Braziliya Coğrafiya və Statistika İnstitutu

Braziliya Coğrafiya və Statistika İnstitutu[2] (port. Instituto Brasileiro de Geografia e Estatística, abr. IBGE) — Braziliyada statistik, coğrafi, kartoqrafik, geodezik və ekoloji məlumatların rəsmi səviyyədə toplanmasından məsul olan agentlik. "IBGE" hər 10 ildən bir ümümölkə siyahıyaalma keçirir. Anketlər yaş, ailə gəlirləri, savadlılıq, təhsil, peşə və gigiyena səviyyələri kimi məlumatları əhatə edir.

Braziliya Coğrafiya və Statistika İnstitutu
Instituto Brasileiro de Geografia e Estatística
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə
Yaradılma tarixi 1934, 1967[1]
Baş qərargah
Rəsmi saytı ibge.gov.br
ww2.ibge.gov.br/english/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"IBGE" 1936-cı ildə Milli Statistika İnstitutu adı altında yaradılan bir ictimai institutdur. Qurumun qurucusu və baş təşəbbüskarı statist Mario Auqusto Teyşeyra de Freytas idi. "IBGE"nın indiki adı 1938-ci ildə qəbul olunmuşdur. Qurumun qərargahı Rio-de-Janeyro şəhərində yerləşir və hal-hazırkı prezidenti Susana Kordeyro Gerradır.[3] Qurum 13 fevral 1967-ci il tarixdə qəbul edilən qərar ilə federal bir təşkilata çevrilmiş və İqtisadiyyat Nazirliyinə tabe edilmişdir.[4]

  1. ROR Data. v1.19 2023. doi:10.5281/ZENODO.7644942
  2. Ömərli, Tural. "Pandemiyanın yeni episentri - Latın Amerikası". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 1 avqust 2020. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2021.
  3. Rosas, Rafael. "IBGE confirma Roberto Olinto como novo presidente". Valor Econômico (portuqal). 31 may 2017. 22 sentyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2021.
  4. "Decreto-lei nº 161, de 13 de fevereiro de 1967". Portal da Legislação (portuqal). Centro de Estudos Jurídicos da Presidência. 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]