Pərviz Quliyev

Pərviz Əsəd oğlu Quliyev (19 yanvar 1942, Bakı, SSRİ) — Azərbaycan əməkdar incəsənət xadimi. Kino rəssamı. Fotoqraf-rəssam.

Pərviz Quliyev
Pərviz Əsəd oğlu Quliyev
Doğum tarixi 19 yanvar 1942(1942-01-19) (82 yaş)
Doğum yeri
Fəaliyyəti fotoqraf
Üzvlüyü
Mükafatları "Əmək veteranı" medalı
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi

Pərviz Quliyev 19 yanvar 1942-ci ildə Bakıda anadan olub. 1961-ci ildən "Azərbaycanfilm" kinostudiyasında laborant, az sonra fotorəssam, usta-fotoqraf kimi çalışıb, 1967-ci ildən foto sexin müdiri vəzifəsində çalışır. Ömrünün 50 ilini kinonun inkişafına sərf edib. 50 il ərzində tanınmış rejissorlarla 40-a yaxın filmin çəklişində iştirak edib. Şəxsi təşəbbüsü ilə kinostudiyada çəkilən fotoşəkillərin və neqativlərin arxivini yaradıb.

Dəfələrlə SSRİ-nin müxtəlif yerlərində keçirilən Azərbaycanın mədəniyyət günlərində fotostendlərin təşkili ilə məşğul olub.

"Mükafatları"

[redaktə | mənbəni redaktə et]
  • 1977-ci ildə kino sahəsində yaxşı işinə görə Pərviz Quliyev SSRİ Nazirlər Kabineti nəzdində Dövlət Kinematoqrafiya Komitəsinin fəxri fərmanı ilə təltif olunub.[1]
  • 1980 – "Kinematoqrafiya əlaçısı" və SSRİ Kinematoqraflar Birliyinin üzvü olub.
  • 1989-cu ildə "Əmək Veteranı" olub.
  • 2008-ci ildə "Əməkdar Mədəniyyət İşçisi" fəxri adı ilə təltif olunub.
  1. Birisigün, gecəyarısı... (film, 1981)
  2. Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-fotoqraf-rəssam
  3. Ata (film, 1988)
  4. Fəryad (film, 1993)
  5. Hər şey yaxşılığa doğru (film, 1997)
  6. Ləqəbi "İKA"dır
  7. Buta (film, 2011)
  8. Tərsinə çevrilən dünya (film, 2011)
  9. Sübhün səfiri (film, 2012)
  1. "Arxivlənmiş surət". 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.