Azərbaycanda teatr muzeyinin — Azərbaycan Respublikasının zəngin və qabaqcıl mədəniyyət ocaqlarından biri. Direktoru Sevinc Mikayılovadır. Muzeydə 140 mindən çox əşya toplanmışdır. Muzey Mərkəzində yerləşir.
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi | |
---|---|
Əsası qoyulub | 1934 |
Açılış tarixi | 24 noyabr 1934 |
Mövzu | Teatr |
Ölkə | |
Yerləşir | Azərbaycan, Bakı Nefçilər prospekti 49 "Muzey Mərkəzi" |
Kolleksiyası | 140 min [1] |
Direktor | Sevinc Mikayılova |
Muzeyə yetişmək | M 1 Sahil metrostansiyası |
40°22′10″ şm. e. 49°50′32″ ş. u.HGYO | |
teatrmuzeyi.musigi-dunyasi.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeyin təşkili 1934-cü ilə təsadüf edir. Muzeyin yaradıcısı teatr tariximizin öyrənilməsində və təbliğində böyük əmək sərf etmiş Ağakərim Şərifov olmuşdur.[2] 1934-cü ildə teatr işçilərinin respublika müşavirəsində belə bir muzeyin yaradılması barədə məsələ qaldırılmış və elə həmin ildə Azərbaycan Dövlət Dram Teatrının binasında belə bir muzey təşkil olunmuşdur. Əslində bu, teatr tarixinə aid sərgi və gələcək muzeyin təməli idi. Şahidlərin xatırladığına görə, sərginin açılış lentini kəsən böyük ədiblərimiz – Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev belə demişlər: "Yaşasın Azərbaycan teatrı!" Məhz həmin gündən bu muzey teatr tarixinə və teatr xadimlərinə aid yadigarları, əlyazmaları, fotoşəkilləri, rəsm əsərlərini, müxtəlif sənədləri toplayan və qoruyan məbədə çevrilmişdir. Sərgi tez bir zamanda o vaxtlar fəaliyyət göstərən Azərbaycan Dövlət Muzeyinin teatr şöbəsi kimi rəsmiləşdirilir. Nəhayət, 1934-cü ildə Azərbaycan Dövlət Muzeyinin müvafiq şöbəsinin bazasında Azərbaycan Dövlət Teatr Muzeyi yaradılır və Ağakərim Şərifov muzeyin direktoru təyin edilir. 1934-cü il noyabrın 25-də muzeyin təntənəli açılış mərasimi keçirilir. Mərasimdə o dövrün görkəmli sənət xadimləri – Bülbül, Şövkət Məmmədova, Hüseynqulu Sarabski, Aleksandr Tuqanov, Ülvi Rəcəb, İsmayıl Hidayətzadə və başqaları iştirak edirlər.[3] 1935-ci ildə muzeyə böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının adı verilir. 1963-cü ildə isə Azərbaycan Dövlət Teatr Muzeyi ləğv edilir və Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin Teatr və dramaturgiya şöbəsinə çevrilir. Respublika hökuməti 1968-ci ildə həmin şöbənin bazasında "C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkili haqqında" qərar qəbul edir. Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin binasının IV mərtəbəsindəki otaqlar yeni yaradılmış muzeyə verilir. Bu otaqlarda yalnız muzeyin fond əşyalarını və əməkdaşlarını yerləşdirmək mümkün oldu. Azərbaycan Dövlət Teatr Muzeyinin tarixində ən əlamətdar köçürülmə 1991-ci ildə baş verdi. Azərbaycanda muzey məqsədilə tikilmiş ilk və yeganə bina – keçmiş V.İ.Lenin Mərkəzi Muzeyin Bakı filialının binası Mədəniyyət Nazirliyinə verildikdən sonra burada "Muzey Mərkəzi" yaradıldı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və Azərbaycan İstiqlal Muzeyi ilə yanaşı, Dövlət Teatr Muzeyi də bu binada yerləşdirildi. Beləliklə, Azərbaycan teatrının tarixini əks etdirən zəngin ekspozisiya yaradıldı.
Muzeyin kolleksiyasında 140.000-dən artıq eksponat var. Muzeyin ekspozisiyası 6 zalda yerləşir. Muzeyin 1-ci zalında teatrın yaranma tarixi, ilk teatr sənətkarlərindan, XIX əsrin sonu — XX əsrin əvvələrində Azərbaycan teatrının təşəkkül dövrünü əks etdirən nadir eksponatlar nümayiş olunur. Muzeyin 2-ci zalında Azərbaycan Dövlət Milli Dram Teatrına həsr olunub. Burada nümayiş olunan materiallar Azərbaycan peşəkar teatrının formalaşmasında və yüksəlişində əvəzsiz xidmətləri olan qüdrətli sənətkarların həyat və yaradıcılığından bəhs edir. Zalın bir guşəsi Azərbaycan Dram Teatrında tamaşaya qoyulmuş qərb və rus dramaturgiyası nümunələrinin səhnə təcəssümünü əks etdirir. Muzeyin 3-cü zalı Dövlət Akademik Opera və Balet Teatrına həsr olunub. Bu zalda Azərbaycan bəstəkarlarının yaradıcılığı aid olan eksponatları görmək olur. İlk milli opera sənətinin, muğam üzərində yazılmış simfonik əsərlərin yaranma tarixi, səhnə təcəssümünə, həmçinin Avropa operalarının məşhur azərbaycanlı ifaçıların, milli balet sənətinin yaranma tarixi və yüksəlişinə aid eksponatlar nümayiş olunur. Muzeyin 4-cü zalı Azərbaycan Dövlət Musiqili Komediya teatrının yaradıcılığından, Gənc Tamaşaçılar Teatrından, həmçının Kukla Teatrın fəaliyyətlərindən bəhs edir. Muzeyin 5-ci zalı Azərbaycan Dövlət Rus Dram Teatrının yaradıcılığından bəhs olunur. Teatrın fəaliyyəti sənədlər, fotolar, tamaşalar üçün qurulmuş maketlər, eskizlər, kostyumlar və kuklalar vasitəsilə işıqlandırılır.
Məhz həmin illərdə muzeyin elmi işçisi Afərin Məmmədbəyova öz həyatını təhlükəyə qoyaraq repressiya qurbanlarının muzeydəki əşyalarını gizlətmiş, ələ keçməkdən qorumuş və beləliklə həmin sənədlər bu günümüzə gəlib çatmışdır.
Muzey haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |