Braqun yasaqlığı

Braqun dövlət bioloji yasaqlığıÇeçenistan Respublikasında, Sunja çayının Terek çayına birləşdiyi yerdə yaradılan yasaqlıq. Yasaqlıq Qroznı, QudermesŞelkov rayonları ərazisinə daxildir. Yasaqlıq 1971-ci ildə yaradılıb. Yaradılmasında məqsəd qiymətli, nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin qorunub saxlanılması, bərpası və çoxaldılması, onların yaşayış mühitinin, miqrasiya yollarının, yuva yerlərinin qorunması və ekoloji tarazlığın qorunmasıdır. Regional (respublika) əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazisi statusuna malikdir.[1]

Braqun
rus. Государственный биологический заказник «Брагунский»
Sahəsi 17 000 ha
Yaradılma tarixi 1971
İdarəetmə orqanı Çeçenistan Respublikasının Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Nazirliyi
Yerləşməsi
43°25′15″ şm. e. 46°05′19″ ş. u.
Ölkə  Rusiya
Yerləşməsi Çeçenistan
Yaxın şəhər Qudermes
Braqun xəritədə
Braqun
Braqun

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Üç rayon ərazisində formalaşdırılmış yasaqlığın ümumi sahəsi — 17000 hektardır[1]. Ərazinin 10,2 min hektarı meşə fonduna aiddir. Yasaqlıq ərazisində Braqun və Darbanx kəndləri yerləşir.

Barqun yasaqlığının şimal sərhəddi Vinoqradnoe kəndindən 3 km aşağıdan keçir. Terek çayı boyu davam edir və Çervlennaya-Uzlovaya meşəsi ərazisinə daxil olur. Sonra meşənin qərb sərhədi boyunca, kanalın dəmir yolu ilə kəsişməsinə qədər uzanır. Meşə sərhəddindən sonra yenidən Terek çayına çatır. Daha sonra çaydan aşağı Qudermes meşə təsərrüfatının 23-cü məhəlləsinin şərq sərhədinə qədər uzanır.

Cənub-şərq sərhədi 23-cü məhəllədən Xanqış-Yurt-Qudermes avtomobil yolu ilə 25-ci məhəlləyə qədər gəlir. Meşənin sərhədi boyunca Qudermes meşə təsərrüfatının 15-ci kvartalının cənub tərəfinə yaxınlaşır. Daha sonra — Sunja çayı üzərindəki dəmir yol körpüsündən Goryaçeistoçnenskoe meşə təsərrüfatının 37-ci məhəlləsinin cənub tərəfində keçir. Qərb sərhədi 14-cü kvartalın qərb tərəfi ilə keçir[1][2].

Fauna və florası

[redaktə | mənbəni redaktə et]

Yasaqlıq ərazisində nəcib maral, meşə pişiyi, susamuru, qamışlıq pişiyi, adi şimal sərçəsi, şərq çöl gürzəsi və s.qorunur. Bitki aləmi də yetərincə zəngindir.: alça, meşə üzümü, uca andız, keçi doqquzdonu, bənövşə və s.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Брагунский заказник". zapoved.net. 2017-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-24.
  • "Брагунский заказник". oopt.aari.ru. İstifadə tarixi: 2017-01-24.
  • "Кадастровый отчёт по ООПТ Государственный биологический заказник «Брагунский»". oopt.aari.ru. İstifadə tarixi: 2017-01-24.