Buxus colchica

Kolxida şümşadı (lat. Buxus colchica) — şümşadkimilər fəsiləsinin şümşad cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Qlobal IUCN Statusu: NT[1][2]

Kolxida şümşadı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Kolxida şümşadı Gürcüstan, Rusiya, AzərbaycanTürkiyə üçün endemikdir. Azərbaycanda Böyük Qafqazın qərb (Zaqatala rayonunun Tala kəndi) və şərq hissələrində (Qəbələ rayonunun Vəndam kəndi) yayılmışdır.[3][4]

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Həmişəyaşıl koldur, bəzən isə 10–12 m (180 m-ə qədər) boya malik ağacdır. Zoğları yaşıl və dördkünclüdür. Yarpaqları adətən ellipsivari olub, 10–30 mm uzunluğunda, 5–18 mm enində, dərivari, estdən tend yaşıl, parlaq, saplağı qısa və tükcüklüdür, qaidəsi pazvari və ya dairəvi, ucu oyuqludur. Çiçək qrupu oturandır. Meyvəsi dərili, yumurtavari-kürəvi qutucuqdur. Toxumları uzunsov-ellipsi formalı, qara, parıldayandır.[2][5]

Mart-aprel aylarında çiçəkləyir. Meyvələri iyul-avqust aylarında yetişir. Tozlanması entomofildir. Mezofanerofitdir. Toxumla və vegetativ yolla çoxalır. Rütubətli meşə dərələrində bitir. Sahəsi iri olmayan kolluqlar əmələ gətirir. Kölgəsevən, rütubətə tələbkar bitkidir, münbit torpaqlarda yaxşı böyüyür. Dekorativ bitkidir. Həmişəyaşıl, quraqlığa nisbətən davamlı olub, tək-tək və ya qrupla əkilmək üçün, həmçinin canlı çəpər və bordür salmaq üçün yararlıdır. Bütün hissəsi zəhərlidir. Balverəndir. Oduncağı bərk olub, ağırdır, yaxşı cilalanır, yüksək texniki xüsusiyyətə malikdir.[5][3] Populyasiyanın ehtiyatı məhduddur.[1][2] Bunun əsas səbəbi budaqlarının buket üçün kəsilməsi, meşələrin qırılması və seyrədilməsi nəticəsində bitmə şəraitinin dəyişilməsidir.[1][2]

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Zaqatala, Qəbələ rayonları ərazilərində (Vəndam-Tala kəndləri) rast gəlinir. Azərbaycanın nadir, relikt bitkisidir.[2] Zaqatala Dövlət Təbiət Qoruğunda mühafizə olunur.[1][2]

Tibbi məqsədlə və ətriyyat sənayəsində istifadə olunur.[mənbə göstərin]

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Azərbaycan Respublikasının Qırmızı kitabı Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
  2. 1 2 3 4 5 6 "Arxivlənmiş surət". 2021-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-22.
  3. 1 2 Azərbaycan SSR-in Qırmızı kitabı; 1989
  4. Səfərov İ. S., Əsədov K. S., 1984
  5. 1 2 Azərbaycanın ağac və kolları, 1970