Butrinti (lat. Buthrotum) — Albaniyanın cənubunda qədim şəhər.[1]
Butrinti | |
---|---|
Butrint | |
39°44′45″ şm. e. 20°01′13″ ş. u.HGYO | |
Yer | Albaniya |
Tip | Yaşayış məntəqəsi |
Tarix | |
Era | Qədim dövr və orta əsrlər |
Yer qeydləri | |
İctimai giriş | bəli |
Rəsmi adı: Butrint | |
Təyin edilib | 1992 (16-cı sessiya) |
İstinad nöm. | 570 |
Genişləndirilməsi | 1999 |
Təhlükədə | 1997–2005 |
Rəsmi adı: Butrint | |
Təyin edilib | 28 mart 2003 |
İstinad nöm. | 1290 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Əsasını e.ə. 7-ci əsrin sonu – 6 əsrin əvvəllərində illiriyalıların şəhər yerində Kerkiradan gəlmələr qoymuşlar. E.ə. 168-ci ildə romalılar tərəfindən tutulmuşdur. 15-ci əsrdə sakinləri tərəfindən tərk edilmişdir. Butrintidə arxeoloji qazıntılar 1927-ci ildən başlamışdır. Antik dövrdən akropolun (e.ə. 7–4-cü əsrlər), Şir və Skey qapılı şimal istehkamlarının (e.ə. 5–4 əsrlər), şəhərin şəhər hissəsinin (e.ə. 3 əsr) divarları; teatrı olan ticarət meydanı (e.ə. 3-cü əsrin sonu, kərpic skenaeramızın 2-ci əsri), Yuniya Rufina bulağı (e.ə. 4-cü əsr – eramızın 1-ci əsri, divar naxışlarının qalıqları), həmçinin portikin, pritaneyin, stoyanın, antlı (çıxıntılı) məbədin (mozaikalı döşəmə) və Minerva məbədinin (hamısı e.ə. 3-cü əsr), Eskulap məbədinin, nimfeyin, bir neçə termin, gimnasinin, (həndəsi ornamentli mozaikalar), peristili olan evin (hamısı eramızın 1–2-ci əsrləri), akvedukun (təqr. e.ə. 10 il), üçləçək planlı sarayın (eramızın 4-cü əsri, döşəmə mozaikaları) və Aşağı şəhərdə bir çox digər yaşayış və ictimai binaların xarabalıqları saxlanılmışdır. Baptisteri (6 əsr; 4 əsr termləri əsasında), T-şəkilli planı olan Məryəm ana bazilikası (6 əsr; rekonstruksiyası 9–10 və 13-cü əsrlər), 13–14-cü əsrlərə aid bir neçə kilsənin xarabalıqları, Venesiya qalası (15əsrin ortaları) orta əsr abidələrindəndir. Akropolda 3 nefli bazilikanın özülü (6 əsr) və qala (13–15 əsrlər, 19 əsrin əvvəli; Arxeologiya muzeyi, antik heykəl təraşlıq kolleksiyası) saxlanılmışdır. Arxeoloji qoruq olan Butrinti Ümumdünya irsi siyahısına salınmışdır.[1]