Angilya, Anquilla (Anguilla) – Böyük Britaniyanın Karib dənizində mülkü.
Angilya | |||||
---|---|---|---|---|---|
Angilya | |||||
| |||||
Unity, Strength and Endurance, Единство, сила и издържливост | |||||
Himn: «God Bless Anguilla» |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Valley | ||||
İdarəetmə forması | konstitusiya monarxiyası, Britaniyanın ərazisi | ||||
Kraliçə | II Elizabet | ||||
Qubernator | Alister Harrison (aprel 2009-) | ||||
Baş nazir | Hyubert Hyus (fevral 2010-) | ||||
Sahəsi | |||||
• Ümumi | 102 km² | ||||
Əhalisi | |||||
• Əhali | 15 min nəfər (220-ci) | ||||
• Siyahıyaalma (may 2011) | 13 542 nəf. | ||||
• Sıxlıq | 164 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 175 mln $ dollar (220-ci) | ||||
• Adambaşına | 12 200 $ dollar (105-ci) | ||||
Valyuta | Şərqi Karib dolları | ||||
İnternet domeni | .ai | ||||
ISO kodu | AI | ||||
Telefon kodu | +1264 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Kiçik Antil adaları arxipelaqının şimal qurtaracağında, Küləktutan adalar qrupunda yerləşən Angilya adasını (sah. 91 km²) və əhalisi olmayan kiçik adalar qrupunu (Skrab, Doq, Sombrero, Prikli-Pir-Keys, Sil və s.) əhatə edir. İnzibati mərkəzi Valli şəhəridir. Rəsmi dili ingilis dili, pul vahidi şərqi Karib dollarıdır. Əhəngdaşlardan təşkil olunmuş adalar mərcan rifləri ilə əhatələnmişdir. Angilya adasının xırda təpəlikli səthi nisbətən hamardır, ən yüksək nöqtəsi 65 m-dir (Krokus-Hill d.). İqlimi tropik passatdır. Havanın orta aylıq temperaturu 18 24 °C, illik yağıntının miqdarı 700–1200 mm-dir. Yağış suyundan içmək üçün istifadə olunur. Bitkisi seyrək, törəmə savanna tipli alçaq kolluqlardır. Sahil zonasında hindqozu palması və üzüm yetişdirilir. Çoxsaylı şor göllərdə 80 növdən çox su quşları var. İqtisadiyyatının əsasını (ÜDM-un 78%-i) xarici turistlərə xidmət sahəsi təşkil edir. Duz hasil olunur, balıq ovlanır, tərəvəz becərilir; qoyun, keçi, donuz saxlanılır. Dəmiryolları yoxdur. Avtomobil yollarının uzunluğu 105 km-dir. Dəniz portu (Blouinq-Poynt) və Vallidə kiçik beynəlxalq aeroport (Uollbleyk) var.[1]