Brazilia (port. Brasília) — 1960-cı ildən Braziliyanın paytaxtı. Şəhər YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Şəhərin əhalisi şəhərətrafı ilə birlikdə 2,5 milyon nəfərdir.
Şəhər | |
Brazilia | |
---|---|
Brasília | |
15°47′38″ c. e. 47°52′58″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 21 aprel 1960 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.171 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +55 061 |
Poçt indeksi | 70000–70999 |
Digər | |
brasilia.df.gov.br | |
Vikianbarda əlaqəli mediafayllar |
Braziliyada 1955-ci il prezident seçki kampaniyası zamanı namizəd Juselinu Kubiçek hakimiyyətə gələcəyi təqdirdə yeni paytaxt salınacağına dair vəd vermişdi. 1956-cı ilin aprelində o prezident seçildi və tezliklə yeni şəhərin layihələndirilməsi işləri başladı. Şəhərin baş planının hazırlanması memar Lusio Kostaya həvalə edildi. Bu işdə o Le Korbuzyenin ideyalarından istifadə etmişdi. İnzibati və ictimai binaların layihələndirilməsi isə memar Oskar Nimeyerə tapşırıldı. Yuxarıdan baxdıqda şəhər təyyarəyə bənzəsə də, Lusio Kosta şəhəri nəhəng kəpənək formasında layihələndirdiyini bildirmişdi.[3] 22 aprel 1960-cı ildə şəhər rəsmən Braziliyanın paytaxtı elan edildi.