Mahmudlu (Qafan)

Mahmudlu (hal-hazırkı adı: Getişen (erm. Գետիշեն), 1949-cü il ad dəyişikliyindən sonrakı adı: Çaykənd) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. 1930-1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi.

Tarixi Zəngəzur mahalı əraziləri
Ermənistan SSR, Qafan rayonu
Ümumi məlumatlar
Ölkə Ermənistan Ermənistan
Bölgə Sünik mərzi
İnzibati mərkəz Qafan
İndiki adı Getişen
Əhalisi 96 nəfər (2001)
Saat qurşağı
Xəritədə yeri
Mahmudlu xəritədə
Mahmudlu
Mahmudlu

Kənd Qafan şəhərindən 29 km şimal-qərbdə, GığıKeypəşin kəndlərinin arasında, Gığı çayının sağ sahilində, dəniz səviyyəsindən 1700 m yüksəklikdə yerləşir.

Kəndin vaxtilə Cəbrayıl rayonunun Mahmudlu kəndinin yaylaq yeri olduğu, sonralar isə qışlağa qayıtmayan ailələrin məskunlaşması nəticəsində yarandığı söylənilir.

Topomorfantın mənası XV-XVII yüzilliklərdə Anadoludan gəlmiş sonradan şiəliyi qəbul edərək Qızılbaşlara qoşulmuş Mahmudlu tayfasının adı ilə bağlıdır.

Kənd 1949-cu ilə kimi Mahmudlu adlansa da, 1949-cu ildən sonra adı dəyişdirilərək Çaykənd edilmiş, buna baxmayaraq yerli sakinlər kəndi elə Mahmudlu olaraq adlandırmışlar.

90-cı illərdə isə kəndin adı erməniləşdirilərək Getişen edilmişdir.

Kənddə 1831-ci ildə 42 nəfər, 1873-cü ildə 301 nəfər, 1886-cı ildə 416 nəfər, 1897-ci ildə 134 nəfər, 1904-cü ildə 596 nəfər, 1914-cü ildə 263 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə erməni silahlı birləşmələrinin hücumuna məruz qalan kənd əhalisi kəndi tərk etməyə məcbur qalmış, Ermənistanda sovet hökuməti qurulandan sonra isə 120 nəfər kənd sakini yenidən geri qayıtmışlar.[1]

Ermənistan SSR dövründə kənddə 1922-ci ildə 126 nəfər, 1926-cı ildə 147 nəfər, 1931-ci ildə 170 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə öz doğma kəndlərindən qovulmuşdur. İndi burada ermənilər yaşayır.

Kəndin toponimləri

[redaktə | mənbəni redaktə et]
  • Qara qaya
  • Lalalı yurd
  • Anzın
  • Xırman yeri
  • Paxlalıq
  • Çay arası
  • Körpü qayası
  • Ağuçuq
  • Kolavat
  • Yumru daş
  • Böyük qaya
  • Vağ dərə
  • Sarı qaya
  • İlan daşı
  • Homalan
  • Yurd yeri
  • Kəl üçən dərəsi
  • Novlu bulaq
  • Dəfin kaha və s.[2]
  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  2. Səməd Qarayev, «Qazangöl həsrəti», Bakı, 2002.