Qızılquyruq sar (lat. Buteo jamaicensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü.
Qızılquyruq sar | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qızılquyruq sar |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qərbi Alyaskadan, Şimali Kanadaya, cənubda Panamaya və Kariblərə qədər Şimali Amerikanın bir çox bölgəsində törəyər, bu bölgədə ən məşhur olan Buteo növlərindən biridir. Qızıl quyruqlu şahin yaşadığı bölgədə bütün mühitə uyğunlaşa bilir. Görünüşləri və yaşadıqları yerlər ilə bir-birindən ayrılan 14 alt növü qəbul edilmişdir. Boyları 45-50 sm, qanad açıqlıqları 110-145sm və ağırlıqları 690-1600 qr arasında dəyişir. Bu ölçüləri ilə Şimali Amerikada yaşayan Buteo cinsi quşların ən böyük növlərindən biridir. Dişi növləri erkək növlərindən daha böyükdür.
Bəzən ayrı növ olaraq qəbul edilən Harlan şahini aşağıda taksonomiya bölməsində göstərilmişdir.
Qızıl quyruqlu şahinlər otlaqlar, meşələr,çöllər və bir çox bölgələr daxil olmaqla bir çox yerlərdə və yüksəklilkərdə yaşaya bilərlər. Arktikanın sıx meşələri xaricində, Şimali Amerikanın hər yerində mövcuddurlar. Kanada, Meksika və ABŞ-da qanuni olaraq qoruma altına alınmışdır.
Qızıl quyruqlu şahin Amerika mədəniyyətində vacib bir yerə sahibdir. Tükləri bəzi qəbilələr tərəfindən müqəddəs sayılır və dini mərasimlərdə istifadə edilir.
Erkək quşlar 45-65 sm boyunda və 690-1300 qram ağırlığında ola bilərkən, dişilər 48–65 sm boyunda, 900-2000 qram ağırlığında olurlar.Bir çox yırıtcı quş növlərində olduğu kimi erkək və dişiləri arasında fərqliliklər vardır, erkəklər dişilərdən 25% daha böyükdür.
Qızıl quyruqlu şahinlərin tükləri növlərinə və olduqları bölgələrə görə fərqlilik göstərirlər. Bu fərqlilik tük tökmə ilə əlaqəli deyildir, polimorfizmə bağlıdır. Şimali Amerikanın qərbində olan B.J. calurus növü ən çox dəyişkənlik göstərən növüdür. Üç fərqli rəng tipi vardır; açıq, tünd və pas rəngi. Tünd və pas rəngində olan növləri populyasiyanın 15-20% ni təşkil edir.
Rəng tonları, izləri fərqli olsa da, ümumilikdə eynidir. Qarınaltı tükləri kürək tüklərindən daha açıq rəngdədir. Qarın hissəsində olan qəhvərəngində bant bütün rəng tiplərində mövcuddur. Dimdikləri, yırtıcı quşlarda olduğu kimi çəngəl şəklindədir və tünd rənglidir. Dimdiyin dibi və ayaqlari sarı rənglidir. Yetişkin olmayan quşlar, yaxın məsafədən sarı rəngli irisləriylə seçilir. Quşlar 3-4 ile yetişkin olmağa başlayarkən, iris tündləşər və qızılı qəhvərəngi bir tona çevrilər.
Qızıl quyruqlu şahin sağlam görünüşlü, geniş qanadlı və orta boylarda, gündüz yırtıcı quşlardan ibarət olan Buteo cinsinin bir növüdür. Bu cinsə aid olan quşlar şahin olaraq bilinir. Görünüşləri və yaşadıqları yerlər ilə bir birindən ayrılan 14 alt qrupu vardır.
Qızıl quyruqlu şahin Amerika qitəsində ən çox yayılmış şahin növlərindən biridir. Şimalda Alyaskanın ortası, Flordia, Karibdə çoxalarlar. Seçdiyi yaşam məkanları yüksək qayalıqlar, ya da yüksək qayalıqlar olan yerlərdir. Arktikanın üst bölgələri və sıx meşələrin xaricində şimali Amerikanın hər yerində mövcuddurlar. Ağac olmayan ara hissələrdə uzun telefon , elektrik dirəkləri olan yolların hazırlanması ovlanmaq üçün məkanlar hazırlamışdır. Qızıl quyruqlu şahinlər şəhərlərdədə yaşamaqdadır.
Qızıl quyruqlu şahin mümkün olduğu qədər enerjisini qorumaq üçün v şəklində açdığı qanadları ilə havada süzülür. Küləyə qarşı qanad çırparaq müəyyən bir nöqtədə dura bilər. Süzülərkən və yaxud qanad çırparkən 32–64 km/s sürətlə uçar.
Qızıl quyruqlu şahin fürsətçidir. Əsas qidası kiçik məməlilərdir, lakin quşları və sürünənləridə yeyə bilər. Ovları mövsümə və bölgəyə görə dəyişər. Ən çox ovladıqları heyvanlar arasında siçan, tarla siçanı , sincab yer alır. Bunların xaricində az da olsa, yarasalar, ilanlar, balıqlar və böcəklər də ovladıqları heyvanlar arasındadır. Əsarət altında olan qızıl quşlar gün ərzində 135 qram qida qəbul edər. Qızıl quyruqlu şahin quşları havada tutar, alçaqdan uçaraq yerdə olan heyvanları təqib edərək ovlayar.
Qızıl quyruqlu şahin cinsi yetişkənliyə iki yaşında çatar. Cütlərdən biri ölənə qədər tək əks cinslə cütləşər. Eyni yuva cütlük tərəfindən illərlə qoruna bilər. Cütləşmə zamanı erkək və dişi şahinlər bir birinin ətrafında çığlıqlar ataraq uçuşarlar. Erkək havada akrobatik hərəkətlər edib, yerə enib təkrar yüksələr. Bu hərəkətləri bir müddət sərgilədikdən sonra qısa müddətlik erkək dişinin pəncələrini öz pəncələri ilə tutar. Bundan sonra cütləşərlər. Araşdırmalara görə mart və aprel ayında daha çox yumurta yumurtlayarlar. Yumurtlama iki gündə bir yumurta şəklində olar. Yumurtalar çox vaxt 60x47 mm ölçülərindədir. 28-35 gün sonra 2-4 günlük vaxt içərisində yumurtalar çatlamağa başlayar və bala yumurtadan çıxan kimi bəslənmək məcburiyyətindədilər. Qidanı həm balaya , həm də dişiyə erkək quş gətirir. Dişi quş qidanı kiçik hissələrə ayıraraq balasını bəsləyər. 42-46 gün sonra bala şahinlər kiçik uçuşlar edərək yuvadan ayrılarlar. 10 həftə içərisində balalar ovlamağı və uçmağı öyrənər.