyə 1980-ci illərdə köçüblər.[5][6] Musiqiçi ailəsində böyüyüb. Musiqinin incəliklərini atasından və böyük qardaşından mənimsəyib. Ona gitara, təbil, piano, bas gitara və eləcə də piano çalmağı öyrədiblər.[7]

Musiqi üzrə təhsilini "Kongshaug Upper Secondary School of Music"-də almışdır.[8]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Poy Pablo ilham mənbəyi kimi bu musiqiçiləri göstərir: Mak Demarko, Veronica Maggio, Tyler, the CreatorThe BeatlesArctic MonkeysTame Impala və Mild High Club.[9][10][11] Onun 2017-ci ildə təqdim ediyi bedrum pop janrındakı mahnısı "Everytime" YouTube-da oxşar üslubu paylaşan sənətçi Clairo-nun "Pretty Girl" mahnısı ilə yanaşı viral olmuşdur.[12][13]

Konsert üzvləri

[redaktə | mənbəni redaktə et]

Cari üzvlər

  • Nicolas Pablo Rivera Muñoz
  • Gabriel Muñoz
  • Esteban Muñoz
  • Judah Kubendran

Keçmiş üzvlər

  • Eric Tryland
  • Henrik Åmdal
  • Sigmund Vestrheim

Studiya albomları

Mini-albomlar

  1. Olsen, Benjamin Søgnen. "Merk deg namnet: Boy Pablo" [Name to note: Boy Pablo]. Os og Fusaposten (nünorsk norveç). 6 January 2017. 26 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 August 2020.
  2. Velez, Jennifer. "Boy Pablo On Growing Up Bicultural & More". Grammy.com. May 14, 2019. 23 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 August 2020.
  3. "Nicolas Pablo Rivera Munoz, (født 1998): 3 roller i norsk næringsliv". Proff.no. 31 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 August 2020.
  4. wachito rico [soypablo777]. "hahaha thanku hermano lol!!! (lots of love)" (Tweet). November 29, 2019.
  5. "100% Boy Pablo: Norway's dream-pop boy wonder". The Face (ingilis). 23 October 2020. 31 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 January 2024.
  6. Jackson, Jhoni. "Meet Boy Pablo, Sunny Indie Pop From Norway's Chilean Diaspora". Remezcla. June 7, 2018. OCLC 1128296156. 19 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 August 2020.
  7. Reeves, Benji. "INTERVIEW: BOY PABLO — Cortex Creatives". Cortex Magazine. 31 August 2020. 18 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 August 2020.
  8. Bjerkestrand, Frode. "I 20 år har skolen vært en talentfabrikk. Det siste stjerneskuddet er blitt en internettsensasjon". Bergens Tidende (bokmal norveç). 3 February 2019. ISSN 0804-8983. İstifadə tarixi: 31 August 2020.
  9. Tangen, Ida Eline (16 November 2016). Sammen med kjæresten fra 5. klasse Arxivləşdirilib 2019-04-02 at the Wayback Machine, NRK P3 (in Norwegian)
  10. Gutiérrez, Constanza. "Un colocolino en Noruega". Qué Pasa. 9 March 2018. ISSN 0717-8085. 2 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 August 2020.
  11. Galesi, Emanuele (20 December 2017). Con il sole negli occhi: il pop sognante di Boy Pablo Arxivləşdirilib 2019-04-02 at the Wayback Machine, Giornale di Brescia (in Italian). Retrieved 31 August 2020
  12. Furu, Ludvig (10 April 2018). Boy Pablo: – Er under gjennomsnittet lei meg Arxivləşdirilib 2023-10-07 at the Wayback Machine, Natt & Dag (in Norwegian)
  13. Honaker, Elly. "boy pablo drops EP ahead of album release". Old Gold & Black. 27 August 2020. OCLC 1097117195. 27 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 August 2020.
  14. Strauss, Matthew. "Boy Pablo Announces Debut Album Wachito Rico, Shares New Songs: Listen". Pitchfork. May 29, 2020. June 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 5, 2020.
  15. "Roy Pablo - EP by Boy Pablo". Apple Music. 2019-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 22, 2019.
  16. "Soy Pablo - EP by boy pablo". Apple Music. 2019-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 22, 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]