Bristol Universiteti (ing. University of Bristol) — Böyük Britaniyada, İngiltərənin cənub-qərbindəki Bristol şəhərində yerləşən ali təhsil müəssisəsi.
Bristol Universiteti | |
---|---|
University of Bristol | |
51°27′23″ şm. e. 2°36′16″ q. u.HGYO | |
Əsası qoyulub | 1909 |
Tip | Dövlət |
Rektor | Professor Erik Tomas |
Tələbə sayı | 22,780 |
Şəhər | Bristol |
Ölkə | |
Sayt | bristol.ac.uk |
Vikianbarda əlaqəli mediafayllar |
Bristol Universiteti Rassel, Koimbra[1] ümumavropa qruplarının, Beynəlxalq Universitetlər Şəbəkəsinin üzvüdür. Universitetin vitse-kansleri Erik Tomas hazırda Beynəlxalq Universitetlər Şəbəkəsinin sədridir.
2015/16[2] | 2014/15[3] | 2013/14[4] | 2012/13[5] | 2011/12[6] | 2010/11[7] |
---|---|---|---|---|---|
37 | 29 | 30 | 28 | 30 | 27 |
Bristol Universiteti beynəlxalq şöhrətə malik olan təhsil ocağıdır. Burada dünyanın bütün ölkələrindən olan tələbələrə rast gəlmək olar. Ali məktəb tələbələrə Britaniya akademik mədəniyyəti ilə yanaşı, dünya təcrübəsini də öyrədir. Universitetin vitse-kansleri Erik Tomas rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında yazır: "Bristol Universiteti gözəl Bristol şəhərinin mərkəzində yerləşən valehedici akademik reputasiyaya malik bir elm mərkəzidir. Tələbələrimiz cəmiyyətin müxtəlif təbəqəsini təmsil edirlər, bu isə universitetimizi daha da zənginləşdirir. Biz bütün insanların bərabərliyinə inanırıq və bəşəriyyət üçün hərtərəfli inkişaf etmiş şəxsiyyətlər yetişdiririk".