Cüneyt Özdəmir

Cüneyt Özdəmir (türk. Cüneyt Özdəmir; 8 fevral 1970, Ankara) — Türkiyəli jurnalist, televiziya və sənədli film istehsalçısı, yazar, TV aparıcısı.[1]

Cüneyt Özdəmir
Doğum tarixi 8 fevral 1970(1970-02-08) (54 yaş)
Doğum yeri
Uşağı Mavi Özdəmir
Milliyyəti Türk
İxtisası Televiziya aparıcısı, Jurnalist, Yazar, Prodüser
Təhsili Ankara Universiteti Rabitə fakültəsi, Radio, Televiziya və Kino ixtisası
Fəaliyyəti Sənədli filmlər, TV proqramları, Serial, Kitablar
Fəaliyyət illəri 1991 - davam edir
Tanınır Jurnalist, Youtuber
Mükafatları Türkiyə Jurnalistlər Cəmiyyəti "Ən yaxşı TV jurnalisti"
cuneytozdemir.com.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cüneyt Özdəmir, 8 fevral 1970-ci ildə Ankarada anadan olmuşdur. İki bacısı var. İbtidai və orta təhsilini Yüksəliş Kollecində tamamlayan Cüneyt Özdəmir, tam orta təhsilini(10–11-ci sinif) isə Ankara Atatürk Liseyində tamamlamışdır. Ankara Universiteti, Rabitə fakültəsinin Radio, Televiziya və Kino bölümünün məzunudur. 1993-cü ildə British Council Təqaüd Proqramı alaraq Londonda multimedia təhsili aldı.

Cüneyt Özdəmir, 2016-cı ilin aprel ayında ilk evliliyini etmişdir. Həyat yoldaşı reklamcı Ayşə Bali olmuşdur. Daha sonra boşanan jurnalist, 3 fevral 2011 tarixində rejissor Türkər İnanoğlu və aktrisa Gülşən Bubikoğlunun qızı olan Zeynəb İnanoğlu ilə Paris Səfirliyində evləndi.[2] 2012-ci ilin aprel tarixində Əli Mavi adında bir oğlu dünyaya gəlmişdir. Cüneyt Özdəmir, Google Türkiyə Məhsulları Marketinq Müdiri olan həyat yoldaşı Zeynəb İnanoğlunun işi səbəbindən bir müddət Londonda yaşamışdır. Hal-hazırda Amerikaİstanbulda yaşayır.

1990-cı ildən müxtəlif media orqanlarında işləməyə başladı. Günümüzdə də CNN Türk telekanalında 5N1K proqramı üçün müxtəlif proqramlar hazırlayır.

32-ci Gün Xəbər Proqramı

[redaktə | mənbəni redaktə et]

1992-də müxbir olaraq işə başladığı, "32-ci Gün" xəbər proqramı]nda 8 il müddətində baş redaktor daxil olmaqla bir çox vəzifələrdə fəaliyyətini davam etdirdi. 1993-cü ildə Londonda təhsil gördüyü müddətdə ATV telekanalının əsəs xəbərlər buraxılışı içində "Cüneytin Lupası" başlığı altında süjetlər hazırladı.[3] 1 il müddətində Əli Kırcanın aparıcısı olduğu "Siyasət Meydanı" adlı proqramın rejissorluğunu icra etdi. Daha sonra yenidən 32-ci Gün xəbər proqramı]na geri döndü. 1996-cı ildən fəaliyyətini genişləndirərək müharibə bölgələrində müxbirlik etməyə başladı. Livan-İsrail cəbhə xəttindən, İraqdanƏfqanıstandan müxtəlif xəbərlər və proqramlar hazırladı.[4] 2003-cü ildə İraq işğalını müxbir olaraq izlədi.[5]

1999-cu ildə CNN beynəlxalq kanalının Türkiyə şöbəsi olan CNN Türkün qurucularından biri olan Cüneyt Özdəmir, hal-hazırda da bu kanalda fəaliyyətini davam etdirir.

  • 2000-ci ildə adını jurnalistliyin 6 əsas sualları olan Nə(ne), Nə zaman(Ne zaman), Harada(Nerede), Nə üçün(Neden), Necə(Nasıl), Kim(Kim) alank 5N1K] proqramını layihələşdirdi. 19 ildir ki, 5N1K proqramının redaktorluğu və aparıcılığı kimi müxətlif vəzifələrini icra edir. Fəaliyyət göstərdiyi illərdə CNN Türk ekranlarında beynəlxalq müharibələr, siyasi münasibətlər, olimpiadalar, moda həftələri, Türk Diplomatiyası və s. mövzularda xəbərlər hazırladı. İllər boyunca Cüneyt bəy, İraq, Əfqanıstan, Pakistan, Fələstinİsraildə münaqişə ocaqlarından xüsusi reportajlar hazırladı. Onun ən yadda qalan fəaliyyətləri isə aşağıdakı kimidir:
  • 2004-cü ildə Yay Olimpiya Oyunlarınından izləmək və xəbər hazırlamaq üçün Afinaya getdi.
  • 2006-cı ildə Quantanamo Körfəzini ziyarət etdi. Kubada müvəqqəti saxlama kamplarına getdi və oradan reportajlar yayımladı.
  • 2007-ci ildə Stokholmda Nobel mükafatı mərasimini izlədi. 2007-ci ildə qurucusu olduğu 5N1K proqramının 300-cü buraxılışı efirə getdi.
  • 2008-ci ildə Latın Amerikasına getdi və oradakı hadisələr barədə xəbər bülletenləri hazırladı.
  • 2011-ci ildə Liviyada baş verən inqilab proseslərini izləmək üçün Tripoliyə getdi. Orada Liviyanın öldürülən prezidenti Muəmmər Qəddafinin oğlu Seyful İslam Muəmmər Qəddafi ilə reportaj hazırladı. Bundan başqa Cüneyt Özdemirin Rəcəb Tayyib Ərdoğan, Kristian Amanpur, Orxan Pamuk, Zaha Hadid və s. digər müxtəlif məşhur şəxslərlə də hazırladığı reportajlar vardır.
  • 2016-cı ildə 15 İyul hərbi çevrilişindən bəhs edən "Bir millət müqavimət göstərir" kitabını və Nyu-York müşahidələrini yazdığı "Susqunluq dağının zirvəsində" kitabını yayımaldı. CNN Türk kanalının Nyu-York təmsilciliyini qəbul etdi və Nyu-Yorkda qaldı.
  • 2017-ci ildə Rza Zərrab məhkəməsini ilk gündən etibarən Amerikada məhkəmə salonundan izlədi və hər məhkəmə prosesindən sonra canlı yayımlar etdi. Cüneyt Özdəmir Nyu-Yorkda izlədiyi və xəbər hazırladığı bu məhkəmə prosesinə görə Türkiyə Jurnalistlər Cəmiyyətinin "ən yaxşı televiziya xəbər aparıcısı" mükafatına layiq görüldü.[6]
  • 2018-ci ildə "Günəbaxan: Yay günəşində qurudulmuş sözlər" adında kitabını yayımladı
  • 2019-cu ilin əvvəlində Venesueladakı daxili siyasi qarışıqlığı və hərbi çevriliş cəhdini izləmək və xəbər hazırlamaq üçün Karakasa getdi. Burada Venesuela prezidenti Nikolas Maduro ilə reportaj hazırladı. O, bu reportaj ilə hərbi çevriliş cəhdindən sonra Nikolas Maduro ilə görüşən ilk müxbir oldu.[7]

28 oktyabr 2014 tarixində Özdəmir, Kanal D telekanaklında işləmək üçün CNN Türkdən ayrılacağını açıqladı və Kanal D-nin xəbər bülleteninin aparıcısı olacağını bildirdi. 3 noyabr 2014-də ilk yayımını etdi. Bir müddət burada fəaliyyətini davam etdirdikdən sonra 7 avqust 2015-ci ildə kanaldan ayrıldı və CNN Türkə geri döndü.

Radikal qəzeti

[redaktə | mənbəni redaktə et]

Özdəmir, 2011–2014 tarixlərində Radikal Qəzaetində yazar kimi fəaliyyət göstərmişdir. Həftənin 5 günü qəzet üçün məqalələr yazan Cüneyt ÖZdəmir, burada siyasi, qlobal məsələlərlə yanaşı mədəniyyətlərdəki dəyişmələr, Yaxın ŞərqAvropa ilə bağlı geniş məqalələr hazırladı.

2007-ci ildə Sonər Yalçınla birlikdə Odatv İnternet xəbər saytını qurdu. Lakin bir müddət sonra buradan ayrıldı və 2008-ci ildə Dipnot TV adlı şirkətini açdı. Cüneyt Özdəmirin qurucusu olduğu DİPNOT TV şirkəti televiziya şouları və sənədli filmlər çəkməyə davam edir. Bununla yanaşı şirkət, internet və televiziya kanalları üçün reklam çarxları və s. hazırlayır. Şirkət, Akbank, Kalebodur, Vodafon, Google, Erikson, Koka-Kola, Efes, Tuborq, Şevrolet kimi məşhur markaların reklam çarxlarını hazırlamış və ya digər ehtiyaclarını ödəmişdir. Dipnot Production Company əlavə olaraq, "Mesajınız var" adlanan Avropa Birliyi layihəsini də əməkdaşlıq etdiyi digər qurumlarla birlikdə həyata keçirmişdir. Cəmiyyətlərin bir-birilərinə olan münasibətlərini və anlayışla qarşılamalarını yaxşılaşdırmaq məqsədini hədəfləyən "Mesajınız Var" layihəsi, 8 qısa film və 1 sənədli film olmaq üzrə geniş məzmuna sahibdir. Şirkət Türkiyədə rəqəmsal media mövzusunda liderlik edən şirkətdir. Bu şirkət daxilində Cüneyt Özdəmir, rəqəmsal jurnal olan Dipnot Tableti Arxivləşdirilib 2019-12-25 at the Wayback Machine 2009-cu ildə nəşr etməyə başladı. Rəqəmsal Jurnal olan Dipnot Tablet Arxivləşdirilib 2019-12-25 at the Wayback Machine, həfətlik yayımları ilə texnologiya, əyləncə və moda başda olmaq üzrə müxtəlif mövzular məqalələr yayımlayır.

Gördüyü işlər

[redaktə | mənbəni redaktə et]

Sənədli filmlər

[redaktə | mənbəni redaktə et]

Qız qülləsi Əfsanəsi

  • Meşin Yuvarlağın Türkiyə macərası]
  • Fetival
  • Maşın sevgisi
  • Hamının atasının danışacaq bir hekayəsi var
  • Pulun macərası
  • Suya vurulan qızıl qandal
  • Oda Sağır Oda (rejissor)
  • Kurtlar Vadisi (qonaq aktyor 60-cı bölüm)

Televiziya proqramları

[redaktə | mənbəni redaktə et]
  • 32-ci gün
  • 5N1K
  • Siyasət Meydanı
  • Soruşuram
  • Fərq yaradanlar
  • Qeyri-adi bir gün
  • Komandirin şübhəli ölümü. "Əşrəf Bitlis hadisəsi"
  • Ruh halı
  • Reytinqsiz söhbətlər
  • Qız qülləsi əfsanəsi
  • Xəyal səsi
  • Onlarla idim, amma onlardan deyildim (İraq işğalı)
  • Flu
  • Cəhənnəm kafesi(Quantanamo)
  • Ah mənim yarım ağlım (şeir)
  • Vacib işlər idarəsi
  • Əyləncəsini itirən ölkə
  • Susqunluq dağının zirvəsində
  • Bir millət müqavimət göstərir: 15 İyul şahidlikləri
  • Günəbaxan: Yay günəşində qurudulmuş sözlər
  1. "Cüneyt Özdemir". Doğan Kitap. 2016-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-01-14.
  2. "Cüneyt Özdemir Paris'te evlendi". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-17. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. "TSK uzay hayallerine el koymuştur!". 25 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-14.
  4. "Cüneyt Özdemir cəbhə". 2019-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-14.
  5. "Türk embedded'leri Irak cephesinde". 2019-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-14.
  6. "Cüneyt Özdemir kimdir?". 2019-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-14.
  7. Cüneyt Özdemir — Tarihe damğa vuran 10 sözü [ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]