Britaniyanın Tibet ekspedisiyası

Britaniyanın Tibet ekspedisiyası — (həmçinin Britaniyanın Tibetə hücumu) - 1903-1904-cü illərdə Britaniya imperiyasının Tibetə qarşı müstəmləkə təcavüzü aktı. Böyük Oyunun son mərhələsinin ən böyük hərbi ekspedisiyası. XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Rusiya və Britaniya imperiyaları arasında gərgin müstəmləkə və siyasi rəqabətin nəticəsində baş vermiş hadisə. Müdaxilə Britaniya Hindistan Ordusunun köməyi ilə həyata keçirilib.

Britaniyanın Tibet ekspedisiyası
Böyük oyun
Britaniya və Tibet zabitləri arasında danışıqlar
Britaniya və Tibet zabitləri arasında danışıqlar
Tarix 1 dekabr 1903 — 7 sentyabr 1904
Yeri Tibet
Səbəbi Tibeti nəzarətə almaq
Nəticəsi Britaniya imperiyasının qələbəsi
Ərazi dəyişikliyi 1908-ci ildə Çin tərəfindən kompensasiya ödənilənə qədər Çumbi Vadisinin işğalı.
Münaqişə tərəfləri

Britaniya imperiyası
Britaniya Hindistanı

Tzin imperiyası
Tibet

Komandan(lar)

Jeyms MakDonald
Frensis Yanqhazband

XIII Dalay Lama
Dapon Tailing

Tərəflərin qüvvəsi

3000 əsgər
7000 min dəstək qüvvə

naməlum, bir neçə min kəndli çağırışçı

İtkilər

202 nəfər döyüşdə həlak olub
411 qeyri-döyüş ölümü

2000-3000 öldürülüb[1]

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
XIX əsrin sonlarında Hindistanın Tibetlə sərhədi

XIX əsrin birinci yarısında Himalay əyalətlərində (Nepal, ButanSikkim) Britaniya təsirinin güclənməsi HindistanTibet arasında daha sıx münasibətlərə səbəb oldu. 1886-cı ildə Lord Defering Kolman Maklayın ticarət ekspedisiyasını Tibetə göndərdi.[2] Lakin bu ekspedisiya Sikkimdən kənara çıxmadı və Tzin sülaləsiinın tələbi ilə Hindistana qayıtmağa məcbur oldu.[3] Bu cür vəziyyət qoşunları ilə Sikkimi işğal edən və Britaniya ərazisinə basqınlar törədən tibetliləri həvəsləndirdi. 1888-ci ildə hərbi ekspedisiya təşkil edildi. Tibetlilər məğlub edilərək Çumbi vadisidən qovuldu. 1890-cı ildə Kəlküttədə Sikkim və Tibetlə bağlı İngilis-Tzin Sazişi imzalandı.[4] Bu müqavilə Britaniyanın Sikkim üzərində protektoratını tanıdı və ingilis subyektlərinə Tibetdə ticarət etməyə icazə verdi. Tibetlilər isə tacirlərə özbaşına rüsumlar qoyaraq Hindistanla ticarətə maneələr törədirdilər.[3]

Təxminən eyni vaxtda, Mərkəzi Asiyanı tam işğal etdikdən sonra Rusiya imperiyasının sərhədləri düzənlikləri Tibetlə birbaşa bitişik olan Şərqi Türkistana yaxınlaşdı. Üstəlik, XIX əsrin son rübündə rus tədqiqatçılarının bölgədə fəaliyyəti daha da gücləndi. İngilislər Tibet hökumətinin ən fəal simalarından birinin Rusiya tərəfdarı Aqvan Dorjiyev olmasından narahat idilər. Bu mövcudluğun əhəmiyyəti Tibetin ingilis tərəfdarı olan tədqiqatçılar Ekai Kavaguçi və Sarat Çandra Das tərəfindən "casusluq" kimi yozuldu. Bu dövrdə ingilisləri narahat edən rus Nikolay Prjevalski və Pyotr Kozlovun Tibet ətraflarına, eləcə də Qombojab Tsıbikov və Ovşe Norzunovun Lhasa ekspedisiyaları baş verdi.[5]

Tibet əlçatmazlıq baxımından qapalı bir cəmiyyət idi, həyatı Buddist dəyərlərinə söykənirdi. Əsl hakimiyyət Buddist ruhanilərinə məxsus idi. Tibet Tzin imperiyasından asılı bir dövlət idi. Lakin XIX əsrin sonunda Tszin imperiyası da Qərbin müstəmləkə ekspansiyasının obyektinə çevrildi. Bu dövrdə Tibet üç güc arasında bufer dövlətə çevrildi: Rusiya və Britaniya imperiyaları və zəifləmiş, lakin əhalisi çox olan Tszin imperiyası.

Münaqişənin kulminasiyası

[redaktə | mənbəni redaktə et]

1901-ci ildə Hindistanın vitse-prezidenti Lord Corc Kerzon XIII Dalay Lama ilə danışıqlar aparmağa cəhd etdi, lakin onun məktubu açılmadan geri qaytarıldı.[6] 1903-cü ilin iyununda polkovnik Frensis Yanqhazbendin diplomatik missiyası Tibetə göndərildi. Tibetlilər danışıqları uzatdılar, sonra isə onları tamamilə tərk etdilər və missiya noyabr ayına qədər Kamba Dzonqda qaldıqdan sonra heç nə ilə Hindistana qayıtdı.[7][8]

Tərəflərin gücü

[redaktə | mənbəni redaktə et]
Polkovnik Frensis Yanqhazband

İngilislər Tibetə polkovnik Frensis Yanqhazbend başda olmaqla diplomatik nümayəndəlik göndərmək qərarına gəldilər. Missiyanı briqada generalı Ceyms Makdonaldın rəhbərlik etdiyi hərbi dəstə müşayiət edirdi. Dəstənin tərkibinə 23-cü və 32-ci istehkamçılar və 8-ci Qurxa alayı, Kral Norfolk alayının pulemyot komandası və Mədrəs istehkamçıları komandası daxil idi. Ümumilikdə hərbi missiyaya 3000-ə yaxın əsgər daxil olmuşdu. Bundan əlavə, təchizat və digər dəstək üçün ekspedisiyada daha 7000 nəfər iştirak edib. Daha sonra iİngilislər əlavə qüvvələr aldı və qoşunların sayını 4600 nəfərə çatdırdı.

Tibetlilər əsasən köhnə kibrit tüfənglərdən istifadə edirdilər, baxmayaraq ki, onların təhcizatında daha müasirləri də var idi. Tibet ordusunda bir sıra rus tipli tüfənglərdən istifadə olunurdu. Onlar döyüşlərdə bəzən kiçik topları da işə salırdı. Barıt və qalay Tibetdə istehsal olunurdu və böyük miqdarda saxlanılırdı. Britaniya ordusu daha müasir, dəqiq və uzaq mənzilli tüfənglərə, həmçinin Maksim pulemyotlarına[9] sahib idilər. Bundan əlavə, ingilislər tibetliləri strateji cəhətdən üstələdilər, nəticədə döyüşlərdə açıq üstünlüyə sahib oldular.

Tibetlilərin əhval-ruhiyyəsi çox yüksək idi. Onların inanclarına görə talismanları və duaları güllələrdən toxunulmazlıq təmin edirdi. İlk döyüşdən sonra, çoxlu tibetlilər öldürüləndə, əsgərlərə ingilis güllələrinin gümüşdən hazırlandığını və talismanların yalnız qalay güllələr üzərində işlədiyini və yenilərinə ehtiyac olduğu söyləndi. Lakin bir neçə məğlubiyyətdən sonra tibetlilərin əhval-ruhiyyəsi aşağı düşdü.[8]

Ekspedisiyanın gedişi

[redaktə | mənbəni redaktə et]

Tibetə doğru irəliləyiş və Paqrinin tutulması

[redaktə | mənbəni redaktə et]
Yürüşdə iştirak edən Britaniya zabitləri, 1904-cü il

Polkovnik Ostin Vaddellin ekspedisiyasının təsvirində[10] kampaniyanın Britaniya qoşunlarının dəmiryol stansiyasının yaxınlığında yerləşdiyi Siliquridən başladığını bildirir. 1903-cü ilin noyabrında Sikkimdə cəmləşən dəstə dekabrın 1-də Tibetə girdi. İrəliləyiş qəfil oldu. Qoşunlar Natu-La keçidini (4310 m) keçdi, qruplaşdırıldı və dekabrın 13-də Çumbi vadisinə (2800 m) endi. Heç bir müqavimət göstərilmədi, dərəni bağlayan daş divarda kiçik bir dəlik açıldı, bütün ordu ordan keçdi. Vadi rəhbərliyi və Mançu rəsmiləri Lhasa ilə dərhal əlaqə saxlamağı və danışıqlar üçün səlahiyyətli şəxsləri çağırmağı vəd edərək ingilislərin irəliləməsinə mane olmağa çalışdılar, lakin Tibet tərəfdən yüksək rütbəli məmurların olmaması səbəbindən ingilislər danışıqlardan imtina etdilər. Tibetlilər rəsmi olaraq etiraz etdilər, lakin ingilis qoşunlarının əhəmiyyətli üstünlüyü səbəbindən onlar tabe olmağa məcbur oldular. Mançu rəsmiləri yüksək səviyyəli ingilis zabitləri üçün ziyafət təşkil etdilər.[11]

Dəstənin əsas qüvvələri Çumbi vadisində qaldı və 4 tabor və bir pulemyot dəstəsindən ibarət avanqard Paqri-Dzonqa (4300 m) qalasına qədər irəlilədi. Paqri, dik yoxuşdan sonra yaylada olması strateji baxımdan çox əhəmiyyətli idi. Aşığa gedən yolda hündür uçurumun altında dar yerdə Çin istehkamı var idi - burada müdafiə təşkil olunsaydı, yalnız çox ağır itkilər bahasına keçmək mümkün olardı. Lakin qoşunlar geri çəkildi və səddə ehtiyatla açıq qapı qaldı.

Paqridə Tibet nümayəndə heyəti dəstədən geri qayıtmağı xahiş etdi, lakin şəhər "hərbi səbəblərə görə" işğal edildi. Eyni zamanda, ingilislər yerli əhali ilə düzgün davranır və qoşunların sabit tariflərlə təchiz edilməsi xidmətlərini ödəyirdilər. Bu vaxt Drepung, Sera və Ganden monastırlarının abbatları olan məmurlar və yüksək lamalar Paqriyə yaxınlaşaraq yerli əhaliyə ingilisləri ərzaq və yanacaqla təmin etməyi qadağan etdilər. Britaniya rəhbərliyi Tibet hakimiyyətinə ultimatum verdi. Bununla belə, tibetlilər ingilislər qoşunlarını sərhədə geri çəkənə qədər danışıqlardan imtina etməyə başladılar.[12]

Paqridə kiçik bir dəstə qaldı və bütün ekspedisiya ciddi bir kampaniyaya hazırlaşaraq Çumbiyə qayıtdı. Aşağıdan teleqraf naqilləri çəkildi, ordu Londonla daimi əlaqə saxlayır və ən son xəbərləri oradan öyrənirdi. Arabaçılar arabaları hissə-hissə sökərək götürür və onları artıq Tibet yaylasında yenidən yığırdılar.

Tuna və Qyantse istiqamətində yürüş

[redaktə | mənbəni redaktə et]
Britaniya ekspedisiyasının yürüş yolu

1904-cü il yanvarın əvvəlindən ordu Paqridən əsas Tibet yaylasındakı Tangla keçidindən (4580 m) kənarda Tuna traktına yenidən yürüşə başladı. Bu mövqedə ingilis qoşunları 1904-cü ilin aprelinə qədər dayanaraq istəklərini bəyan etdilər. Tunadan beş mil kənarda, təxminən 2000 nəfərdən ibarət Tibet ordusu cəmləşmişdi və bununla onlar Qyantse keçidini bağlamağa çalışırdı.

Martın 30-da bütün dəstə Tunada cəmləşdi və martın 31-də tibetlilərlə ilk döyüşün keçirildiyi Quruya doğru irəlilədi. Uğursuz danışıqlardan sonra ingilis ordusu uzun müddət manevr etdi, sonra insident nəticəsində tibet generalı siphainin əlindən tüfəngi alaraq atəş açdı ki, bu da tibetlilərə hücum siqnalı idi. İngilislər dərhal reaksiya verdilər, zabitlər tüfənglərindən atəş açaraq geri çəkilməyə başladılar və pulemyotun işə düşməsi ilə Tibet ordusu darmadağın oldu. Döyüş 10 dəqiqə davam etdi, Tibet qoşunlarından 300 ölü, 200 yaralı və 200 nəfər əsir düşdü. Lhasa generalı da öldürüldü. İngilislərin yalnız 13 yaralısı var idi. İngilislər yaralılara tibbi yardım göstərdilər, onların çoxu müalicədən sonra sıralara döndü. Kənddə bir çox evdə ingilislər tərəfindən partladılmış böyük barıt ehtiyatları var idi.[13]

Tibet ordusunun qalan hissəsi şimala çəkildi. Aprelin 4-də ingilislər daha da irəli getməyə başladılar. Aprelin 9-da Qyantseyə gedən yoldakı dərədə ikinci döyüş oldu. Tibetlilər dar bir yerdə keçidi bağladılar və toplar qurdular. Bununla belə, tibetlilər vaxtından əvvəl, ingilislər atəş zonasına bir az çatanda atəş açmağa başladılar. İngilislər təpədən tibetliləri arxadan haqlamaq üçün siqhlərdən ibarət bir qüvvə göndərdilər.[14] Onlar qar fırtınası yaratdı və görüntünün itməsi zamanı tibetlilər təxminən bir saat boş yerə toplardan atəş açdılar. Üç saat ərzində siqlər təpələrə qalxaraq tibetlilərə hücum etdilər. Eyni zamanda ingilislər aşağıdan atəş açmağa başladılar. Tibetlilər 150 nəfəri itirdi və ordunu geri çəkməyə məcbur oldular.

Qyantsenin tutulması, ingilislərin mühasirəsi və Dzonqa hücumu

[redaktə | mənbəni redaktə et]
Dzonq Qyantse

İngilis dəstəsi hərəkətini davam etdirərək Qyantseyə yaxınlaşdı. Şəhərdə heç bir qoşun yox idi. İngilislər sərbəst şəkildə onu tutaraq, ora yerləşdilər. Onlar böyük barıt ehtiyatlarını məhv edib, bütün taxıl anbarlarını müsadirə etdilər. Dzonq qəsdən qismən dağıdıldı və hərbi düşərgə şəhərdən kiçik bir məsafədə təşkil edildi. Əsgərlər yerli əhalidən hind rupisindən Hindistanla müqayisədə çox aşağı qiymətə ərzaq və mal almaq üçün istifadə edirdilər.[15]

Maddi-texniki təminatı təşkil etmək üçün qoşunların bir hissəsi geri çəkildi. Mayın əvvəlində pulemyotlarla silahlanmış qalan dəstənin əksəriyyəti Lhasa yolunda Karola aşırımına doğru irəlilədi.[16] Burada daha sonra ingilislər üçün çətin, lakin uğurlu döyüş baş verdi. Mayın 4-də səhər açılmazdan əvvəl tibetlilər qəfildən böyük bir qüvvə topladılar və düşərgəni mühasirəyə aldılar, tüfəng və toplardan atəş açdılar.[17] İngilislərə tez oyanmaq və döyüş vəziyyətinə almağa, xüsusi əmr kömək etdi, onlar qruplaşıb cavab tədbiri təşkil etdilər. Karolaya aparıldığından ingilislərin pulemyotları yox idi. Tibetlilər tələsik təmir olunan Dzonqda möhkəmləndilər. Hər tərəfdən onlara əlavə qüvvələr gəlirdi. Onlar ingilis qarnizonunun müntəzəm, lakin uzun məsafəli bombardmanını həyata keçirirdilər. İngilislər tezliklə geri qayıdan avanqardı xəbərdar etməyə müvəffəq oldular.[18]

Bu andan iki ay davam edən ingilis düşərgəsinin mühasirəsi başladı. Tibetlilər artıq vəziyyəti hərbi dəstə adı altında diplomatik missiya kimi deyil, müharibə kimi qəbul edirdilər. Bir neçə çinli məmur daimi atəşə məruz qalan ingilislərlə açıq-aşkar münaqişəyə girməməyə çalışırdı. Bir müddət sonra tibetlilər böyük bir top qurdular, britaniyalılar durbinlə onu seyr edirdilər və həyəcan təbili çalaraq, hər ehtimal olunan atəşdən əvvəl sığınacaqda gizlənirdilər. Döyüşlər sonra tibetlilər tərəfində itkilər ağır olsa da, ingilislər də itkilər verirdilər. İngilislər bölgəyə əlavə qüvvələr gətirərək saylarını 4600-a qədər artırdılar.

Tibet döyüşçüsü

İngilislər Qyantse ətrafındakı kəndləri və monastırları təmizləməyə başladılar, oradan silahlı dəstələri vurub çıxardılar. Tibetlilər yavaş-yavaş qüvvələrini cəmləşdirərək əsgərlərin sayını 16.000-ə çatdırdılar. İyunun 28-də şiddətli yağışda ingilislər Qyantsedən beş mil məsafədə yerləşən Tseçen monastırını ələ keçirdilər.[19] Bu monastır 1200 tibet əsgəri tərəfindən qorunurdu. Onlar ağır itkilərə məruz qaldılar.[20]

Tibetlilər atəşkəs xaiş etdilər. 30 iyun atəşkəs günü idi və iyulun 2-də sülh nümayəndə heyəti danışıqlar aparmaq üçün ingilislərin düşərgəsinə gəldi. Vasitəçi Dalay Lama ilə yazışmalarda olan və hər iki tərəfin mövqelərini müqayisə edə bilən Tonqsa-penlop (Butanın gələcək kralı Uqyen Vanqçuk) idi. Tibet tərəfdən dörd nazir danışıqlar aparırdı, baş nazir Lhasadan gəlirdi. İngilislər nümayəndə heyətinin qərar qəbul etmək səlahiyyətinin olmadığını başa düşdülər və Dzongun qısa müddətdə boşaldılması tələbini irəli sürdülər. Tibetlilər, Tonqsa Penlopun məsləhətinə baxmayaraq, ingilis dəstəsini sayca kiçik hesab etdilər və Dzongu gücləndirmək və divarların qalınlığına güvənmək qərarına gəldilər.[21]

İyulun 7-də ingilislər Dzonqa hücuma başladılar. Qala divarlarının nəzərdə tutulduğundan daha möhkəm olduğu ortaya çıxdı və istehkam gözlənildiyindən də çox çətinliklə alındı. Tibetlilərin özlərini cəsarətlə müdafiə etdikləri şiddətli döyüşə baxmayaraq, general Makdonaldın əməliyyatı diqqətlə planlaşdırması nəticəsində ingilislər az itki verdilər.[22]

Döyüşdən sonra sakinlər Şiqatseyə doğru dəyərli hər şeyi götürərək şəhəri tərk etməyə başladılar, monastırlar da boşaldıldı. İngilislər talanların qarşısını almağa çalışırdılar.

Potala sarayı XX əsrin əvvəllərində.

Sonra dəstə hücumu bərpa edərək döyüşə-döyüşə şimala doğru irəlilədi. Düşünülmüş planın köməyi ilə alınan Karola aşırımında ciddi döyüş baş verdi. Təxminən 300 tibetli öldü, çoxu döyüş meydanından qaçaraq qarlı aşırımlarda gizləndi. Bu döyüşdən sonra praktiki olaraq ciddi toqquşmalar olmadı.

İyulun 31-də dəstə bərələrlə Brahmaputra çayını keçdi və avqustun 3-də şəhərin şimalında düşərgə quraraq Lhasa yaxınlaşdı. XIII Dalay Lama Monqolustana qaçdı, ona görə də Yanqzband Mancur müvəkilli (amban) ilə danışıqlara başladı. Tibetli nazirlər qoşunlardan Lhasa girməməyi xahiş edirdilər. Avqustun 4-də ingilis komandanlığını öz iqamətgahına dəvət edən Mancur müvəkillinin köməyi ilə diplomatik çıxılmaz vəziyyət həll edildi. İngilis zabitləri kiçik bir dəstənin və fəxri çinli məmurlarının müşayiəti ilə şəhəri keçərək ambanın sarayına doğru irəlilədilər. Müqavilənin bağlanmasına hazırlaşmaq təxminən bir ay çəkdi. Dalay Lamanın yoxluğunda Ti-Rimpoche (regent və baş nazir) ilə danışıqlar aparıldı. Mançuriya ambanının tələbi ilə yüksək rütbəli zabitlərə (silahsız) Lhasanın ən böyük saraylarını və məbədlərini, o cümlədən Jokhanq və Potala ziyarətinə icazə verildi.

Ambanın köməyi və Tonqsa Penlopun vasitəçiliyi ilə Britaniya missiyası Tibet hakimiyyətini 7 sentyabr 1904-cü ildə sülh müqaviləsi imzalamağa razı sala bildi.[23]

1904-cü il Lhasa müqaviləsi

[redaktə | mənbəni redaktə et]
Frensis Yanqhazband Tibetdəki Mancur müvəkili (Amban) ilə

Sentyabrın 7-də bağlanmış müqavilənin mahiyyəti belə idi:

  • Tibetlilər Sikkim və Tibet arasındakı sərhəddə dair 1890-cı il İngiltərə-Çin müqaviləsini tanıyırdılar.
  • Tibetlilər 1893-cü il İngiltərə-Çin müqaviləsinin şərtlərini yerinə yetirməyə söz verdilər; Hind-Tibet ticarətinin azadlığı təmin edildi. Böyük Britaniya Yatunq, Qartok və Qyantse şəhərlərində rüsumsuz ticarət aparmaq hüququ aldı.
  • Böyük Britaniyanın razılığı olmadan Tibetin yüksək vəzifəli şəxsləri digər dövlətlərin nümayəndələrini Tibetə qəbul etməməli idilər.
  • Tibet 75 il ərzində 7,5 milyon rupi təzminat ödədi.
  • Bu ödənişi təmin etmək üçün ingilislər müvəqqəti olaraq Çumbi vadisini işğal etdilər.[24]

Britaniya təcavüzü faktı Tibet kimliyi və Tibet dövlətinin sonrakı siyasi mövcudluğu üçün mənfi nəticələr verdi. İngilislərin təcavüzü ingilis və ruslardan qorxan Tzin imperiyasının aktivləşməsinə səbəb oldu. Bölgəyə nəzarət etdikləri təəssüratı yaratmaq üçün 1906-cı ildə İngilislər Tibetə daha bir (dinc) missiya təşkil etdilər. 1907-ci ildə Rusiya və Böyük Britaniyanın Tibetlə münasibətləri İngiltərə-Rusiya müqaviləsi ilə tənzimləndi və bu müqaviləyə əsasən hər iki tərəf Tzin imperiyasının Tibet üzərində hökmranlığını tanıdı.[25][26][27] Bu, Çinin Tibet üzərində hökmranlıq iddiasını daha da artırdı. Çünki Çin Respublikası Tszin imperiyasının bütün mirasına sahib çıxmağı qarşısına məqsəd qoymuşdu.[28][29]

1910-cu ildə Tibet Tszin imperiyasının qoşunları tərəfindən işğal edildi. Bu, Dalay Lamanın ingilislərin himayəsi altında Hindistana qaçmasına səbəb oldu. Tszin qoşunları 1913-cü ildə Tszin imperiyasında baş verən Sinxay inqilabı hadisələrilə əlaqədar bölgəni tərk etmək məcburiyyətində qaldı və XIII Dalay Lama Tibetin müstəqilliyini elan etdi.

İkinci Dünya müharibəsindən sonra SSRİ-nin güclənməsindən və Böyük Britaniyanın Hindistandan çıxarılmasından istifadə edərək, Çin hakimiyyəti Sovet İttifaqının verdiyi hərbi-texniki və siyasi dəstək sayəsində Tibetin müstəqilliyinin aradan qaldırılması üçün ardıcıl addımlar atdı. ÇXR-də Tibetin 1950-1951-ci illərdə silahlı işğalı, "Beynəlxalq imperializmdən qurtuluş" mənasını verən "Tibetin sülh yolu ilə azad edilməsi" adlandırılır.[30]

  1. Allen, Duel in the Snows, (2015). səh. 299
  2. Lamb, Tibet, China & India, (1989). səh. 1–2
  3. 1 2 International Commission of Jurists, (1959). səh. 77
  4. International Commission of Jurists, (1959). səh. 78
  5. Mehra, Britain and Tibet, (2016). səh. 277
  6. Allen, Duel in the Snows, (2015). səh. 2
  7. Powers & Holzinger, History as Propaganda, (2004). səh. 80
  8. 1 2 French, Patrick (1994) Younghusband: the Last Great Imperial Adventurer. London: HarperCollins. ISBN 0-00-637601-0
  9. Allen, Duel in the Snows, (2015). səh. 111–120
  10. L. Austine Waddell. Lhasa and its Mysteries
  11. Powers & Holzinger, History as Propaganda, (2004). səh. 80
  12. Allen, Duel in the Snows, (2015). səh. 120
  13. Allen, Duel in the Snows, (2015). səh. 221
  14. Allen, Duel in the Snows, (2015). səh. 176
  15. Allen, Duel in the Snows, (2015). səh. 137
  16. Allen, Duel in the Snows, (2015). səh. 156
  17. Plarr, V. (1938). Plarr's Lives of the Fellows of the Royal College of Surgeons of England. Vol. 3, p. 815. Royal College of Surgeons, London.
  18. Allen, Duel in the Snows, (2015). səh. 157–159
  19. Allen, Duel in the Snows, (2015). səh. 209
  20. Carrington, Michael (2003) "Officers, Gentlemen and Thieves: the looting of monasteries during the 1903/4 Younghusband Mission to Tibet", in: en:Modern Asian Studies; 37, 1 (2003), pp. 81–109
  21. Allen, Duel in the Snows, (2015). səh. 201
  22. Allen, Duel in the Snows, (2015). səh. 225–226
  23. Allen, Duel in the Snows, (2015). səh. 284
  24. Allen, Duel in the Snows, (2015). səh. 278
  25. "Convention Between Great Britain and China Respecting Tibet (1906)". 12 September 2009 tarixində orijinalından arxivləşdirilib.
  26. Bell, Tibet Past and Present, (1924). səh. 288
  27. Powers & Holzinger, History as Propaganda, (2004). səh. 82–83
  28. "Anglo-Chinese Convention". 12 September 2009 tarixində orijinalından arxivləşdirilib.
  29. East India (Tibet): Papers Relating to Tibet [and Further Papers ..., Issues 2–4,p. 143
  30. Allen, Duel in the Snows, (2015). səh. 311

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]