Britaniya Hind okeanı əraziləri

Britaniya Hind okeanı əraziləri (ing. British Indian Ocean Territory) — Böyük Britaniyadan asılı olan və Hind okeanında 55 adadan ibarət bölgə. Böyük Britaniyanın Hind okeanında yerləşən müstəmləkəsi olan bu bölgə ancaq Çaqos adalarından ibarətdir.

Britaniya Hind okeanı əraziləri
British Indian Ocean Territory
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
lat. "In tutela nostra Limuria"
"Lemuriya bizim müdafiəmizdədir"
Tarixi
 • Yaranması 1965
Rəsmi dilləri
Paytaxt Dieqo Qarsiya
İdarəetmə forması Konstitusiyalı monarxiya
Monarx II Elizabet
Qubernator Peter Ays
Administrator Tom Mudi
Sahəsi
 • Ümumi 54.400 km²
 • Su sahəsi (%) 99,89
Əhalisi
 • Əhali 3.000 nəfər
Valyuta ABŞ dolları, funt sterlinq
İnternet domeni .io
ISO kodu IO
Telefon kodu +246
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bölgəyə aid Dieqo Qarsiya adası 1966-cı ildə imzalanan müqaviləyə görə 50 illiyinə ABŞ-yə kirayəyə verilmişdir.

Dieqo Qarsiya adası

Bölgə bir çoxunda yaşayış olmayan 55 adadan ibarətdir. Britaniya Hind okeanı ərazilərinin ən böyük adası Dieqo Qarsiya adasıdır. Bu adadan başqa Böyük Çaqosbank adası, Peros Banhos adası, Solomon adası, Eqmont adası ilə ancaq aşağı dəniz səviyyəsində görünən Blenheym rifi də bölgəyə aiddir. Britaniya Hind okeanı ərazilərinin sahəsi 54.400 km² olsa da çox böyük hissəsi su olub torpaq sahəsi cəmi 60 km²-dir.

Adanın yerlisakinləri olan çaqoslular 1960-cı illərdə Böyük Britaniya hökuməti tərəfindən güclə Mavriki, Seyşel adaları və Böyük Britaniya göndərilmişdir. Hazırda adalarda heç bir yerli yaşamır və 3.500 ABŞ və Böyük Britaniya əsgəri vardır.

Yerli xalqlar illər ərzində bu məcburi köçdən sonra ərazilərinə qayıtmaq üçün məhkəmə qaldırmış, amma yenə də qayıda bilməmişdirlər.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]