Monqol səhra qarquşu (lat. Bucanetes mongolicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinin səhra qarquşu cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.
Monqol səhra qarquşu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Klad: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Monqol səhra qarquşu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Kiçik, uzunquyruqlu quşdur. Böyük, qısa başı və qalın boz-sarı dimdiyi vardır. Erkəklərin "qaşı" və alt hissələri (sinəsi və böyürləri) çəhrayı xallarla örtülüdür. Qanadlarında ağ və çəhrayı rənglərdə geniş zolaqlar var.
Dünyada böyük bir yayılma arealına malikdir. Türkiyənin şərqindən Qafqaza, eləcə də Orta Asiyadan Çinə qədər; Monqolustanı və Cənubi Kəşmiri əhatə edən ərazidə rast gəlinir. Naxçıvan Muxtar Respublikasında 1915-ci ildə yazda Bulqan, 1960-1970-ci illərdə Aza (Culfa rayonu) kəndləri ətrafında, müasir dövrdə Culfa rayonunun "Noxuddağ" və "Gendərə" ərazilərində qeydə alınmışdır.
Quraq dağlıq sahələrdə (1000-4000 m), yarıquraq bölgələrdə, qayalıq yamaclarda yuvalayır. Oturaq növdür.
Avropada ehtimal olunan sayı 520 cütdən çoxdur (Türkiyə, Ermənistan, Azərbaycan). Azərbaycanda yalnız Naxçıvan Muxtar Respublikasında Culfa rayonunun "Noxuddağ" ərazisində 2010-cu ildə müşahidə olunmuşdur. Sayı hər 5 km2-də 0-1 fərddən çox olmur. Ərazidə ümumi sayı 10-15 cütdən çox deyildir.
Davamsız otarma nəticəsində birki toxumlarının azalması və qayalıqların deqradasiyası.
Ərazinin Ordubad yasaqlığının tərkibinə daxil edilməsi müəyyən qədər faydalı olmuşdur.
Otarmanın məhdudlaşdırılması növün qorunmasına kömək edər.