Burun tutulması — burun keçidlərinin tıxanması nəticəsində yaranan vəziyyət. Ümumi səbəb qan damarlarınıniltihabı nəticəsində burun boşluğunu əhatə edən membranların şişməsi.[1]
Əgər həddindən artıq selik boğazın arxasına axırsa (bu, postnazal sindrom və ya postnazal damcı sindromu adlanır), öskürək və ya boğaz ağrısı baş verə bilər. Bəzi araşdırmalar kifozuninsanda inkişaf etməsini burun tutulması ilə əlaqələndirir.[2]
Təxminən 85% hallarda burun tutulması burundan deyil, ağızdannəfəs alma ilə nəticələnir.[3]
Burun tutulması müxtəlif səbəblərdən yarana bilər. Vəziyyət yüngül narahatlıqdan həyatı təhlükəyə qədər dəyişə bilər.
Burun tutulması eşitmə və danışığa mane ola bilər. Əhəmiyyətli burun tutulması yuxuya mane olur, xoruldamağa səbəb ola bilər və yuxu apnesi və yuxarı tənəffüs yollarının müqavimət sindromu ilə əlaqələndirilə bilər.[4]
Yeni doğulmuş körpə burnundan nəfəs almağa üstünlük verir.[5]. Uşaqlarda genişlənmiş adenoidlərdən yaranan burun tutulması oksigen səviyyəsinin çatışmamazlığı hipoksiya ilə xroniki yuxu apnesinə səbəb olur. Problem adətən adenoidləri və badamcıqları çıxarmaq üçün əməliyyatdan sonra həll olunur, lakin xroniki burun tutulması səbəbiylə üz-kəllə dəyişiklikləri səbəbindən problem daha sonra təkrarlana bilər.[6]
↑Pacheco-Galván A, Hart SP, Morice AH. "Relationship between gastro-oesophageal reflux and airway diseases: the airway reflux paradigm". Archivos de Bronconeumologia. 47 (4). April 2011: 195–203. doi:10.1016/j.arbres.2011.02.001. PMID21459504.