Cəfər Vəlibəyov

Cəfər Mehdi oğlu Vəlibəyov (1907, Əkərək, Eçmiədzin qəzası1981, Bakı) — Amasiya rayonu Partiya Komitəsinin birinci katibi, Ermənistan SSR Əməkdar jurnalisti (1971).[1]

Cəfər Vəlibəyov
Cəfər Mehdi oğlu Vəlibəyov
İrəvan Türk Dram Teatrının direktoru
bayraq2
1929 – 1932
Basarkeçər rayon Komsomol Komitəsinin katibi
bayraq2
Vəzifədədir
1932-ci ildən
bayraq
“Maldarlıq cəbhəsində” qəzetinin redaktoru
bayraq2
bayraq
Amasiya rayon Partiya Komitəsinin birinci katibi
bayraq2
1930 – 1936
ƏvvəlkiSəfər Alməmmədov
SonrakıƏləsgər Vəliyev
bayraq
"Sovet Ermənistanı” qəzetinin redaktoru
bayraq2
1938 – 1947
bayraq
Qarabağlar rayon Partiya Komitəsinin birinci katibi
bayraq2
1947 – 1949
bayraq
"Sovet Ermənistanı” qəzetinin redaktoru
bayraq2
1949 – 1961
SonrakıHəbib Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi 1907
Doğum yeri
Vəfat tarixi 1981
Vəfat yeri
Milliyyəti SSRİ SSRİAzərbaycan Azərbaycan azərbaycanlı
Partiya Kommunist partiyası

Təltifləri Ermənistan SSR əməkdar jurnalisti

Həyatı[redaktə | mənbəni redaktə et]

Cəfər Vəlibəyov 1907-ci ildə Talin rayonunun Əkərək kəndində doğulub. Təqribən 20 ilə yaxın qəzetin (əvvəlcə "Qızıl şəfəq"in, sonra isə "Sovet Ermənistanı"nın) redaktoru olmuşdur. O, 22 yaşında İrəvan Türk Dram Teatrının direktoru, 25 yaşında Basarkeçər rayon Komsomol Komitəsinin katibi, sonra Amasiya rayonunda çıxan "Maldarlıq cəbhəsində" qəzetinin redaktoru, daha sonra Amasiya rayon Partiya Komitəsinin katibi vəzifələrində işləmişdi. 1938-ci ildən 1947-ci ilədək Cəfər Vəlibəyov "Sovet Ermənistanı" qəzetinin redaktoru, 1947–1949-cu illərdə isə Qarabağlar rayon Partiya Komitəsinin birinci katibi işləmişdi. 1949-cu ildə Cəfər Vəlibəyov yenidən "Sovet Ermənistanı"nın redaktoru təyin edilmiş, 1961-ci ilədək redaksiya kollektivinə rəhbərlik etmişdi.[2]

1981-ci ildə Bakıda vəfat edib.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. səh.440. ISBN 5-8020-0852-0
  2. "Arxivlənmiş surət". 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-15.
  3. Əsgər Zeynalov İrəvan xanlığı… gerçəkliyin aydınlığı. Bakı."Mütərcim", 2016, 656 s